Shia.az SonUmidTv media
sitename

Qurani Kərimin cazibədarlığıQurani Kərimin cazibədarlığı

Əgər bu Quranı dağlara nazil etsəydik mütləq dağlar (onun əzəmət və böyüklüyündən) təvazokarlıqla parçalanardılar.(Həşr/21)

Quran Allahın kitabı və bəşərin vəsfindən uzaqdır.Elə bir kitab ki,nazil olmasından əsrlər keçməsinə baxmayaraq köhnəlməmiş,bəlkə zaman keçdikcə onun sirləri aşkar olur.

Quranı tanımaq üçün ən etibarli və yaxin yollardan biri də onun özüdür.Bu əzəmətli kitabın zahiri və məzmununda heç bir şübhə və səhv yoxdur.”Bu elə bir kitabdir ki, onda heç bir şəkk və şübhə yoxdur.”(Bəqərə/2)Onun zahiri aydın və möcüzəvi fəsahət və bəlağətə, məzmunu dərin məntiq və hikmətə malikdir.

Bütün səmavi kitablar Quran istisna olmaqla bəşərin təhrif və dəyişdirmələrinə məruz qalmışdır. "Sitayiş O Allaha məxsusdur ki, bu kitabı(quranı)öz bəndəsinə nazil etdi.Ona heç bir dəyişikliyin daxil olmasına icazə vermədi.(Kəhf/1)Allah tala onu qorumağı öz öhdəsinə almışdır.”Həqiqətən biz qurani nazil etdik və bizdə onu qoruyacağıq.”(Hicr/ 9)

Qurani Kərim rəhmət kitabıdır.Onun rəhmət və hidayəti həmişəlik olaraq bütün bəşəriyyət üçün,xüsusi bir zaman və qurup üçün deyil.Əlbəttə bu hidayətdən təkcə həqiqi möminlər və insani səciyyələrə malik olan insanlar yararlanar.”Sübhəsiz bu quran insanları möhkəm və məntiqli bir yola hidayət edir.Və Allaha inanıb yaxşı işlər gorənlərə müjdə verir ki, (axirətdə) onlar üçün böyük bir hədiyyə var.”(İsra/ 8)

Bəli Allah təalanın quranda göndərdiyi bütün göstərişlər insanlar üçün rəhmət və şəfadır.”Quranda göndərdiklərimizin hamısı möminlər üçün şəfa və rəhmətdir. Və O,zalımlara ziyan və zərərdən başqa bir şey deyil.”(İsra / 83)

Qurani məcid haqqı batildən,yaxşını pisdən ayıran və insanların görüb, bəsirətli olmasına səbəb olur.”Xeyir və bərəkətlidir O Allah ki,öz bəndəsinə haqqı batildən ayıran bir kitab göndərdi ki, dünya əhlinə xəbərdarlıq etsin.”(Furqan /1)

Bu kitab təkcə haqqı batildən ayiran deyil bəlkə o,haqqın özüdür.(Əl-Haqqah/ 51)

Batil ve qeyri gerçək ona heç bir tərəfdən daxil ola bilməz.(Çünki)Quran hikmətli və bəyənilmiş Allah tərəfindən nazil olmuşdur.(Fussilət/ 42)Elə kamil və dərin mənali kitabdir ki,özündən əvvəl nazil olmuş bütün səmavi kitabları(təhrif olunmazdan öncə)təsdiq və ehtiva edir.Doğurdan da biz bu kitabı özündən əvvəlki kitablari təsdiq edən və onların (məzmunu və elmlərini) qoruyan halda sənə nazil etdik.(Maidə/ 48)

