Shia.az SonUmidTv media
sitename

"Mutəffifin" surəsi"Mutəffifin" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Çəkidə və ölçüdə aldadanların vay halına!

2. O kəslərin ki, özləri üçün ölçəndə öz haqlarını tam alırlar,

3. baqşaları üçün ölçdükdə və ya çəkdikdə az çəkirlər.

4. Onlar qaldırılacaqlarını düşünmürlərmi

5. böyük bir gündə?

6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

----------------------------------------------------------------------------------------

“İnfitar” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamətə aid məsələlərdən danışılır.[1]

6. Allaha qarşı təkəbbürlük edən insan: Ayədə insan növünə xitab edilir, onun həm Rəbb, həm də səxavətli olan Allaha qarşı durduğu qeyd edilir. Allah Rəbb olduğu üçün hər zaman insanı himayə və tərbiyə edir, onun kamilləşməsini Öz üzərinə götürür, səxavətinə uyğun olaraq nemət süfrəsinin başında əyləşdirir, heç nə ummadan, əvəz və haqq istəmədən ondan heç bir maddi və mənəvi nemətini əsirgəmir, hətta xətalarına göz yumur, onu əvf edir. Bu ayəni oxuyarkən Allah rəsulu (s) belə buyurmuşdur: “Cahilliyi və nadanlığı onu təkəbbürlü edib.”[2]

 10-12. Əməllərin gözətçiləri: “Gözətçilər” deyilərkən burada insanların yaxşı və pis əməllərini qoruyub saxlayan mələklər nəzərdə tutulur. Quranın başqa ayələrində də əməllərə nəzarət edən bu mələklərdən danışılmışdır (Qaf-17). Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Allah sirləri və sirlərdən gizli olanları da bildiyi halda, insanların yaxşı və pis əməllərini yazıb saxlayan mələklərə nə ehtiyac var?” İmam (ə) buyurur: “Allah-taala bu mələkləri Özünə ibadət etməyə çağırdı və onları bəndələrinə şahid etdi ki, bəndələr onların nəzarət etdiyini nəzərə alıb Allaha itaətdə daha diqqətli, itaətsizlik göstərdikdə daha çox narahat olsunlar. Çox bəndə var ki, günah etmək istədikdə bu iki mələyi xatırlayıb qərarından daşınır, nadanlıq etməkdən əl çəkir, özünü günahdan saxlayaraq deyir: “Rəbbim məni görür, əməllərimi yazıb saxlayan mələklər şahidlik edir.” Bundan başqa, Allah bu mələkləri ona görə ayırıb ki, Allahın əmrilə həddi aşmış şeytanları insanlardan uzaqlaşdırsınlar, onları Allahın (ölüm, əcəl) fərmanı yetişənə qədər görüb xəbərdar olmadıqları ziyanverici canlılardan və bəlalardan qorusunlar.” Onlar əməlləri yazmaqla yanaşı, insanları xoşagəlməz hadisələr, bəlalar və şeytanların vəsvəsələrindən də qoruyurlar.[3] Allah-taala bu mələkləri bir-birini tamamlayan dörd xüsusiyyətlə səciyyələndirmişdir: 1. İnsanlaırn əməllərinin gözətçiləridirlər. 2. Hörmət sahibləridirlər. Onlar insanların əməllərini yazmaq vəzifəsi daşısalar da, kobudluğa yol vermir, nəzakətlə, alicənablıqla davranırlar, yaxşı əməlləri dərhal on bərabər yazır, pis əməllərin yazılmasını bir neçə saat təxirə salır, onun tövbə edib qayıtmasını gözləyirlər. Onların böyüklüyü həm də ondadır ki, yaxşı əməlləri göylərə qaldırıb mələklər arasında yayır, pis əməllərə gəldikdə isə, Allahın eyibləri örtən xüsusiyyətindən ilhamlanaraq onları gizlədirlər. 3. İnsanların əməllərini yazır və qoruyub saxlayırlar. Bunun üçün hərtərəfli bilgiyə malik olmaq lazımdır. 4. “Onlar sizin nə etdiyinizi bilir”, - deyə buyurulur. Bu məzmun həm sözlər, həm üzvlərin gördüyü işlər, həm də niyyətlərə şamildir.[4]

