Shia.az SonUmidTv media
» » » XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
Русская версия сайта Русская версия сайта
sitename

Əhli-sünnə və şiənin məşhur mənbələrindən bizə çatan rəvayətlərdə,اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِXƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR

"Onlar yaranmışların ən yaxşılarıdır” ayəsi, həzrət Əli (ə) və onun tərəfdarlarına aid edilərək təfsir olunub.

Əhli-sünnənin məşhur elmi şəxsiyyətlərindən Hakim Həskani Nişaburi (hicri təqvimi ilə 5-ci əsrdə) bunu, özünün məşhur "Şəvahidut-tənzil” kitabında müxtəlif mənbələrlə iyirmidən çox rəvayətdə nəql edir. Nümunə üçün onlardan bir neçəsini nəzərdən keçirək:

İbn Abbas deyir:

 

اِنَّ الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِ

"İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsi nazil olanda Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:

 

هُوَ اَنْتَ وَ شِیعَتُکَ تَاْتِی اَنْتَ وَ شِیعَتُکَ یَوْمَ الْقِیامَهِ راضِیْنَ مَرْضِیِّینَ، وَ یَاْتِی عَدُوُّکَ غَضْباناً مُقْمَحِین

"Bu ayədə məqsəd sən və sənin şiələrindir. Qiyamət meydanına elə bir halda gələcəksizniz ki, siz Allahdan razı və Allah da sizdən razıdır. Düşmənlərin qiyamət meydanına qəzəbli halda gələcək və qəzəbli halda cənənnəmə gedəcəklər.” (1) (Bəzi nüsxələrdə,مُقْمَحِیْن"zəncirlənmış halda- yazılıb).

 

Başqa bir hədisdə Əbu Bərəzədən nəql olunub: "Peyğəmbər (s) bu ayəni qiraət edən zaman buyurdu:

 

هُمْ اَنْتَ وَ شِیْعَتُکَ یا عَلِىُّ، وَ مِیْعادُ ما بَیْنِى وَ بَیْنَکَ الحَوْضُ

 

"Onlar sən və sənin şiələrindir, ey Əli! Mənimlə sənin vəd olunduğumuz yer Kövsər hovuzunun kənarıdır.”".

 

3. Başqa bir hədisdə Cabir ibn Abdullah Ənsari nəql edir: Biz Peyğəmbərin (s) hüzurunda idik. Allah evinin kənarında əyləşmişdik. Həzrət Əli (ə) bizə tərəf gəldi. Peyğəmbər (s) onu görəndə buyurdu:

 

قَدْ اَتاکُمْ اَخِى

"Qardaşım sizin sorağınıza gəlir.” Bu zaman üzünü Kəbəyə tutub dedi:

 

وَ رَبِّ هذِهِ الْبُنْیَهِ! اِنَّ هذاوَ شِیْعَتِهُ هُمُ الْفائِزُونَ یَوْمَ الْقِیامَهِ

"Bu Kəbənin Allahına and olsun ki, bu kişi və onun tərəfdarları qiyamətdə nicat tapanlardandır.” Sonra bizə üz tutub əlavə etdi:

 

اَما وَ اللّهِ اِنَّهُ اَوَّلُکُمْ اِیْماناً بِاللّهِ، وَ اَقْوَمُکُمْ بِاَمْرِ اللّهِ، وَ اَوْفاکُمْ بِعَهْدِ اللّهِ وَ اَقْضاکُمْ بِحُکْمِ اللّهِ وَ اَقْسَمُکُمْ بِالسَّوِیَّهِ، وَ اَعْدَلُکُمْ فِى الرَّعِیَّهِ، وَ اَعْظَمُکُمْ عِنْدَ اللّهِ مَزِیَّهً

"And olsun Allaha! O, sizin hamınızdan öncə iman gətirib, sizdən öncə Allahın əmrinə tabe oldu, ilahi fərmana vəfalı olmaqda sizin hamınızdan öndədir, Allah hökmü ilə qəzavət etməkdə daha üstün, (beytül-malı) bölgüdə hamınızdan daha çox bərabərliyə riayət edən, camaatla daha çox ədalətli davranan və Allah yanında məqamı hamıdan üstün olandır.”

 

Cabir deyir: "Bu zaman Allah, "İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsini nazil etdi. O zamandan başlayaraq, həzrət Əli (ə) gələndə Peyğəmbərin (s) səhabəsi deyirdi: "Allah Rəsulundan (s) sonra yaranmışların ən yaxşısı gəldi!""

Bu ayənin Kəbə kənarında nazil olması onun"mədəni” (Mədinədə nazil olan) ayələrdən sayılması üçün zidiyyət yaratmır. Mümkündür ki, təkrar nazil olan ayələrdən və ya tətbiq anlamında olmuş olsun. Ayənin nazil olmasının Peyğəmbərin (s) Mədinədən Məkkəyə səfər etdiyi zamanlara təsadüf etməsi də qeyri-mümkün deyil. Hədisi nəql edən Cabir ibn Abullah Ənsaridir və o, Mədinədə Peyğəmbərə (s) qoşulub. Beləliklə də, bu ayənin Mədinə ayələrinə aid edilməsi mümkündür.

