Shia.az SonUmidTv media
» » "Yasin" surəsinin 12-ci ayəsində deyilən “imamun-mubin” sözünün mənası nədir?
Русская версия сайта Русская версия сайта
sitename

 "Yasin" surəsinin 12-ci ayəsində deyilən “imamun-mubin” sözünün mənası nədir?

 

Ətraflı cavab:

Sözügedən ayədə oxuyuruq:

وَ کُلَّ شَیْء اَحْصَیْناهُ فِی اِمام مُبِین

"Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq.”

 

Təfsirçilərin əksəriyyəti "imamun mubin” sözünü bütün əməllərin, məxluqların və dünya hadislərinin qeyd olunduğu "lövhi-məhfuz” mənasında təfsir etmişlər.

Qiyamətdə rəhbər, bütün yaxşı və pis iş görənlər üçün meyar olduğu, insanların əməllərinə uyğun olaraq mükafat və cəzanın ölçüsünü təyin etiyi üçün onun "imamun mubin” adlanması mümkündür.

Diqqəti cəlb edən məsələ odur ki, "imam” kəlməsi bəzi ayələrdə Tövrat kitabı üçün də istifadə olunub:

 

اَ فَمَن کانَ عَلى بَیِّنَه مِّن رَّبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِّنْهُ وَ مِن قَبْلِهِ کِتابُ مُوسى اِماماً وَ رَحْمَهً

"Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq ediyi kimsə (kafirlərə tay ola bilərmi?)” (1)

 

"Tövrat” dini maarif, hökm və göstərişləri özündə daşıyır və İslam peyğəmbərinin (s) əlamətləri orada qeyd olunub. "İmam” kəlməsi də məhz bu üzdən ona aid edilib. Bütün bu sadalanan məsələləri nəzərə alsaq, o da insanlar üçün rəhbər sayıla bilər. Buna görə də, sadalanan kəlmə hər iki məfhum üçün uyğunluq təşkil edir.

İmam Sadiqin (ə) buyurduğu aydın və oyandırıcı bir kəlamda deyilir:

"Allahın Rəsulu (s) susuz və otsuz bir yerə çatanda səhabələrə buyurdu: "Çırpı gətirin”. Dedilər: "Ey Allahın Rəsulu (s), bura quraqlıq bir yerdir, burada heç bir çırpı yoxdur!" Buyurdu: "Gedin hər biriniz bir az çırpı toplayın.” Onlardan hər biri özüylə bir az qurumuş çır-çırpı gətirdilər. Gətirdikləri çır-çırpını Peyğəmbərin (s) önündə üst-üstə bir yerə tökdülər. Allahın Rəsulu (s) buyurdu: "Üst-üstə (toplanan kiçik) günahlar beləcə səpələnirlər, (siz isə onlara bir- bir əhəmiyyət vermirsiniz!) Kiçik günahlardan qorxun. Hər bir şeyin (əməlin) müştərisi (yazanı) var. O müştəri öncədən göndərilənləri və onun nişanələrini yazır və hər şey açıq-aydın kitabda (lövhi-məhfuzda) yazılıb.

Bu hədis qəflətdən oyadan bir hədisdir və sanki səpələnmiş əhəmiyyətsiz günahlardan böyük bir alovun şölələndiyini göstərir.

Başqa bir hədisdə deyilir: "Bəni-Sələmə qəbiləsi Mədinənin ucqar bir məntəqəsində yerləşmişdi. Onlar qərara almışdılar ki, yerlərini dəyişib Peyğəmbər (s) məscidinin yaxınlığına gəlsinlər." Yuxarıdakı ayə nazil oldu:

 

اِنّا نَحْنُ نُحْیِ الْمَوْتى...

"Həqiqətən, biz ölüləri dirildirik."

 

Peyğəmbər (s) onlara buyurdu: "Sizin izləriniz (məscidə tərəf addığınız addımlar) nameyi-əmalınızda yazıldı (və mükafat alacaqsınız). Bəni-Sələmə qəbiləsi bunu eşitdikdən sonra, fikirlərindən daşındılar və öz əvvəlki yerlərində qaldılar.”

Aydındır ki, ayə geniş mənaları əhatə edir və sadalananların hər biri onlardan birinə işarədir.

Hansısa bir rəvayətin bu ayə üçün uyğun olmayan təfsir kimi təsəvvür olunması da mümkündür. Əhli-sünnə mənbələrində deyilən o hədisə görə "imamun mubin” sözündə məqsəd Əmirəl-möminin Əlidir (ə).

