Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

"Şəms" surəsi


Rəhman və Rəhim Allahın adı ilə!

1. And olsun günəşə və onun işığının yayılmasına,

2. ondan sonra çıxmaqda olan aya!

3. yer üzünü işıqlandırmaqda olan gündüzə!

4. yer üzünü bürüməkdə olan gecəyə!

5. And olsun göyə və onu inşa edənə!

6. And olsun yerə və onu genişlədirənə!

7. And olsun nəfsə və ona surət verənə,

8. ona günahları və qorxmağı ilham edənə!

9. Nəfsini təmizləyən uğur qazanmışdır.

10. Nəfsini günahla bulaşdıran şəxs isə məyus və məhrum olmuşdur.

11. Səmud qövmü öz azğınlığı üzündən (Allahın elçisini) yalançı saydı.

12. Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdıqda

13. Allahın elçisi (Saleh) onlara dedi: “Allahın (möcüzə olan) bu dişi dəvəsini və onun çeşməsini tərk edin (onlarla işiniz olmasın)!”

14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Buna görə də Rəbləri günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.

15. Allah bu işin (zülmkarların cəzalanmasının) nəticəsindən çəkinməz!

“Şəms” surəsinin ümumi məzmunu: Bu surədə nəfsin çirkinlikdən paklanıb təmizlənməsindən bəhs edilir.[1]

9. Nəfsi təmizləmək ən böyük vəzifədir: Quranın hər hansı mövzu ilə bağlı andları daha çoxdursa, deməli, həmin mövzunun əhəmiyyəti bir o qədər çoxdur. Quranda ən çox and bu surədədir. Bu surədə Allahın Özünə üç dəfə and içilib. Andlardan sonra müvəffəqiyyətin nəfsin təmizlənilməsində, bədbəxtlik və məhrumiyyətin isə nəfsin təmizlənməsinin tərk edilməsində olduğu buyurulmuşdur. Əslində, insan həyatının xilası, uğur və müvəffəqiyyəti xəyal və xülya, mal, sərvət, vəzifə, mövqe, başqalarının əməllərindən asılılıqda (xrisitanlara görə hər bir adamın xilası İsanın (ə) fədakarlığındadır) deyil, nəfsi təmizləməkdə, ruhun iman və saleh əməl işığında yüksəlməsindədir. Bədbəxtlik və məğlubiyyət qeyri-ixtiyari qəza-qədərdə, qaçılmaz tale və başqalarının əməllərinin nəticəsində deyil, günah və haqq yoldan sapmaqdadır. Mənbələrin yazdığına görə Yusif (ə) Misirin xəzinədarı və maliyyə naziri olduqdan sonra Misir hökmdarının xanımı Züleyxa onunla görüşdükdən sonra deyir: “Hərislik və ehtiras şahları qul, səbir və təqva isə qulları şah etdi.” Yusif (ə) onun sözünü təsdiq edib Allahın bu kəlamını buyurur: “Hər kəs təqvalı və səbirli olsa, (Allah onun mükafatını verər). Allah əməlisalehlərin haqqını zay etmir.”[2]

[1] Nümunə, c.27, səh.36

[2] Nümunə, c.27, səh.62

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))