Shia.az SonUmidTv media
» » Ayətullah Sistaninin FİTRƏ zəkatının məbləğini və hökmünü elan etdi
Русская версия сайта Русская версия сайта
sitename

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin  dəftərxanasının bu barədə yaydığı məlumata görə, 2020-ci ilin FİTRƏ zəkatının məbləği açıqlanıb.
 Azərbaycan respublikasının rəsmi pul vahidi ilə adam başına unun qiymətinə görə 1.80 manatdır.
Qeyd edək ki, FİTRƏ zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların bazar qiyməti ilə hesablanır. FİTRƏ zəkatı verən adam hər nəfər üçün 3 kq. un, düyü və ya xurmanın pulunu ödəməlidir.
Xatırladaq ki, hər kəs öz regionunda gündəlik qida kimi ən çox hansı məhsul istifadə edilirsə, FİTRƏ zəkatını həmin məhsulun qiyaməti ilə hər nəfər üçün 3 kq hesablamalıdır.
Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin fətvasına əsasən, müqəllidlər FİTRƏ zəkatını bayram namazından öncə müstəhəqqə (fitrəyə ehtiyacı olan)  insana çatdırmalıdırlar.
Bayram namazını qılmayanlar isə bu işi bayram günü Zöhr namazına qədər yerinə yetirməlidirlər.
Hər hansı bir üzrə görə bayram günü Fitrə zəkatını müstəhəqqə verə bilməyən müqəllid bu işi ilk fürsətdə yerinə yetirməlidir.
Müqəllidin yaşadığı regionda fəqir varsa, FİTRƏ zəkatı başqa bir şəhər, rayon və kəndə aparıla bilməz. Əgər müqəllidin yaşadığı ərazidə fəriq tapılmazsa, bu zaman fitrə zəkatını başqa şəhər, rayon və ya kəndə yaşayan fəqirə göndərə bilər.  
Ailəsi ilə yaşamayan əsgər və tələbələrin FİTRƏ zəkatı öz öhdələrinədir.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))