Tanınmış fransalı filosof Ernest Renan Quran barədə belə deyir:
Mənim şəxsi kitabxanamda minlərlə siyasi, ictimai, ədəbi və s. mövzularda kitablar mövcuddur. Onların hamısını bir dəfədən çox oxumamışam. Hətta bəzi kitablar kitabxanada bəzək xarakteri daşıyır. Lakin kitabxanada bir kitab mənə sevimlidir, həmişə yorulanda onu mütaliə edirəm. Bu kitabı oxuduqca məna və kamal qapıları üzümə açılır. Onu çox oxumağıma baxmayaraq yorulmuram. Bu kitab müsəlmanların səmavi kitabıdır. Əgər bir nəfər səmavi kitaba inanc bəsələmək istəyirsə, bu kitab məhz Qurandır. Ona görə ki, digər səmavi kitablar Quranın malik olduğu məziyyətlərə malik deyillər.(Sadafhaye Qorani/s. 22)

Beləliklə Quran hikmət,əzəmət və kəramət sahibidir.Onun əzəmətinə bu yetər ki, nazil olmasından əsrlər keçməsinə baxmayaraq köhnəlməmiş, bəlkə öz təravətini qoruyub saxlayıb.

 

Quranın təsiri

Adətən insanlar istedad və ləyaqətlərinə görə qarşılaşdığı hadisələrdən təsirlənir.Quran da bu məsələdən istisna deyil.Buna görə də bəzilərinin qəlb və ruhlari elə bərkiyir ki,heç zaman Quran onlarin urəklərinə nüfuz etmir.Deməli insanlar Quranin təsir və nüfuzu qarşısında iki prupa ayrılır.Bəziləri öz pis əməllərinin nəticəsində qəlblərinə azğınlıq möhürü vurulur.(Bəqərə/7)Belələri heç zaman Quranın nur və hidayətindən yararlanmırlar.Digər bir dəstə də var ki, Qurani dinləməklə təsirlənirlər.Əlbəttə bu nüfuz və təsirdə iki cür, müsbət və mənfi ola bilir.Müsbət təsirlənmə özüdə iki formada,müvəqqəti və daimi ola bilir.(Diqqət edin)

Allah Təala Quranda münafiqlərin Quranı eşitdikləri zamman hallarını qeyd edir.”Onlar quranı eşitdikləri zaman qəlblərində olan nifaq (iki üzlülük)xəstəliyi dahada artar."(Tövbə/125)

Mübarəkə Bəqərə susəsində Allah Təala Münafiqləri qaranlıq bir gecədə bir çöllükdə qorxulu şimşək və yagışa düşmüş insana bənzədir.

Onlar Allah kəlamlarıni eşitdiklərində ürəklərinə lərzə və qorxu düşər.Elə bil ki, güclü şimşək eşidərlər.Qorxudan barmaqlarını qulaqlarına qoyar ki, haqq kəlamlarını eşitməsinlər.Bu ninvalla qəlbləri olmüş münafiqlərə Qurani kərmii dinləmək çox çətindir.(Bəqərə/18)Bunun qarşısında həqiqi möminlər Quranı, haqqin nidasını eşitdikdə sevinir,bu kəlamlardan müsbət təsir alır və onların inanc və əqidələri güclənir.( Tövbə/124)

Çünki möminlər axirətdə Rəbblərinin onlara saleh əməllərinin qarşısında hazirladığını eşidib təsvir edirlər. Bu səbəbdən də onların Allaha olan sevgi və yəqinləri çoxalır.

Əlbəttə möminlərin də Qurqni kərimdən qarşısında təsirlənmələri bir birindən fərqlənir.Bəzən möminlər Haqqin kələmlarini dinlədikdə ani olaraq Allaha olan imanlari çoxalir və güclənir.Bu cür möminlər bir tərəfdən öz günahlarından qorxur,digər tərəfdən isə Allahın sonsuz rəhmət və lütfünə güvənir.(Ənfal/2)

