Shia.az SonUmidTv media
» » Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Русская версия сайта Русская версия сайта
sitename

 Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə

 

Ətraflı cavab:

Allah-taala "Bəqərə” surəsində ilahi ayələrin naziloma səbəbi kimi bəşərin dərin düşüncə, ağıl və təfəkkürünü qeyd edir və "لعلّ” ifadəsi ilə (hansı ki belə məqamlarda hədəfin bəyanını göstərir) bu həqiqətə aydınlıq gətirir.
Quranın bəzi ayələrində mövzunu daha da irəli apararaq, məzəmmətedici bir bəyanla ağıl və düşüncədən faydalanmayan insanları hesaba çəkir, buyurur: "Niyə düşünmüraünüz?...”


"اَفَلاَ تَعْقِلُونَ” (1).


Digər ayələrdə həmin məna şərt budaq cümləsi kimi gəlmişdir, buyurur:


"قَدْ بَیَّنَّا لَکُمُ الاْیَاتِ اِنْ کُنْتُمْ تَعْقِلُونَ” (2)


"Əgər düşünsəniz, biz nişanələri (və onların ziyanından qorunma yollarını) sizə bəyan etmişik”.


"لَعَلَّکُمْ تَعْقِلُونَ”, "اَفَلاَ تَعْقِلُونَ”, "اِنْ کُنْتُمْ تَعْقِلُونَ”

 

bu ifadələr Allahın ağıl qüvvəsini reallıqları dərk etməkdən ötrü insanın ixtiyarına qoyduğu, əks təqdirdə məzəmmət olunacağı həqiqətinə aydınlıq gətirir.


"Ali-İmran” surəsində Allahın nişanələrinə işarə etməklə, yer və göyün yaradılışı, gecə-gündüzün yer dəyişməsi haqda buyurur: Bu nişanələrin dərki "اولواالالباب” – (ağıl sahibləri) üçün müyəssərdir. Ayənin ibarələrini təfsir edərkən qeyd etdik ki, "اولواالالباب” fikir və ağılı xalisləşmiş, mövhumat və aludəliklərdən təmizlənmiş kəslərdir. Hansı ki yaradılış sisteminin incəliklərindən xəbərdardırlar və onun ötəsində Allahın könül oxşayan camalını görürlər. Bunun özü Haqqı tanımaqda ağıl və zəkanın əhəmiyyətini üzə çıxarır.


"Nəhl” surəsində insanın heç nə bilmədiyi halda ana bətnindən çıxmasına işarə etdikdən sonra bilik vasitələrini şərh edir. İlk öncə rasional elmləri və başqalarının təcrübələrini eşitməyə yardım edən "eşitmə qüvvəsi”, sonra dünya miqyasında hiss olunan, müşahidə edilən həqiqətləri dərk edən görmə qüvvəsi, daha sonra hissin ötəsindəki nəsnələri dərk edən "افیده” (qəlblər və zəkaları) açıqlayır. Qeyd etdiyimiz kimi "فواد” kamala çatmış, yetkinləşmiş ağıldır, hansı ki ağıl məfhumundan üstündür.


"Qaf” surəsində güclü bir qəbilənin – daha öncə yer kürəsində yaşayırdılar və fəsad və tüğyankarlıq səbəbilə məhv oldular, qaçmağa bir macal da tapmadılar – barəsində buyurur: "Onların taleyi qəlbi (ağlı) və eşidən qulağı olanlar üçün xatırlatma və oyanış səbəbidir”.


"Taha” surəsində ölmüş torpaqların dirilməsinə, bəşər ixtiyarında olan, insan və dördayaqlıların qidasını təşkil edən bitki aləminin canlanmasına işarə etdikdən sonra buyurur:
"Bunlarda "nuha” sahibləri üçün ilahi nişanələr vardır”.


Qeyd etdik ki, "نُهى” (nuha oxunur) insanı çirkinlik və xoşagəlməzliklərdən çəkindirən (əməli) ağıla deyilir.
"Ənkəbut” surəsində Quranın əzəmətli və aydınlatan ayələrinə toxunduqdan sonra buyurur:
"Bunlar elm və bilik əta edilən kəslərin sinəsindədir”.
Dediyimiz kimi "صدر” (sinə) orijinal mənasında hər şeyin başı, ilk hissəsi deməkdir. Bu da, biliyin mühüm qaynağı olan ağlın insan vücudunun ən önəmli hissəsini təşkil etdiyini göstərir.


"Həcc” və "Sad” surələrində Adəmin (ə) torpaqdan yaranışına işarə etdiyi əsnada, buyurur:
"Onun yaradılışı başa çatdıqdan sonra ona öz ruhumdan üfürdüm. Siz mələklər onun əzəmətindən dolayı səcdə edin”.
Bu ilahi ruh ağıl adlı gövhərdir və əhəmiyyətinə görə "Allah”a əlavə edilib – bu əlavəni "təşrifi izafə” adlandırırlar. Yoxsa ki, Allahın nə ruhu var, nə də cismi. Məhz, bu ilahi ruha xatir bütün müqərrəb və əzəmətli mələklər Adəmə səcdə etməliydi, yoxsa torpaq və ya palçığın belə dəyəri yoxdur. Bu özü ağıl və zəkanın dəyərinə bir təkiddir.


