Shia.az SonUmidTv media
sitename

Səfərə çıxanın [müsafír] namazı (1 - ci hissə)

Quran və hədislərdə səfərə çıxmaq mövzusu

Ali - İmran s. ayə 137 :
《Əlbəttə ki, sizdən öncə ilahi ənənələr əsasında xalqlar bir sıra hadisələrlə üzləşdilər. Belə isə yer üzündə səyahət edin və baxın ki, (ilahi ayələri) yalan sayanların aqibəti necə oldu. 》
:(Ayətullah Meşkininin (r.ə.) tərcüməsi)

İmam Əli (ə) buyurur :
《Səfərə çıxın ki, səfərin beş faydası var : qəm - qüssənin aradan getməsi, qazanc əldə olunması, elm artırmaq, ədəb öyrənmək, şərəfli dostlar tapıb onlarla yoldaşlıq etmək. 》
(Məfatihul - həyat, ayətullah Cavadi Amuli, 10 - cu fəsil, səfər etmək fəsli, s. 177)

İmam Rza (ə) buyurur :
《Bir gün yaxınlarımızla gəzintiyə çıxmışdıq. Amma xidmətçilərdən biri duz gətirməyi unutmuşdu. Beləliklə bizim üçün kəsilmiş kök bir qoyunun ətindən heç bir istifadə etmədik və qayıtdıq. 》
(Mizanul - hikmədən seçilmişlər, ayətullah Reyşəhri, 191 - ci bab, səfər etmək fəsli, səfər və əyləncəyə həvəsləndirmək bölməsi, s. 325)


Quran və hədislərdə səfərə çıxanın namazı mövzusu

Nisa s. ayə 101 :
《Yer üzündə yola çıxdığınız hər zaman namazı qısaltsanız bunun sizə heç bir iradı yoxdur.》
ayənin gətirilməsi : Əhkam təlimi, M. Fəllahzadə, müsafir namazı, 1 - ci bölmə, s. 147

İmam Baqir (ə) buyurur :
《...Əgər bir özgə (vətən olmayan) əraziyə daxil olsan və bilsən ki, orada on gün qalacaqsan namazını tam qıl. Amma əgər orada hansı müddətə qədər qalacağını bilməsən - belə ki, "sabah, ya birisi gün qayıdacağam" desən - bu halda namazını qısalt və bu vəziyyət bir aya qədər davam edə bilər. Amma bir ay (30 gün) tamamlandıqdan sonra namazı tam qıl, hətta əgər elə həmin andan (yəni, bir ay tamamlandıqda) qayıtmaq istəsən belə. 》
Furu'ul - Kafi, namaz fəsli, müsafir namazı bölməsi, 250 - ci bab : şəhərə daxil olan müsafirin namazının qısaldılmasının həddi, hədis 1, s. 227, "Ələmi mətbuatı" nəşriyyatı, Beyrut, birinci çap - 1426 h.q.)


Müsafirin namazı (2 - ci hissə)


 Bir neçə əlaqəli anlayış :
 Tam namaz və qəsr namaz

İnsan səfərdə olarkən dörd rükətli namazları (buna tam deyilir) iki rükət olaraq (buna qəsr [:qısaldılmış] deyilir) yerinə yetirməlidir, bu şərtlə ki, səfəri təqribən 45 kilometr olan səkkiz fərsəxdən az olmasın. (əslində 8 şərti vardır ki, adı çəkilmiş mənbədə sadələşdirmək məqsədiylə yalnız yuxarıdakı əsas şərt gətirilib. Şərtlərin hamısı gələcəkdə qeyd olunacaq, inşallah)


 Şəri məsafə

Müsafirin namazının qəsr olmasında və orucunun açılmasında meyar olan məsafə səkkiz fərsəx (təq. 45 km.) miqdarındadır. Bu miqdara 《şəri məsafə》deyilir.


Tərəxxüs həddi

■《Tərəxxüs》ərəb sözü olub lüğəvi mənada "azad olmaq, ayrılmaq, çıxmaq" deməkdir.
■ Şəriət elmləri terminologiyasında isə bir məsafə həddinə deyilir ki, müsafir şəhərdən çıxarkən o həddə çatdıqda artıq şəhərin divarlarını görmür və o şəhərdə verilən azanı eşitmir.
Belə ki, müsafir öz namazını tam qıldığı şəhərdən bu miqdarda uzaqlaşmasa namazını tam qılmalıdır.


