Shia.az SonUmidTv media
» » Hacı Əhliman 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına görə 1.80 qəpikdir.
Русская версия сайта Русская версия сайта
sitename

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə isə 9.50 manat edir.
Qeyd edək ki, fitrə zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların 3 kiloqramının bazar qiyməti ilə hesablanır.
İlahiyyatçının sözlərinə görə, hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))