Shia.az SonUmidTv media
sitename
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
bundan sonra… Quran-i Şərif və mütəvatir hədislərlə Əhli Beyt ə.s.’ın vilayətini sənədli, şübhəyə yer buraxmayacaq formada təqdim etməyə davam edirik. Bu yazımızda Məvəddət ayəsi dediyimiz Şura surəsinin 23-cü ayəsi haqqında danışacağıq. Allah c.c. bu ayədə buyurur ki:
قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ
De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.
Şura surəsi 23-cü ayə
Bu mübarək ayədə “qohum” sözü ilə qəsd edilən Əhli Beyt imamları ə.s.’dır. Bu mövzu haqqında həm şiə mənbələrində və həm də sünni mənbələrində hədislər mövcuddur. Bu hədislər haradasa müstəfiz səviyyəsinə çatmışdır. Şiə mənbəli hədislər isə səhabə r.ə. və tabeindən rəvayət edilmişdir. İnşəAllah indi bu hədislərdən bir neçə dənəsinə yer verəciyik.
1. Şiə mənbəli hədislər: Ayənin təfsiri haqqında Şiə təfsir və hədis kitablarında dəyişik kanallardan bir çox hədis rəvayət edilmişdir. Bu hədisləri Hz. Rza, Hz. Hadi və Hz. Əskəri’nin əshabından olan Himyəri (vəfatı hicri 300), Hz. Cavad və Hz. Təqi ə.s.’ın əshabından olan Bərki (vəfatı hicri 274), Əli b. İbrahim əl-Qummi, Fırat b. İbrahim əl-Kufi, Kuleyni və Müfid kimi şiə mühəddis və müfəssir rəvayət etmişdirlər. İndi hədislərdən bir neçəsini təqdim edəciyik.
Hz. Cavad və Hz. Təqi ə.s.’ın əshabından olan Bərki r.ə. “Məhasin” kitabında deyir ki:
عنه، عن ابن محبوب، عن أبي جعفر الأحول، عن سلام بن المستنير، قال: سألت أبا جعفر عليه السلام عن قول الله عز وجل ” قل لا أسألكم عليه أجرا الا المودة في القربى ” فقال: هي والله فريضة من الله على العباد لمحمد صلى الله عليه وآله في أهل بيته
ibni Məhbub mənə Əbu Cəfər əl-Əhval’dan, o da Salim b. Müntəsir’dən belə rəvayət etdi: Əbu Cəfər (imam Baqir ə.s.)’dan Allah əzzə və cəllə’nin “De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” (Şura 24) cümləsi haqqında soruşdum, dedi ki: “Vallahi bu Allah’ın Muhamməd və Əhli Beyti haqqında qullarına fərz qıldığıdır.”
Bərki r.ə, “Məhasin”, 1/144-145, hədis 47
Bərki r.ə.’ın yazdığı bu hədisin sənədi müttəsil və raviləri siqa (güvənilir)’dir. Görnüdüyü kimi bu hədisdə imam ə.s. ayədə məqsəddə tutulan Əfədimiz s.ə.ə. və Əhli Beyt’inin sevgisi olduğunu söyləməktədir. Bu ayənin təfsiri haqqında bir başqa hədisi Siqatul İslam (İslam’ın güvənci) Şeyx Kuleyni’nin müəllimi Əli b. İbrahim əl-Qummi öz təfsir kitabında belə rəvayət etmişdir:
حدثني أبي عن ابن أبي نجران عن عاصم بن حميد عن محمد بن مسلم قال: سمعت أبا جعفر عليه السلام يقول في قول الله ” قل لا أسألكم عليه أجرا إلا المودة في القربى يعني في أهل بيته
Atam mənə Əbi Nəcran’dan, o Asim b. Humeyd’dən, o da Məhəmməd b. Müslim’dən dedi ki: Əbu Cəfər (imam Baqir ə.s.)ın “De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” (Şura 24) cümləsi haqqında belə dediyini eşitdim: “yəni Əhli Beyt’im üçün”
Əli b. İbrahim əl-Qummi r.ə.,”Təfsiri Qummi”, 2/275-276
ilk hədisimiz kimi bu hədisin də sənədində olan ravilərin hamısı siqa (güvənilir) və isnadı müttəsildir.