O cümlədən, imam Baqirin (ə) öz ata-babasından nəql etdiyi bir hədisdə deyilir:

"Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq” ayəsi nazil olan zaman, Əbu Bəkr və Ömər ayağa qalxıb dedilər: "Ey Peyğəmbər (s), burada "Tövrat” nəzərdə tutulub?" Buyurdu: "Xeyr!”

Dedilər: İncil nəzərdə tutulub? Buyurdu: "Xeyr!”

Dedilər: Quran nəzərdə tutulub? Buyurdu: "Xeyr!” Bu zaman Əmirəl-möminin Əli (ə) Peyğəmbərə (s) tərəf gəldi. Allahın Rəsulu (s) onu görəndə buyurdu:

 

هُوَ هذا! اِنَّهُ الاِمامُ الَّذِى اَحْصَى اللّهُ تَبارَکَ وَ تَعالى فَیْهِ عِلْمَ کُلِّ شَىء

"O, budur! Həqiqətən, o imamdır ki, Allah-taala hər bir şeyin elmini onun (məqamı) üçün yazıb.”

 

Əli ibn İbrahimin təfsirində İbn Abbas Əmirəl-möminindən (ə) nəql edir ki, o həzrətin özü buyurub:

 

اَنَا وَ اللّهِ الاِمامُ الْمُبِیْنُ، اُبَیِّنُ الْحَقَّ مِنَ الْباطِلِ وَرِثْتُهُ منْ رَسُولِ اللّه

"And olsun Allaha! "imamun mubin” mənəm, haqqı batildən (ayırıb) üzə çıxarıram, bu elmi Allahın Rəsulundan (s) irs aparmış və öyrənmişəm.”

 

Alusi kimi bəzi təfsirçilərin bu kimi rəvayətləri şiə mənbələrinə nisbət verməkdən çəkinməsi və bu hədisi ayənin təfsirinə aid etməyi xəbərsizlik və nadanlıq kimi qəbul etməsinə baxmayaraq, azacıq diqqət etdikdə, məlum olur ki, "lövhi-məhfuz” kimi təfsir olunan "imamun mubin” ayəsinin mənası ilə bu kimi rəvayətlər heç bir ziddiyyət təşkil etmir. Peyğəmbər (s) və onun vəsisinin pak qəlbi lövhi-məhfuzu əks etdirən aynlardır. Lövhi-məhfuzda yazılanların böyük bir qismi onlara ilham olunub və bu minvalla, onların qəlbi löhvi-məhfuzun nümunələridir. Bu üzdən "imamun mubin” ayəsinin bu şəkildə mənalandırılması heç də qəribə məsələ deyil.

Bildiyimiz kimi, kamil insanın vücudu "böyük aləmi” özündə əks etdirən "kiçik aləmdir.” Həzrət Əliyə (ə) mənsub bir şeirdə deyildiyi kimi:

 

اَ تَزْعَمُ اَنَّکَ جِرْمٌ صَغِیرٌ؟وَ فِیْکَ اِنْطَوَى الْعالَمُ الاَکْبَرُ؟

"Güman edirsən ki, sən kiçik varlıqsan? Bir halda ki, böyük bir aləm səndə xülasələnib.”

Eyni zamanda, bunu da bilirik ki, varlıq Allahın elm səhifəsi və lövhi-məhfuzudur. Qəribə məsələ odur ki, Alusi yuxarıda deyilən rəvayəti şiddətlə inkar edir və digər təfsirin ona aid olacağını o qədər də qeyri-mümkün hesab etmir. Hər halda "imamun mubin” sözündə məqsəd "lövhi-məhfuz”dur və yuxarıda deyilən rəvayəti də ona tətbiq etmək olar.

 

Qeydlər:

1. "Hud" surəsi, 12-ci ayə.

2. "Nümunə təfsiri", c. 18, səh. 350

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?
Qurani-Kərim İmamın (ə) Allah tərəfindən təyin olunmasını təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Quran mükaşifə və intuisiyanı bir bilik qaynağı kimi təsdiq edirmi?
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
Nə üçün “Qədr” gecəsinə Qədr gecəsi deyilir?
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?
Hansı dəlillərə əsasən heyvanlar da axirətdə toplaşacaq?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Quranın nazil olma zamanı
Quranın nazil olma zamanı
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Mübahilə günü
Mübahilə günü
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Daha çox oxumaq istəyirsən? )))