Shia.az SonUmidTv media
» » Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Русская версия сайта Русская версия сайта
sitename

 Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı

Ətraflı cavab:

Qurani-kərimin bir neçə ayəsində mükaşifə (kəşf) və intuisiyaya bilik qaynaqlarından biri kimi işarə edilib. Onlardan bəzilərini şərh edirik:
1. "Ənam” surəsinin 75-ci ayəsində buyurulur:

"وَکَذلِکَ نُرِى اِبْراهِیْمَ مَلَکُوتَ السَّمَوْاتِ وَالاَرْضِ وَ لِیَکُونَ مِنَ الْمُوْقِنِینَ”

"Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun”.

Qurani-kərim yuxarıdakı ayədə tövhid qəhrəmanı İbrahim peyğəmbərin (ə) şirk və bütpərəstliklə mübarizəsinə işarə etdikdən sonra, yəqin və iman baxımından onun ali məqamından və dəlilindən söz açır. Bəlkə də, bu Allahın bütpərəstliklə mübarizəsindən dolayı İbrahimə (ə) mükafatıdır; göy və yer səltənətini göstərdi və İbrahim (ə) yəqin əhlindən oldu, yəni "əynul-yəqin”, "həqqul-yəqin” məqamına çatdı.

Nəzərə alsaq ki, "əs-səməvat” cəm formasında və "əlif və lam”la yanaşı qeyd edilib, bu da ümumiliyə dəlalət edir, buradan məlum olur ki, Allah-taala İbrahimi (ə) mələkutdan, yəni Allahın bütün göylərə, qalaktikalara, sabit və hərəkətli ulduzlara və s. hakimiyyətini, həmçinin zahir və batin də daxil olmaqla, bütün yer üzərindəki hakimiyyətindən xəbərdar etdi. Quran bu xəbərdarlığı "ارایه” (göstərmək) kimi ifadə edir.

İnsan fiziki göz və əqli arqumentlərlə bütün həqiqətləri görmək iqtidarında olmadığı üçün Allah-taala mükaşifə və müşahidə vasitəsilə, eyni zamanda adi halda gözümüzu örtərək bir çox həqiqətləri görməyə mane olan pərdələri kənarlaşdırmaqla sözügedən həqiqətləri İbrahim peyğəmbərə (ə) göstərdi.
Fəxri Razi öz təfsir kitabında "ارایه” – "göstərmək” ibarəsi barədə iki ehtimal irəli sürür: birincisi, məqsəd hissi göstərməkdir, ikincisi isə əqli arqumentlər sayəsində müşahidədir. Sonra doqquz fərqli dəlillə ikinci ehtimalı ayənin təfsiri əsnasında şərh edir. (1)
Lakin insan əqli vasitə və sırf hiss yolu ilə ilahi hakimiyyətin aləmi əhatə edən bütün sirlərini kəşf edə bilməz. Bu mövzu ayrı dərk və görüş tələb edir. Bu üzdən "Fi zilalil-Quran” təfsirində deyilir:

Məqsəd İbrahimi (ə) yaranışın gizli məqamlarından xəbərdar etmək və varlıq kitabında həkk olunmuş nişanələrin üzərindən pərdə götürmək olub ki, bununla İbrahim (ə) tam yəqin dərəcəsinə yetişsin. (2)
Başqa ifadə ilə, həzrət İbrahim (ə) ilk olaraq, fitri və arqumentasiyalı tövhidi günəş, ay və ulduzların çıxıb-batmasını müşahidə ilə qazandı. Sonra bütpərəstliklə mübarizə apardı və bu böyük cihad sayəsində mütəmadi tövhid mərhələlərini bir-birinin ardınca arxada qoyaraq, elə bir məqama çatdı ki, Allah qəlbindən pərdələri kənarlaşdırıb, aləmin batinini görmək mərhələsinə yetişdirdi.
Bu üzdən sözügedən ayənin təfsiri ilə bağlı İmam Sadiqdən (ə) nəql edilən hədisdə buyurulur:

"کُشِطَ لاِبْراهِیْمَ السَّمَواتُ السَّبْعُ حَتّى نَظَرَ مافَوْقَ الْعَرْشِ وَ کُشِطَ لَهُ الاَرَضُوْنَ السَّبْعُ وَ فُعِلَ بِمُحَمَّد (صلى الله علیه وآله) مِثلُ ذلِکَ ... وَالایِمَهُ مِنْ بَعْدِهِ قَدْ فُعِلَ بِهِمْ مِثْلُ ذلِکَ” (3).