Amma möminlərin bir qurupu deyilənlərin hamısından daha üstün, Quran ayələrini dinlədikdə bu İlahi kəlam onların qəlblərinin dərinliklərinə nüfuz edir.Bu mominlər əvvəlkilərindən fərqli olaraq müvəqqəti deyil həmişəlik dəyişirlər.”Quran onlara oxoxunan zaman səcdə edərək torpağa düşüb ağlayarlar.Rəbbimizin bizə verdiyi vədələr mütləq həyata keçəcək, deyərlər."(İsra/108,109)

İslamın ilk illərində müsəlmanlardan bir dəstəsi oz din v’ canlarını qorumaq üçün peyğəmbərin göstərişi ilə Məkkədən Həbəşistana hicrət etdilər.Mühacir müsəlmanların başçısı Cəfər ibni Əbu Talib(Cəfər Təyyar)Qurandan bir miqdarını(Məryəm surəsinin ilk ayələri)Nəcəşi, Həbəşistan hökmdarı və sarayda olan keşişlərə oxudu.Onlar mübarək ayələri eşidərkən elə təsirləndilər ki,göz yaşlarıni saxlaya bilməyib ağlamağa başladılar. (Əl-Burhan təfsiri/c 2,s 345)

”Peyğəmbərə göndərilən ayələri dinlədikləri zaman,onların haqqi tanidiqlarina görə, gözlərini yaşla dolu görərsən.İlahi sənə iman gətirdik bizi (haqqa) şahidlik edənlərdən yaz!Niyə Allaha və tapdığımız həqiqətə iman inanmayaq...!?"(Maidə/83,84)

Bu ayələrdən anlamaq olur ki,həqiqi elm, mərifət və Allahın yaratdığı fitrəti təmiz saxlamaq,insanı haqqı tapmağa)hətta bəzən haqqı itirib yolunu azsa belə) və onun qarşısında təzim etməyə sövq edər.
Füzeyl ibn Əyaz rical (və hədis) kitablarında mötəbər rəvayətçi kimi qələmə verilmişdir. O, imam Sadiqdən (ə) hədislər nəql etmiş və məşhur zahid kimi tanınmışdır. O, ömrünün sonunda Kəbə evinin ətrafında yaşayırdı və Aşura günü vəfat etmişdir.
Füzeyl ibn Əyaz cavanlığında yol kəsən və oğru idi və camaat ondan qorxurdu. O, bir kənddən keçərkən bir qızı görür və ona aşiq olur. Bu qızın eşqi onu evin divarından dırmaşmağa belə məcbur etmişdi. O, öz vüsalına nail olmaq məqsədilə hər yola əl atırdı. Bu zaman ətraf evlərin birində arif bir şəxs Quran oxuyurdu:
«أَ لَمْ یَأْنِ لِلَّذِینَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِکْرِ اللّهِ…»
"Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”
Quran oxuyan şəxs yuxarıdakı ayəyə çatdıqda, bu ayə bir ox kimi Füzeylin ürəyinə sancıldı və öz daxilində yandırıcı bir ağrı hiss etdi. Beləliklə, bu ayə Füzeyldə qeyri-adi bir dəyişiklik yaratdı. O, bir az fikirə daldı, görəsən, bu danışan kimdir? Bu mesajı verən kimdir? Mənə deyir ki, ey Füzeyl oyanmaq vaxtı deyildirmi? Bu qorxulu yoldan (yol kəsməkdən) qayıt. Bu aludəlikdən və çirkinikdən özünü təmizlə. Tövbə et! Füzeylin birdən səsi ucaldı və dedi:
«بَلى وَ اللّهِ قَدْ آنَ، بَلى وَ اللّهِ قَدْ آن»
"And olsun Allaha ki, vaxt çatıbdır, and olsun Allaha ki, vaxt çatıbdır.”
O, son qərarını almışdı və geri dönərək divardan aşağa endi. Bir neçə karvanın toplandığı bir xarabalığa daxil oldu. Karvanlar hərəkət etmək məqsədilə bir-birilə məşvərət edirdilər. Onlar deyirdilər: "Füzeyl və köməkçiləri yoldadırlar. Əgər hərəkət etməsək, var-dövlətimizi əlimizdən alacaqlar və bizi qarət edəcəklər.” Onların bu sözü Füzeyli yuxudan oyatdı və özünü məzəmmət etdi və dedi: "İlahi, mən nə qədər pis adamam! Bu nə bədbəxtçilikdir ki, məndə var? Gecə yarısı günah etmək məqsədilə bayıra çıxmışam və müsəlman bir tayfa mənim qorxumdan bu xarabalığa üz tutub.”
Füzeyl üzünü səmaya tutdu və bu sözlər dilindən cari oldu:
«اللّهُمَّ إِنِّى تُبْتُ إِلَیْکَ وَ جَعَلْتُ تَوبَتِى إِلَیْکَ جِوارَ بَیْتِکَ الْحَرامِ…»!
"İlahi, mən Sənə tərəf qayıdıram, tövbə edirəm və bundan sonra Allahın evinin ətrafında yaşayacağam. İlahi, pis işlərimə görə çox əziyyət çəkirəm, kimsəsizəm, mənim dərdimə əlac et, ey bütün xəstəlikləri sağaldan! Ey bütün eyiblərdən pak olan! Mənim ibadətimdən ehtiyacsız olan, ey, nöqsansız Allah! Məni öz rəhmətinlə bağışla, məni nəfsimin əsirliyindən qurtar!”