şəkildə gördüyünüz Şiə və Sünnilərin günilirliyi mövzusunda ittifaq etdikləri Siqatul İslam (İslam’ın güvənci) Şeyx Kuleyni r.ə.’ın “əl-Kafi” kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:
محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن علي بن الحكم، عن إسماعيل ابن عبدالخالق قال: سمعت أبا عبدالله (ع) يقول لابي جعفر الاحول وأنا أسمع: أتيت البصرة؟ فقال: نعم، قال: كيف رأيت مسارعة الناس إلى هذا الامر ودخولهم فيه؟ قال: والله إنهم لقليل ولقد فعلوا وإن ذلك لقليل، فقال: عليك بالاحداث فإنهم أسرع إلى كل خير، ثم قال: ما يقول أهل البصرة في هذه الآية: ” قل لا أسألكم عليه أجرا إلا المودة في القربى (2) “؟ قلت: جعلت فداك إنهم يقولون: إنها لاقارب رسول الله (صلى الله عليه وآله)، فقال: كذبوا إنما نزلت فينا خاصة في أهل البيت في علي وفاطمة والحسن والحسين أصحاب الكساء
Məhəmməd b. Yəhya mənə Əhməd b. Məhəmməd b. İsa’dan, o Əli b. Həkəm’dən, o İsmayıl b. Əbdülxaliq’dən belə dediyini rəvayət etdi: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.)’ın Əbu Cəfər əl-Ahvəl’ə belə dediyini eşitdim: “Bəsrə’yə getdin mi?” Ahvəl dedi ki: “bəli”… İmam ə.s. dedi ki “Bəsrə xalqı “De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” (Şura 24) ayəsi haqqında nə deyirlər ? Ahvəl dedi ki: “sənə fəda olum, onlar (ayədə məqsəddə tutulanların) Rəsulullah s.ə.ə.’ın əqrabaları olduğunu söyləyirlər”. İmam ə.s. dedi ki: “yalan söyləyirlər, ayə yalnız biz Əhli Beyt’ə, Əli, Fatimə, Həsən və Hüseyn’ə, Kisa əshabına xas olaraq nazil olmuşdur”
Kuleyni r.ə., “əl-Kafi”, 8/93, hədis 66
bu hədisin də sənədi yuxarıda təqdim etdiyimiz 2 hədis kimi müttəsil və bütün ravilər siqa (güvənilir)’dir. Şeyxul İslam Əllamə II Məclisi r.ə. “əl-Kafi” şərhində bu hədis üçün deyir ki:
الحديث السادس الستون: صحيح
altmış altıncı hədis: səhih
II Məclisi r.ə, “Miratul Uqul”, 25/221
2. sünni mənbəli hədislər: Ayənin təfsiri haqqında sünni üləmadan ibni Əni Hatəm, Təbərani, Hakim, Təbəri və Əhməd kimi mühəddislər ibni Abbas, imam Həsən və imam Səccad ə.s.’dan dəyişik sənədlərlə hədsilər rəvayət etmişlər. İndi onlardan imam Həsən ə.s.’ın hədisini sizlərə təqdim edirik:

rəsimdə gördüyünüz əhli sünnət mühəddisi Heysəmi’nin “Məcməuz Zəvaid” adlı kitabıdır, işarələdiyim yerdə bu ifadələr var:
عن أبي الطفيل قال: خطبنا الحسن بن علي بن أبي طالب فحمد الله وأثنى عليه وذكر أمير المؤمنين عليا رضي الله عنه خاتم الأوصياء ووصي الأنبياء وأمين الصديقين والشهداء ثم قال
وأنا من أهل البيت الذين افترض الله عز و جل مودتهم وولايتهم فقال فيما أنزل الله على محمد صلى الله عليه و سلم: قل لا أسألكم عليه أجرا إلا المودة في القربى
Əbu Tufeyl dedi ki: Həsən b. Əli insanlara xütbə irad etdi, Allaha həmd və səna etdikdən sonra Əmirəlmöminin Əli r.ə.’ı andı və “nəbilərin vəsisi, siddiqlərin və şəhidlərin əmini şəhid oldu” dedi. Sonra dedi ki: “mən Allah əzzə və cəllə’nin sevgisini fərz qılmaq üçün Muhamməd s.ə.ə.’ə endirdiyi bu ayədə bildirilən Əhli Beyt’dənəm “De: Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” (Şura 24)”
hədisdən sonra Heysəmi deyir ki:
ورواه احمد باختصار كثير واسناد احمد وبعض طرق البزار والطبراني في الكبير حسان‏
(bu hədisi) Əhməd ixtisarla rəvayət etmişdir. Əhməd’in sənədi, Bəzzar’ın bəzi sənədləri və Təbərani’nin (Mucəm) əl-Kəbir”dəki sənədi həsəndir.
Heysəmi, “Məcməuz Zəvaid”, 9/142-143, hədis 14799
Vəlhəmdulillahi Rabbil aləmin.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))