Shia.az SonUmidTv media
» » "Əbəsə" surəsinin ilk ayələrinin təfsiri..... (video)
Русская версия сайта Русская версия сайта
sitename

"Əbəsə" surəsinin ilk ayələrinin təfsiri.....

Əziz Peyğəmbərimizin (s.ə.a.s) mövlud ərəfəsində və vəhdət həftəsində bu mübarək ayələri izah etmək çox zəruridir. Ona görə ki, Peyğəmbərimiz Məhəmməd ibni Abdullaha (s.ə.a.s) yaraşmayan "əbus" (qaşqabaq töküb , üz çevirmək) sifətinin , həqiqətən Peyğəmbərimizə (s.ə.a.s) aid olmamasını isbatlamaq , ən böyük mövlud hədiyyəsi olar. Və eyni zamanda müsəlmanlar, o zaman əməldə (dildə və sözdə yox) vəhdətə yetişəcəklər ki, haqqın ipindən yapışsınlar. 
"Əbəsə" surəsinin ilk 10 ayəsi. "Bismillahir rəhmanir rəhim. Qaşqabağını tökdü və üz çevirdi. Kor, onun yanına gəldiyinə görə. Sən nə bilirsən ? Bəlkə də o, paklanacaqdır. Yaxud xatırlayacaq və bu xatırlatma ona fayda verəcəkdir. Amma dövlətliyə gəldikdə isə, sən onu qarşılayırsan və istiqanlı rəftar edirsən. Halbuki , onun paklanmasına görə sən məsul deyilsən. Sənin yanına gələrək çalışan kəs, qorxduğu halda , sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan".
Bu mübarək ayələrdən açıq -aşkar məlum olur ki, dövlətli insana qayğı göstərilib və eyni zamanda, gözləri görməyən bir mömin insandan üz çevrilib. Bu ayələr vasitəsilə Rəbbimiz, dövlətliyə qayğı göstərib, gözləri görməyən insandan üz çevirəni danlayır. Bu ayələrin məfhumu. Amma bu ayələrdə bəhs olunan, dövlətli və yaxud dövlətlilər kimdir ??? Gözləri görməyən kimdir ??? Qaşqabaq töküb , üz çevirən və bu işə görə Allah tərəfindən danlanan kimdir ??? (Necə ki, bütün istintaqlar belə olur. Hər hansı bir hadisə baş verib, ortada məlumlar var, məchulu tapmaq lazımdır).
Birinci və ikinci sualların cavabları məlumdur. Bütün təfsirçilər bu yerdə ortaq fikrə malikdirlər. 
Dövlətlilər:- Utbə ibni Rəbiə, Əbu Cəhl ibni Hişam, Abbas ibni Əbdul Muttəlib, Ubey və Umeyyə ibni Xələf.
Gözləri görməyən mömin:-Abdullah ibni Ummu Məktum.
Bu məsələdə ixtilaf yoxdur. İxtilaf 3-cü sualın cavabındadır. Allah kimi danlayır ? Və yaxud qaşqabaq töküb, üz çevirən kimdir ?
Bu sualın cavabında iki təfsir vardır. 
1.Qaşqabaq töküb , üz çevirən əziz İslam peyğəmbəri Məhəmməd ibni Abdullahdır (s.ə.a.s). (Əhli-sünnə təfsirçiləri və bəzi Şiə təfsirçilərinin rəyi).
2.Qaşqabaq töküb , üz çevirən Bəni -Ümeyyədən olan bir kişidir, əziz Peyğəmbərimizə (s.ə.a.s) aid deyil və ola da bilməz. (Əksər alimlərimizin rəyi).
Hər hansı bir təfsiri seçən dəlil gətirməlidir. Əlbəttə bu barədə olan hədislər də təaruz və ziddiyyətlidir. Aişə və ibni Abbasdan nəql olunan hədislər , birinci təfsiri dəstəkləyir. Amma İmam sadiq (ə)-dan nəql olunan hədislər isə ikinci təfsirin doğruluğuna dəlalət edir. Biz ikinci təfsiri qəbul edirik. Hədislərdə ixtilaf olduğuna görə , mən Quranın özündən bir neçə dəlil gətirmək istəyirəm. Nəticə çıxartmağı isə oxucunun insafına buraxıram.
1.Şəksiz və şübhəsiz Quran, Peyğəmbərimizə (s.ə.a.s) Allah tərəfindən nazil olub. Əgər üz çevirən Peyğəmbərdirsə (s.ə.a.s), o zaman Allahımız "əbəstə və təvəlləytə" deyərdi. Yəni-sən qaşqabağıvı tökdün və üz çevirdin. Amma Allah buyurur ki, "əbəsə və təvəlla"-yəni, "o, qaşqabağını tökdü və üz çevirdi". Açıq-aşkar görürük ki, söhbət 3-cü adamdan gedir. Lakin üçüncü ayədə ki, "sən nə bilirsən ?" xitabı, Peyğəmbərə (s.ə.a.s) olsa da, bu "qızım sənə deyirəm gəlnim eşit" babındandır. Quranda bunun misalı çoxdur. "Ey Peyğəmbər, kafirlərə və münafiqlərə itaət etmə". (Əhzab surəsi /1). 
2.Allah Qurani Kərimdə Qələm surəsinin 4-cü ayəsində buyurur:-"Həqiqətən sən, əzəmətli əxlaq sahibisən". Əzəmətli əxlaq sahibi olan Peyğəmbərimiz (s.ə.a.s) gözləri görməyən mömin bir kişiyə qarşı qaşqabağını töküb , üz çevirərmi ??!!! Bu əzəmətli əxlaqa sığmayan bir sifətdir.
3.Qurani Kərimdə Allah buyurur:-"Öz məhəbbət qanadını sənə tabe olan möminlərin üzərinə endir". (Şuəra surəsi/215). Peyğəmbərimiz (s.ə.a.s) Allahın əmrinə biganə qalardımı ??!! Əsla....Bu ayədən və bu İlahi əmrdən sonra necə təsəvvür oluna bilər ki, İslam Rəhbəri (s.ə.a.s) bir mömindən üz çevirsin ??!!!
4."Əbəsə" kəlməsi Quranda iki yerdə işlənmişdir. Biri "Əbəsə" surəsində, ikincisi isə "Muddəssir" surəsinin 22-ci ayəsində. Üçüncü yoxdur. Bütün təfsirçilər müttəfiqdirlər ki, "Muddəssir" surəsində "əbəsə" edən, yəni-qaşqabağını tökən Məkkə kafirlərinin başçısı və Quran ayəsinə əsasən cəhənnəm əhli olan Vəlid ibni Muğeyrəyə aiddir. Görəsən Allah, kafir Vəlid ibni Muğeyrəyə verdiyi sifəti, öz əziz Peyğəmbəri Məhəmmədə (s.ə.a.s) verərmi ??!! Bu, Quran məntiqinə zidd və yaddır. 
5.Qurani Kərimdə görürük və oxuyuruq. "Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar". (Ali-İmran surəsi/159). Öz ümmətinə mülayim oldun !!!!! Öz ümmətinə mülayim olan Peyğəmbərimizin (s.ə.a.s) , gözləri görməyən bir mömin insan üçün qaşqabağını töküb , üz çevirməsi Qurana ziddir. 
Qurana zidd olan hədislər isə dəfn olunmalıdır !!!

 

Seyid Ağarəşid Boradigahlı.
17.01.2014

 


 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Münafiq kimdir və onu necə tanımalı?
Münafiq kimdir və onu necə tanımalı?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Məvəddət аyəsi
Məvəddət аyəsi
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))