Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » Qurani Kərim istər fəsahət və bəlağət baxımından, istərsə də insanı islah etmək baxımından ən üstün kitabdır.
Русская версия сайта Русская версия сайта
sitename
Qurani Kərim istər fəsahət və bəlağət baxımından, istərsə də insanı islah etmək baxımından ən üstün kitabdır. Əgər Qurandan daha üstün bir kitab olsaydı, Allah-Təala onu mütləq sevimli Peyğəmbərinə (s) nazil edərdi. Əgər Qurandan daha üstün bir kəlamı fərz etsək və Allah da onu sonuncu və ən sevimli Peyğəmbərinə (s) verməsə ya bacarmır, ya bilmir, ya da paxıllıq edir. Bu saydiğımız sifətlərin hamısı səlbi sifətlərdən olduğuna görə Allah-təalada bu sifətlərin olması mahaldır. Mümkün deyil ki, bir şey var ola və sonsuz elmə sahib olan Allah da ondan bixəbər ola. Həmçinin paxıllıq, əsirgəmək nöqsandır və zəiflikdən qaynaqlanır. Bu da Allahın sonsuz Kamal sifəti ilə ziddiyyət təşkil edir. Deməli Qurani-Kərim ən üstün kəlam, ən yaxşı kitab, ən gözəl nemətdir. Görəsən bunu bildiyimiz halda Qurana nə qədər zaman ayırırıq? İstər öyrənmək üçün, istər oxumaq üçün. Həqiqətən də müsəlmanların Quranı oxuya bilməməsi gülüncdür və çox üzücü bir haldır. Hələ oxuya bildiyi halda oxumamaq bu ayrı bir dərddir. Əimmənin (ə) həyatına baxdıqda görürük ki, Qurana necə dəyər veriblər, hər gün nə qədər Quran tilavət ediblər, təkidlə bizlərə Quranı tövsiyə ediblər. Quran oxumağa, öyrənməyə və öyrətməyə təşviq ediblər. Xanım Zəhra (s.ə) buyurub: Sizin dünyanızda 3 şeyi sevirəm. Quran oxumağı, Allahın Rəsuluna (s) tamaşa etməyi və Allah yolunda infaq etməyi.. Bunun kimi nə qədər hədis gətirmək olar. Lakin yazı uzanmasın deyə bu həddə kifayətlənirik.
  Üləmanın sirəsinə (yoluna) baxdıqda görürük ki, həyatlarını Quran üzərində qurublar. Böyük fəqihlər günlərinin bir neçə saatını sırf Qurana ayırıblar. Əgər məsələ vaxt məsələsidirsə onların işləri bizdən daha çoxdur. Həm mütaliə edirlər, həm insanların xidmətində dururlar, həm ailə işlərinə vaxt ayırırlar, həm ibadət üçün vaxt qoyurlar, həm özlərini islah etməklə məşğuldurlar və s. Deməli məsələ vaxt məsələsi deyil, səhlənkarlıq və iman məsələsidir. Unutmayaq ki, Quran Qiyamətdə şəfaətçi olduğu kimi, bəzilərimizdən də şikayətçi olacaq....
https://t.me/turalceferi
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))