Bu hədislərdən bir qismini İbn Həcər "Səvaiq”də, digər bir qismini də Məhəmməd Şibələnci "Nurul-əbsar”da yazıb. Cəlaləddin Süyuti "Durrul-mənsur” kitabında son hədisin əsas hissəsini İbn Əsakir və Cabir ibn Abdullaha istinad edərək nəql edib. (5)

4. "Durrul-mənsur” da İbn Abbasdan nəql edilir. "İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsi nazil olan zaman Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:

 

هُوَ اَنْتَ وَ شِیْعَتُکَ یَوْمَ الْقِیامَهِ راضِیْنَ مَرْضِیِّیْنَ

"Məqsəd sən və sənin şiələrindir. Qiyamətdə həm siz Allahdan razı, həm də Allah sizdən razı olacaqdır!” (6)

 

5. "Durrul-mənsur” kitabında İbn Mordəvieyhdən, o da həzrət Əlidən (ə) belə nəql edir: Peyğəmbər (s) mənə buyurdu:

 

اَ لَمْ تَسْمَعْ قَوْلَ اللّهِ عَزَّوَجَلَّ: اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِ؟ اَنْتَ وَ شِیعَتُکَ وَ مَوْعِدِی وَ مَوْعِدُکُمُ الْحَوْضُ، اِذا جِئْتُ الاُمَمَ لِلْحِسابِ، تُدْعَوْنَ غُرّاً مُحَجَّلِیْنَ

Allahın "İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır!” kəlamını eşitməmisənmi?! Bu, sən və sənin şiələrindir. Səninlə mənim vəd olunduğumuz yer Kövsər hovzunun kənarıdır. Mən ümmətlərin hesabı üçün gələndə sən də dəvət olunacaqsan, elə bir halda ki, alnın ağ və tanınmışsan!” (7)

 

Əhli-sünnə alimləri də bu məzmunda öz kitablarında hədis nəql etmişlər. O cümlədən, Xarəzmi "Mənaqib”, Əbu Nəim "Kifayətul-xisam” kitabında, Əllamə Təbəri məşhur təfsirində, İbn Səbbağ Maliki "Fusulul-muhimmə”, Əllamə Şukani "Fəthul-qədir”, Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddə”, Alusi "Ruhul-məani” kitabında və başqaları da öz əsərlərində onu nəql etmişlər.

Xülasə, yuxarıdakı hədis çox məşhur hədislərdəndir. Hədis əksər bilik adamları və İslam alimləri tərəfindən qəbul olunur. Bu, həzrət Əli (ə) və onun tərəfdarları üçün misilsiz bir fəzilətdir.

Eyni zamanda, bu hədisdən belə bir həqiqət də üzə çıxır ki, "şiə” sözü, Allah Rəsulunun (s) yaşadığı əsrdən başlayaraq o həzrətin vasitəsi ilə müsəlmanların arasında yayılıb. Bu söz Əmirəl-möminin (ə) xas tərəfdarlarına işarədir. "Şiə” sözünün sonrakı əsrlərdə meydana gəldiyini düşünənlər səhvə yol verirlər.


Qeydlər:

1. "Şəvahidul-tənzil”, c.2, səh. 357, 1126-cı hədis,

2. "Şəvahidul-tənzil”, c.2, səh. 359, 1130-cu hədis,

3. "Şəvahidul-tənzil”, c.2, səh. 362, 1139-cı hədis,

4. "Əs-Səvaiqul-muhriqə”, səh. 96; "Nurul-əbsar", səh.70, 101.

5. "Durrul-mənsur”, c.6, səh. 379.

6. "Durrul-mənsur”, c.6, səh. 379.

7. "Biharul-ənvar”, c.35, səh. 344, 17-ci hədis; "Durrul-mənsur”, c.6, səh. 379 (fərqli).

8. "Nümunə təfsiri”, Ayətullahul-uzma Mkarim Şirazi, Darul-kutubil-islamiyyə, 36-cı çap, c.27, səh. 233

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
Əhli-sünnə alimləri "Əliyyun məəl-həqq" hədisini hansı ifadələrlə nəql etmişlər?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.
Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır.
İmam Əlini (ə) Quran bizə belə tanıdır
İmam Əlini (ə) Quran bizə belə tanıdır
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
"Həl Əta" surəsinin nazil olması.
"Həl Əta" surəsinin nazil olması.
Haqqın ən böyük qələbəsi -Mübahilə
Haqqın ən böyük qələbəsi -Mübahilə
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Şiəliyin Peyğəmbər (s) zamanında yaranması və sübutları
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
«NƏCVA» (PIÇILTI) AYƏSI İMAM ƏLİ(Ə)-DAN BAŞQA HEÇKİM ƏMƏL ETMIDİ
«NƏCVA» (PIÇILTI) AYƏSI İMAM ƏLİ(Ə)-DAN BAŞQA HEÇKİM ƏMƏL ETMIDİ
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Daha çox oxumaq istəyirsən? )))