Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür:
ََ1. “Quran” sözü, əslində “qərəə” kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx Təbərsi bu barədə yazır: “Quran sözü əslində oxumaq mənasını bildirən və oxumaq sözünün məsdəri sayılan “qiraət” kökündəndir.”1 
2. “Quran” sözü əslində “qərən” kökündən olub “cəm” və “toplamaq” mənasına malikdir.
Belə ki, Qurani-kərim öncə nazil olmuş bütün səmavi kitablardakı bütün həqiqətləri və maarifi özündə toplamışdır.2
3. Yəhudilərin kitabı “Tövrat” və məsihilərin kitabı “İncil” adlandığı kimi, müsəlmanların kitabı da “Quran” adlandırılmışdır və bu ad hansısa sözdən
alınmamışdır. َ
4. “Quran” sözü əslində “qərain” kökündən olub, “oxşar əlamətlər və nişanələr” mənasına malikdir. Çünki bu müqəddəs kitabın ayələri bir-birini təsdiq edir və bir-birinə bənzəyirlər.
5. “Quran” sözü əslində “qərənə” kökündən olub, “dəlalət” və “işarə” mənasını daşıyır. Çünki bu müqəddəs kitab bütün insanların səadət və hidayəti üçün dəlil və işarə sayılır.
Qeyd: Yuxarıdakı mənalardan daha çox birinci məna məqsədə uyğundur. Deməli, “Quran” sözü müqəddəs kitabımız çox oxunduğu üçün əslində “qərəə” kökündən olmuş və “tilavət” (oxunmuş) mənasını daşıyır.
1“Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh.82.
1
“Mufrədat”, Rağib İsfahani, səh.688.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))