Fuzeylin adəti idi ki, hər bir karvanı qarət etdikdən sonra onların adlarını dəftərinə yazardı.O, tövbə etdikdən sonra həmən adamlari taparaq onların razılıqlarını alırdı.Bu arada bir yəhudi halallıq vermir və deyir ki,əhd etmişəm əgər oğru tapılsa qızılları almayınca razı qalmayım.Bildirir ki, səni halal etməyimi istəyirsənsə get mənim yatağımın altında olan qızılları gətir və oğurladığın qızılların əvəzi niyyəti ilə mənə ver.Fuzeyl yəhudinin dediyini yerinə yetirdikdə yəhudi dərhal,şəhadəteyni ona örgətməsini xahiş edir və Peyğəmbərə iman gətirdiyini bildirir.sonra deyir:Mən Tövratda oxumuşam ki, axirəz-zaman Peyğəmbərinin ümməti səmimi qəlbdən tövbə etdikdə torpaq onlarin əlində qızıla dönər.Mənim yatağımın altında torpaqdan başqa bir şey yox idi.Bundan sonra yəhudi dinində qalmaq mənim üçün xətadır.(Dastane tobe konandegan kitabı)

Yuxarıda qeyd olunan ayə və rəvayətlərə əsasən bu möcüzəvi kitab təkcə insanın ruhuna təsir qoymaqla kifayətlənmir bəlkə bu təsir əməldə də özünü biruzə verməlidir.

Bütün bunlardan əlavə insan bəzən özlüyündə yaxşı və pis işlərin barəsində hesabat aparmalı və vicdanin haqq fəryadina qulaq asmalıdır.Əks təqdirdə heç vaxt qəflət yuxusundan ayılmayacaq.Elə buna görə də azğınlıq vadisində sərgərdan qalacaq.

İlahi bizim dünya və axirətimizi quran nuru ilə işıqlandır! Günahlarımızi Qurana xatir bağışla!

Amin ya Rəbbəl-aləmin!

Mohsin Həsənov

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
Sonuncu peyğəmbər niyə məhz Ərəbistan Yarımadasından seçilib?
İlahi sevgi
İlahi sevgi
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
BİDƏT NƏDİR VƏ BİDƏT ƏHLİ KİMDİR?
Nə üçün dua edərkən üzümüzü və əllərimizi göyə tərəf tuturuq?
Nə üçün dua edərkən üzümüzü və əllərimizi göyə tərəf tuturuq?
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Tövbə qapısı
Tövbə qapısı
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))