Shia.az SonUmidTv media
» » Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Русская версия сайта Русская версия сайта
sitename

Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
.
Ikinci hissə
.
Qurani-kərimdə yaxşı insanların bir çox xüsusiyyətləri qeyd edilmişdir, onların ən mühümləri aşağıdakılardır:
.
4- Allahı xatırlamaq
.
Allah Taalanın Qurani-kərimdə müsəlmanlara ünvanlanmış göstərişlərindən biri də Allahı yad etmək və həmişə Onu xatırlamaqdır. (Əhzab surəsi 41-ci ayə)
Qurani-kərim hətta namazın vaciblik şərtlərindən birinin "Allahı yad etmək” olduğunu bildirir. (Taha surəsi 14-cü ayə)
Bunun əksi olaraq qəlbləri Allahı xatırlamayan adamları qəflətdə olanlardan sayır və onları qəflətdən çəkindirir. (Əraf surəsi 205-ci ayə)
Qurani-kərimə əsasən Allahı xatırlamağın təsirlərindən birinin də Allahın həmin insanı xatırlaması, yəni həmin şəxsi Öz lütf və mərhəmətinə nəsib etməsidir.
Qurani-kərim Bəqərə surəsinin 152-ci ayəsində buyurur:

فَاذْكُرُونىِ أَذْكُرْكُمْ وَ اشْكُرُواْ لىِ وَ لَا تَكْفُرُونِ

"Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”
.
5- İnfaq etmək və ehtiyaclı olanlara maddi köməyi əsirgəməmək
.
Öz mallarını və maddi imkanlarını Allah yolunda xərcləyən və məqsədləri yalnız Allahın razılığını qazanmaq olan insanlar həm bu dünyada həm də axirətdə Allah tərəfindən çox böyük faydalar və savablara nail olurlar. Allah Taala onların əməlinin nəticəsini buğda sünbülünə bənzədir.
Qurani-kərim Bəqərə surəsinin 261-ci ayəsində buyurur:

مَّثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فىِ سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنبَتَتْ سَبْعَ سَنَابِلَ فىِ كلُ‏ِّ سُنبُلَةٍ مِّاْئَةُ حَبَّةٍ وَ اللَّهُ يُضَاعِفُ لِمَن يَشَاءُ وَ اللَّهُ وَاسِعٌ عَلِيمٌ

"Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.”
Əlbəttə, onu da yaddan çıxarmayaq ki, maddi köməklərdən o vaxt bu qədər və daha çox savab qazanarıq ki, bizim etdiyimiz yaxşılıq qarşı tərəfə minnət və əziyyətlə nəticələnməsin. Odur ki, yuxarıdakı ayənin ardınca, yəni Bəqərə surəsinin 262-ci ayəsində buyurur:

الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ فىِ سَبِيلِ اللَّهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنفَقُواْ مَنًّا وَ لَا أَذًى لَّهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَ لَا خَوْفٌ عَلَيْهِمْ وَ لَا هُمْ يَحْزَنُونَ

"Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”
Əmirəlmöminin Əli əleyhissalam, onun həyat yoldaşı Fatimə əleyhasalam və onların övladları Həsən və Hüseyn əleyhissalamlar özləri oruc olduqları halda yeməklərini yoxsul, yetim və əsirə verdikləri üçün Allah Taala tərəfindən təriflərə layiq görülmüşlər. (İnsan surəsi 7-ci ayədən 22-ci ayəyə qədər)
.
6- İffət və həya
.
Allah Taala Qurani-kərimin Möminun surəsində imanlı şəxslərin həqiqi xasiyyətlərindən birinin də həya və iffət olduğunu açıqlayır. (Möminun surəsi 5-ci ayə) 
Həmçinin həzrət Məryəmin möminlər üçün gözəl bir ülgü və nümunə olduğunu açıqlayarkən o xanımın ən bariz xüsusiyyətinin həya və iffət olduğunu bildirir. (Təhrim surəsi 12-ci ayə)
.
7- Təhəccüd (gecənin yarısı yuxudan durmaq) və gecənin bir hisssəsini ibadət etmək
.
Allah Taalanın ən üstün bəndələrinin xüsusiyyətlərindən biri də gecənin bir hissəsini oyaq qalmaqdır. İnsanlar şirin yuxuda olarkən mömin bəndələr yuxudan duraraq ibadət, dua və münacatla məşğul olurlar. Bu əməli, yəni gecə yuxudan duraraq ibadətlə məşğul olmağı Allah Taala sevimli peyğəmbəri həzrət Muhəmmədə (səllAllahu əleyhi və alih) tapşırmış, bunun müqabilində o həzrətə "bəyənilmiş məqam” verəcəyini bildirmişdir.
Qurani-kərim İsra surəsinin 79-cu ayəsində buyurur:

وَ مِنَ الَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسىَ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا محَّمُودًا

"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) ibadətləri et.. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”
Bu ayədən bəlli olur ki, gecə yarısından sonra baş verən təhəccüd ibadətlərinin xüsusi bir əhəmiyyəti vardır ki, Allah Taalanı xalis və ixlaslı bəndələri

 

bundan heç vaxt qəflətdə olmaz və əsla səhlənkarlıq etməzlər.

Rza Əzizoğlu İrəvani

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Qurani-kərimdə mənfi nümunələr və pis örnəklər
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Nə qədər ki, Quran əbədidir, Qədir-Xum heç vaxt insanların zehnindən silinməyəcək - ilahiyyatçı
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi?
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Öz dəyərimizi bilirikmi?!
Öz dəyərimizi bilirikmi?!
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
Allah-Taala Qiyamət günü üç dəstəni danışdırmayacaq, onları paklamayacaq və onlar üçün dərdli əzab olacaqdır:
İman
İman
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
ATA-ANAYA EHSANIN NƏTİCƏSİ
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Novruz barədə yeddi qeyd
Novruz barədə yeddi qeyd
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna  Qurani-kərim xətm olunacaq
Sabah günorta namazından 1 saat öncə "Hacı Cavad" məscidinin dini icması yanğın zamanı vəfat etmiş insanların ruhuna Qurani-kərim xətm olunacaq
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))