"Şəms” surəsində insan nəfsinin (ruh və ağıl) yaradılışına, nəfsin yaradanına and içir və sonra buyurur:
"Allah bu ruhu yaratdıqdan sonra, təqva və fəsad (düz və əyri yollar) yolunu göstərməklə ona ilham etdi”.
Bu da, elə ilk gündən ilahi təlim vasitəsilə insanın daxilində qərar verilmiş, canına hopdurulmuş fitri idrakına bir işarədir.
Qurani-kərimdə səkkiz fərqli ünvanın insanın ağıl və zəkasına işarə etməsi, bu bilik qaynağının müxtəlif motivlərdən əhəmiyyətini aşkar edir

Qeydlər:

İstifadə edilmiş ədəbiyyat:
1- "Ali-İmran” surəsi, 65-ci ayə, "Ənam” surəsi, 32-ci ayə, "Yunus” surəsi, 16-cı ayə, "Hud” surəsi, 51-ci ayə, "Yusuf” surəsi, 109-cu ayə, "Ənbiya” surəsi, 10 və 67-ci ayələr, "Muminun” surəsi, 80-cı ayə, "Qəsəs” surəsi, 60-cı ayə, "Saffat” surəsi, 138-ci ayə, "Əraf” surəsi, 169-cu ayə.
2- "Ali-İmran” surəsi, 118-ci ayə.
3- "Ənam” surəsi, 80-cı ayə, "Hud” surəsi, 24-cü ayə, "Nəhl” surəsi, 90-cı ayə, "Muminun” surəsi, 85-ci ayə, "Saffat” surəsi, 155-ci ayə.
4- "Nəml” surəsi, 62-ci ayə.
5- "Bəqərə” surəsi, 219-cu ayə.
6- "Yunus” surəsi, 24-cü ayə, "Rəd” surəsi, 3-cü ayə, "Nəhl” surəsi, 11-ci ayə.
7- "Rum” surəsi, 8-ci ayə.
8- "Ənam” surəsi, 98-ci ayə.
9- "Tövbə” surəsi, 81-ci ayə.
10- "Fəth” surəsi, 15-ci ayə.
11- "Şüəra” surəsi, 113-cü ayə, "Hucurət” surəsi, 2-ci ayə, "Bəqərə” surəsi, 9-cu ayə, "Ali-İmran” surəsi, 69-cu ayə, "Ənam” surəsi, 26-cı ayə, "Ənam” surəsi, 123-cü ayə, "Muminun” surəsi, 56-cı ayə.
12- "Qiyamət” surəsi, 14-cü ayə.
13- "Yusuf” surəsi, 108-ci ayə.
14- Ayətullah Nasir Məkarim Şirazinin "Quranın mesajı” kitabından iqtibas edilib. ("Darul-kutubil-İslamiyyə”, Tehran, 1997, doqquzuncu nəşr), c. 1, səh. 147.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Haci Rahib Kovsər surəsi
Haci Rahib Kovsər surəsi
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ
Hacı Samir (Kövsər surəsi)
Hacı Samir (Kövsər surəsi)
Ruhların Zərr aləmində “bəli” deməsi və Nəhl surəsinin 78-ci ayəsi
Ruhların Zərr aləmində “bəli” deməsi və Nəhl surəsinin 78-ci ayəsi
Hacı İlkin Bələd surəsi
Hacı İlkin Bələd surəsi
Hacı İlkin Ədiyat surəsi
Hacı İlkin Ədiyat surəsi
Hüseyn Mirzəliyev _ Təhrim surəsi, ayə 4-5, Tariq surəsi
Hüseyn Mirzəliyev _ Təhrim surəsi, ayə 4-5, Tariq surəsi
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Hacı Samir Ramazan moizəsi 5-ci gün Ənam surəsi
Hacı Samir Ramazan moizəsi 5-ci gün Ənam surəsi
Hacı Samir Ramazan moizəsi Ənam surəsi 2-ci gün
Hacı Samir Ramazan moizəsi Ənam surəsi 2-ci gün
Hacı Samir Ramazan moizəsi Ənam surəsi 1-ci gün
Hacı Samir Ramazan moizəsi Ənam surəsi 1-ci gün
Hacı İlkin Yunus  surəsi ( Tərtil)
Hacı İlkin Yunus surəsi ( Tərtil)
Hacı İlkin Tövbə surəsi ( Tərtil)
Hacı İlkin Tövbə surəsi ( Tərtil)
Hacı İlkin Ənfal surəsi ( Tərtil)
Hacı İlkin Ənfal surəsi ( Tərtil)
Hacı İlkin Ənam surəsi ( Tərtil)
Hacı İlkin Ənam surəsi ( Tərtil)
Hacı İlkin Maidə surəsi ( Tərtil)
Hacı İlkin Maidə surəsi ( Tərtil)
Hacı İlkin Ən-Nisə surəsi ( Tərtil)
Hacı İlkin Ən-Nisə surəsi ( Tərtil)
Hamiləlik aylarında oxunan dualar
Hamiləlik aylarında oxunan dualar
Hacı İlkin Bəqara surəsi ( Tərtil)
Hacı İlkin Bəqara surəsi ( Tərtil)
Hacı İlkin Fatihə surəsi ( Tərtil)
Hacı İlkin Fatihə surəsi ( Tərtil)
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Hacı İlkin Fatihə surəsi tərtil oxunuşu
Hacı İlkin Fatihə surəsi tərtil oxunuşu
Hacı İlkin Surələrin fəziləti Nuh surəsi və Məaric
Hacı İlkin Surələrin fəziləti Nuh surəsi və Məaric
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
Hacı İlkin Qurani kərimin kəlmə kəlmə oxunuşu Kovsər surəsi
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Imam Həsən Əsgəri (ə)-ın namazı
Imam Həsən Əsgəri (ə)-ın namazı
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))