"Allah yeddi göyün pərdələrini İbrahimin (ə) gözündən kənara çəkdi ki, ərşin üstünə nəzər salsın. Həmçinin, yeddi yerin pərdəsini kənarlaşdırdı və həmin işi Məhəmməd (s) üçün də belə etdi... və ondan sonrakı imamlar üçün də”.

"əl-Burhan” təfsirində bu xüsusda çoxsaylı hədislər nəql olunub. Hamısı da bu dərk və görüşün hissi və əqli dərkdən, görüşdən fərqli olduğunu göstərir.
"əl-Mizan” təfsirində də qeyd edilir ki, "mələkut” əşyaların Allaha və pak zatına bağlılıqları cəhətindən varlığına işarədir. Bu, həzrət İbrahimin (ə) müşahidə etdiyi və ondan xalis tövhidi öyrəndiyi həqiqətdir. (4)
"Durrul-mənsur” təfsirində də bir hədis Allah Rəsulundan (s) və bir hədis də İbn Abbasdan nəql edilir. Yenə də hədislər Allahın pərdələri kənara çəkdiyini və göylərin mələkutunu, yəni Özünün varlıq aləmi üzərində güc və hakimiyyətinin sirlərini İbrahimə (ə) göstərdiyini ortaya qoyur (5).
2. Allah-taala "Tövbə” surəsinin 105-ci ayəsində Peyğəmbərə (s) xitab edərək zəkat, sədəqə və tövbə göst

Qeydlər:

İstifadə edilmiş ədəbiyyat:
1. "Məfatihul-ğeyb”, Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, ("Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1420, üçüncü nəşr), c. 13, səh. 35, "Ənam” surəsi, 75-ci ayə.
2. "Fi zilalil-Quran”, Seyid ibn Qutb ibn İbrahim Şazli, (Daruş-şuruq”, Beyrut və Qahirə. 1412 h.q. on yeddinci nəşr), c. 2, səh. 1139 "Ənam” surəsi, 74-94-cü ayələr.
3. "əl-Burhan fi təfsiril-Quran”, Bəhrani Seyid Haşim, (tədqiqat: "Besət müəssisəsinin islami dərslər şöbəsi”, Bonyade-besət”, Tehran, 1416 h.q. ilk nəşr), c. 2, səh. 432, hədis 2 (hədis 3 və 4 də eyni mənaları çatdırır). "Ənam” surəsi, 74-81-ci ayələr.
4. "əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, (Qum elm mərkəzinin "Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q. beşinci nəşr), c. 8, səh. 348.
5. "Durrul-mənsur”, Süyuti, Cəlaləddin, (Ayətullah Mərəşi Nəcəfi kitabxanası, Qum, 1404 h.q.), c. 3, səh. 23 (قوله تعالى و كذلك نري إبراهيم الآيات).
6. "əl-Burhan fi təfsiril-Quran”, Bəhrani, Seyid Haşim, (tədqiqat: "Besət müəssisəsinin islami dərslər şöbəsi”, "Bonyade-besət”, Tehran, 1416 h.q. ilk nəşr), c. 2, səh. 841, "Tövbə” surəsi, 105-ci ayə; "Biharul-ənvar”, Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, (tədqiqatçı və korrektor: bir qrup araşdırmaçı, "Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1403 h.q. ikinci nəşr), c. 23, səh. 349, fəsil 20 (عرض الأعمال عليهم ع و أنهم الشهداء على الخلق). Bu xüsusda on hədis nəql edilib. Demək olar ki, hədis məcmusu təvatür həddindədir. Bu qəbildən olan hədislər "əl-Kafi”, Kuleyni, Məhəmməd ibn Yəqub ibn İshaq, (tədqiqatçı və korrektor: Qəffari Əli Əkbər və Axundi, Məhəmməd, "Darul-kutubil-İslamiyyə”, Tehran, 1407 h.q. dördüncü nəşr), c. 1, səh. 219, (عرض الأعمال على النبي صو الأئمة ع) fəslində geniş formada qeyd edilmişdir.
7. "Minhacul-bəraət fi şərhi Nəhcul-bəlağət”, Haşimi Xoyi, Mirza Həbibullah/ Həsənzadə Amuli, Həsən və Kəmərei, Məhəmməd Baqir, (tədqiqatçı və korrektor: Miyaneci, İbrahim, "Məktəbul-İslamiyyə”, Tehran, 1400 h.q. dördüncü nəşr), c. 5, səh. 200 (و اما الثاني ...). Yuxarıda qeyd edildiyi kimi bu məzmunda hədislər çoxdur. "əl-Burhan fi təfsiril-Quran”, Bəhrani, Seyid Haşim, (tədqiqat: "Besət müəssisəsinin islami dərslər şöbəsi”, "Bonyade-besət”, Tehran, 1416 h.q. ilk nəşr), c. 2, səh. 841, "Tövbə” surəsi, 105-ci ayənin təfsirində onlardan bəzilərinə işarə edilib.
8. "Nümunə” təfsiri, Məkarim Şirazi, Nasir, ("Darul-kutubil-İslamiyyə”, Tehran, 1995, ilk nəşr), c. 22, səh. 484-494.
9. "əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, (Qum elm mərkəzinin "Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q. beşinci nəşr), c. 19, səh. 30.
10. "Nurus-Səqəleyn” təfsiri, Ərusi, Huveyzi, Əbd Əli ibn Cumə, (tədqiqatçı: Seyid Haşim Rəsuli Məhəllati, "İsmailiyan” nəşriyyatı, Qum, 1415 h.q. dördüncü nəşr), c. 5, səh. 153, "Nəcm” surəsi, 5-31-ci ayələr, hədis 34.
11. "əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, (Qum elm mərkəzinin "Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q. beşinci nəşr), c. 20, səh. 352.
12. "Məfatihul-ğeyb”, Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, ("Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1420, üçüncü nəşr), c. 32, səh. 276, "Təkasur” surəsi, 8-ci ayə.
13. "Ənam” surəsi, 93-cü ayə.
14. "Məfatihul-ğeyb”, Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, ("Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1420, üçüncü nəşr), c. 24, səh. 450, "Furqan” surəsi, 21-24-cü ayələr.
15. "əl-Burhan fi təfsiril-Quran”, Bəhrani, Seyid Haşim, (tədqiqat: "Besət müəssisəsinin islami dərslər şöbəsi”, Bonyade-besət”, Tehran, 1416 h.q. ilk nəşr), c. 4, səh. 117, "Furqan” surəsi, 22-ci ayə.
16. "Yusif” surəsi, 95-ci ayə.
17. "Məcməul bəyan fi təfsiril-Quran”, Təbərsi, Fəzl ibn Həsən, ("Nasir Xosrov” nəşriyyatı, Tehran, 1993, Beyrut, üçüncü nəşr), c. 5, səh. 402; Məfatihul-ğeyb” (Fəxrəddin Razi, Əbu Əbdillah Məhəmməd ibn Ömər, "Daru ihyait-turasil-ərəbi”, Beyrut, 1420, üçüncü nəşr), c. 18, səh. 507, "Yusif” surəsi, 94-98-ci ayələr.
18. "Nümunə” təfsiri, Məkarim Şirazi, Nasir, ("Darul-kutubil-İslamiyyə”, Tehran, 1995, ilk nəşr), c. 13, səh. 32-dən sonraya, "Məryəm” surəsinin 16-21-ci ayələrə müraciət edin.
19. Ayətullah Nasir Məkarim Şirazinin "Quranın mesajı” kitabından iqtibas edilib. ("Darul-kutubil-İslamiyyə”, Tehran, 2007, doqquzuncu nəşr), c. 1, səh. 250.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ruhlarla əlaqənin olması Bərzəx aləminin varlığına dəlildirmi!
Ruhlarla əlaqənin olması Bərzəx aləminin varlığına dəlildirmi!
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Bərzəx aləminin varlığını necə sübut etmək olar?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?
İnsan elminin miqdarı nə qədərdir?
İnsan elminin miqdarı nə qədərdir?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Yuxunun reallıqla, gələcək hadisələrlə bir rabitəsi varmı?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
XƏYRUL-BƏRİYYƏ” İMAM ƏLİ (ə) VƏ ONUN TƏRƏFDARLARINA DEYİLİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
“Hud” surəsinin 17-ci ayəsində məqsəd kimdir?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
Ər-Rəhman surəsi 4-cü ayəsinin təfsiri (Ona danışmağı öyrətdi)
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
Nəml surəsində “Dabbətul-ərz”dən məqsəd nədir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Səfər ayının 28-ci günü
Səfər ayının 28-ci günü
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Rəcəb ayının 1-i İmamət səmasının 5-ci ulduzu – İmam Məhəmməd Baqirin (Ona salam olsun) mövlud günüdür.
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Qurani-Kərimdə Ümumi İmamət Və Vilayət
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Quran və “mükaşifə və intuisiya”nın bir bilik qaynağı kimi etibarlılığı
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?

Hacı İlkin Surələrin fəziləti (Nəsr)
Hacı İlkin Surələrin fəziləti (Nəsr)
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Əhli-sünnə alimi Şeyx Muhəmməd Nəsr: "Aşura orucu böyük yalandır!"
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Həzrət Əlinin (ə) kəlamında Peyğəmbərin (s) peyğəmbərliyinin daşıdığı hədəflərin bəyanı
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
Daha çox oxumaq istəyirsən? )))