“Mutəffifin” surəsinin ümumi məzmunu: Surədə çəkidə aldadanlar təhdid edilir. Onlara əməllərinin cəzasını çəkmək üçün Qiyamət günü qaldırılacaqları bildirilir. Mövzu Qiyamət günü, əməlisalehlərin Cənnət, günahklarların isə Cəhənnəmdə qarşılaşacaqları hadisələrin qeyd edilməsi ilə davam etdirilib bu şəkildə sona çatdırılır.[5]

7. Xeyr! (Onlar düşündüyü kimi deyil.) Günahkarların əməl dəftəri Siccindədir.

8. Sən haradan biləsən Siccin nədir?!

9. O, hesablanmış bir yazı, qaçılmaz aqibətdir!

10. O gün yalan hesab edənlərin vay halına!

11. O kəslərin ki, haqq-hesab gününü yalan hesab edirlər.

12. Onu yalnız həddini aşan və günahkar inkar edir.

13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!” –deyir.

14. Xeyr! (Düşündüyünüz kimi deyil.) Əməlləri pas kimi qəlblərini örtüb.

15. Xeyr! (Düşündüyünüz kimi deyil). Həmin gün onlarla Rəbləri arasına pərdə çəkiləcək!

16. Sonra onlar Cəhənnəmə girəcəklər

17. və onlara deyiləcək: “Bu, sizin yalan hesab etdiyinizdir!”

18. Xeyr! (Düşündüyünüz kimi deyil). İtaətkarların əməl dəftəri İlliyyundadir!

19. Sən haradan biləsən, İlliyyun nədir?!

20. O, hesablanmış bir yazı, qaçılmaz aqibətdir!

21. Ona yalnız (Allaha) yaxın olanlar şahiddirlər!

22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.

23. Taxtlara dirsəklənib seyrə dalacaqlar.

24. Sən onların çöhrəsində nemət təravəti və sevinci görəcəksən.

25. Onlara toxunulmamış, ağzı bağlı zülal kimi şərabdan içirdiləcəkdir.

26. Onun möhürü müşkdəndir. İstək və rəğbəti olanlar bir-birini qabaqlasınlar!

27. Bu (pak) şərab Təsnimə qarışıb.

28. (O Təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

29. Günah edənlər iman gətirənlərə hey gülürdülər,

30. onların yanından keçdikdə işarələrlə məsxərəyə qoyurdular,

31. ailələrinin yanına qayıdanda şadlanıb gülürdülər,

32. möminləri gördükdə: “Bunlar azmışlardır!” – deyirdilər.

33. Halbuki onlara gözətçi qoyulmamışdılar.

34. Bu gün iman gətirənlər kafirlərə güləcəklər.

--------------------------------------------------------------------------------

7-9. Siccin və İlliyyun: Bu ayələrlə bağlı iki fikir mövcuddur: 1. Ayələrdə böyük və kiçikliyindən asılı olmayaraq bütün əməllərin əskiltmədən qeyd eidldiyi əməl dəftərləri nəzərdə tutulur. Bu yozuma əsasən mənası həbsxana olan “Siccin” bütün günahkarların əməllərini cəm edən kitabdır. Mənası yüksəklik və ucalıq olan “İlliyyun” isə yaxşı əməl sahiblərinin əməllərinin toplandığı kitabdır. 2. “Kitab” deyilərkən burada yazılmış yazı nəzərdə tutulur. Bu yozuma əsasən ayələrdə Allahın qəti və qaçılmaz hökmünə, taleyə işarə edilmişdir. Siccin Cəhənnəm, İlliyyun isə Cənnətdir. İkinci təfsirə görə ayələrin mənası belə olur: Etdikləri əməllərə görə Allahın günahkarlar üçün təyin etdiyi aqibət Cəhənnəmdə həbs edilmək, əməlisalehlər üçün təyin etdiyi tale isə Cənnətin yüksək dərəcələridir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Siccin yeddinci yer, İlliyyun isə yeddinci göydür.” (Bəlkə də ən aşağı məkan nəzərdə tutulmuşdur). Çoxsaylı hədislərdə bildirilir ki, Allaha yaxın olmağa layiq olmayan əməllər süquta uğrayır və Siccində qərarlaşır.[6]