Əhkam təlimi (orta kurslardakı oğlanlar üçün), höccətul - İslam Fəllahzadə, müsafir namazı bölməsi, s. 156 – 157


Müsafirin namazı (3 - cü hissə)


Bir neçə məsələ :

- Əgər müsafir namazını tam qıldığı yerdən (bu yerlər qeyd olunacaq) azı dörd fərsəx (22 km. və yarım) gedib və dörd fərsəx qayıtsa bu səfərdə namazını qəsr qalmalıdır. (Yəni səfər bütövlükdə ən azı 8 fərəx olmalıdır)

- Səfərə gedən şəxs tərəxxüs həddindən başlayaraq namazını qəsr qılmalıdır.

- Əgər müsafirin getmək istədiyi məkana iki yol gedirsə və bu yolların biri səkkiz fərsəx (ya daha artıq), digəri səkkiz fərsəxdən azdırsa şəri məsafə olan yolda namaz qəsr və şəri məsafədən az olan yolda namaz tam qılınmalıdır.


Əhkam təlimi (orta kurslardakı oğlanlar üçün), höccətul - İslam Fəllahzadə, müsafir namazı bölməsi, s. 156 – 157


Müsafirin namazı (4 - cü hissə)


Bu şərtlər daxilində müsafir şəxs namazlarını qəsr (dörd rükətli namazları iki rükət) qılmalıdır (yəni, əgər bu şərtlərdən biri belə mövcud olmasa müsafir şəxs namazını tam qılmalıdır) :

- şəxsin səfəri şəri məsafədən (səkkiz şəri fərsəxdən, təq. 45 km.) az olmasın (bəzi müctehidlər 45 km.-dən az da qeyd etmişlər) ;

● Hələlik məqsədimiz əsasən müctehidlər arasında nəzər birliyi olan məsələləri çatdırmaqdır. Müctehidlərin fərqli nəzərləri bu ümumi hökmlərin açıqlanmasından sonrakı mərhələdə qeyd olunacaq, inşallah.

- səfərin əvvəlindən şəxsin məqsədi şəri məsafəni qət etmək olsun ;

- tərəxxüs həddinə çatmış olsun (bildiyiniz kimi səfər tərəxxüs həddindən başlayır) ;

- yol əsnasında dörd fərsəxə çatmamış öz səfər məqsədindən dönməsin ;

- səkkiz fərsəxə çatmamış vətənindən, ya on gün qalmaq istədiyi yerdən keçməsin ;

- səfərin özü haram olmasın, ya getdiyi yerdə haram iş görmək üçün səfər etməsin ;

- köçəri həyat yaşayan olmasın ;

- peşəsi səfər etmək (məs. : sürücü, gəmi kapitanı, pilot...) olmasın, ya peşəsi səfərdə yerinə yetirilən işlərdən (məs. : təyyarə, ya qatar xidmətçisi) olmasın ;

Fiqh təlimi (ali kurslardakı tələbələr üçün), höccətül-İslam M. Fəllahzadə, s. 147, "Məəruf" nəşriyyatı, 1393 ş. - yay, beşinci çap, Qum.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Şənbə gününün namazı
Şənbə gününün namazı
Kamilə namazı
Kamilə namazı
Cümə gününün namazı
Cümə gününün namazı
İmam Zaman əleyhissalamın namazı
İmam Zaman əleyhissalamın namazı
Axirət səfəri üçün azuqə
Axirət səfəri üçün azuqə
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Ramazan 21-ci gecənin Namazı
Ramazan 21-ci gecənin Namazı
Ramazan 22 -ci gecənin Namazı
Ramazan 22 -ci gecənin Namazı
20-ci gecənin Namazı: Səkkiz Rükətdir "Həmd”dən sonra istənilən surəsini  oxumaq olar.
20-ci gecənin Namazı: Səkkiz Rükətdir "Həmd”dən sonra istənilən surəsini oxumaq olar.
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Ramazan Ayının 9-cu gecəsinin Namazı
Ramazan Ayının 9-cu gecəsinin Namazı
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Ramazan Ayının 4-cü gecəsinin Namazı
Ramazan Ayının 4-cü gecəsinin Namazı
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
AXİRƏT ÜÇÜN ƏN YAXŞI SƏFƏR YÜKÜ
AXİRƏT ÜÇÜN ƏN YAXŞI SƏFƏR YÜKÜ
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Qurban bayramının namazı
Qurban bayramının namazı
Niyə sübh namazı aydın səslə qılınır?
Niyə sübh namazı aydın səslə qılınır?
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
21-ci gecənin Namazı
21-ci gecənin Namazı
9-cıgecenin Namazi :
9-cıgecenin Namazi :
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
4-cü gecənin Namazı:Səkkiz rükətdir
4-cü gecənin Namazı:Səkkiz rükətdir
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazını vacib edən şəri səbəblər
Gecə namazı
Gecə namazı
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Daha çox oxumaq istəyirsən? )))