14. Günah qəlbin pasıdır: Quranın bu və başqa ayələrində günahın insan qəlbini qaraltdığı qeyd edilmişdir. Günahın ən pis təsiri budur ki, elm işığını söndürür, aydınlaşdırma xüsusiyyətini insanın əlindən alır, qəlbi üfunətli bataqlığa çevirir. Nəticədə, insan yolla quyunu ayırd edə bilmir, hər kəsi heyrətləndirəcək böyük səhvlərə yol verir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bəndə günah edəndə qəlbində qara bir nöqtə yaranır. Əgər tövbə edib günahdan əl çəksə, Allahdan bağışlanma diləsə, qəlbi cilalanır. Əgər günah etməyə davam etsə, həmin qara nöqtə artaraq bütün qəlbi bürüyür. Ayədə işarə edilən həmin pas budur.” İnsan günah etməyə davam etdikcə ruhunu sarmış qaranlıq içində anbaan batmaqda davam edir, iş o yerə çatır ki, etdiyi günahlar gözündə yaxşı əməl kimi görünür, bəzən etdiyi günahla fəxr etməyə başlayır. Belə olan surətdə qayıdış yolları üzünə bağlanır. Bu isə insan üçün ən təhlükəli vəziyyətdir.[7] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Qəlbi ən çox məhv edən şey günahdır. Qəlb günahın təsiri altına düşdükdə günah tədricən onu bürüyür, nəhayət, qəlbi tamamilə əhatə edir. Nəticədə, qəlb çevrilib alt-üst olur.” Təbii ki, “alt-üst” deyilərkən insanın ayrıd etmə hissinin alt-üst olması nəzərdə tutulur. Belə ki, günahla ünsiyyət nəticəsində çirkinlikləri gözəllik, gözəllikləri isə çirkinlik kimi görür. Bu isə ən təhlükəli vəziyyətdir.[8]

25-28. Təsnim Cənnətin ən üstün içkisidir: Təsnim, suyu yüksəlişə səbəb olan bulaqdır. Bəlkə də onun bu cür adlandırılması Allaha yaxın olan bəndələrin onu içərək Allaha daha da yaxın olması və bu yaxınlıq nurunda qərq olmaları ilə bağlıdır. Qumminin təfsirində belə qeyd edilmişdir: “Cənnət sakinlərinin ən üstün içkisi yuxarıdan şəlalə kimi axan xüsusi içkidir. Bu Allaha yaxın olanların içdiyi bulaqdır. Allaha yaxın olanlar isə Peyğəmbərin Əhli-beytidir… Bunlar Təsnimi heç bir qatqısız, başqaları isə pak şərabla qarışdırıb içəcəklər.” Deməli, bu bulaq hündürlükdən axacaq, təsir baxımından ruhu yüksəkliklərə qaldıracaq, insana qeyri-adi şadlıq bəxş edəcək, onu Allaha daha da yaxınlaşdıracaq.[9] Çoxsaylı hədislərdə dünyanın murdar şərabına göz yuman, susuzları sirab edən, möminlərin qəlbindəki qəm odunu söndürən şəxslərin Cənnətin zülal və ağzı qapalı suyundan içəcəkləri qeyd edilmişdir.[10]

35. Cənnətin bəzədilmiş taxtları üzərində əyləşib (onların acı aqibətinə) tamaşa edəcəklər.

36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!

[1] Nümunə, c.26, səh.206

[2] Nümunə, c.26, səh.217

[3] Nümunə, c.26, səh.224

[4] Pəyame-Quran, c.6, səh.93.

[5] Əl-Mizan, c.20, səh.255

[6] Nümunə, c.26, səh.256

[7] Nümunə, c.26, səh.265

[8] Pəyame-Quran, c.1, səh.365

[9] Pəyame-Quran, c.1, səh.249 

[10] Nümunə, c.26, səh.265

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))