Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Qədir-Xum hədisinin mənası ilə işiniz olmasın"


Bu təəccüblü və anlaşılmaz, bir az dərin baxarsaq isə dərin mənası olan bu ifadənin müəllifi Əhli-Sünnənin dörd fiqhi məzhəbindən birinin imamı, fiqh və hədis alimi Əhməd ibn Hənbəldir (780-855 milad / 164-241 hq).
Əhli-Sünnənin böyük alimlərindən olan Əbu Bəkr Xəllal özünün "əs-Sünnə" adlı kitabında toxunduğu bəzi məqamlardan görmək olur ki, Əhməd bin Hənbəlin məşhur Qədir-Xum hədisi ilə arası elə də yaxşı olmayıb, baxmayaraq ki, o, bu hədisi "əl-Müsnəd" hədis toplusunda dəfələrlə nəql edib. 
Əbu Bəkr əl-Xəllal öz kitabında (əs-Sünnə) Zəkəriyya ibn Yəhya və  Əhməd ibn Məhəmməd ibn Mətərin Əbu Talib (Əhməd ibn Humeyd əl-Mişkani) adlı ravidən belə nəql etdiyini deyir: 
وأخبرنی زکریا بن یحیى (و أحمد بن محمد بن مطر) أن أبا طالب حدثهم أنه سأل أبا عبد الله عن قول النبی لعلی «من کنت مولاه فعلی مولاه» ما وجهه؟
Bir nəfər Əbu Əbdullahdan  (Əhməd bin Hənbəl) Peyğəmbərin (s) "Mən kuntu mövlahu fəha Əliyyun mövlahu" (Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir) hədisinin məqsədi və mənası barədə soruşdum. 
قال (احمد بن حنبل): لا تکلم فی هذا دع الحدیث کما جاء. 
O (Əhməd bin Hənbəl) dedi: Bu barədə (mövla sözünün mənası haqda) danışma, hədisi gəldiyi kimi burax (yəni nəql et, izah vermə, mənası ilə işin yoxdur). ("əs-Sünnə", c.2, s.346-348, hədis:458 və 461; "Daru-Rayət" çapı, Dr. Ətiyyə əz-Zəhraninin şərhi ilə. Şərhçi birinci hədisdə (458) "isnadının səhih" və ikinci hədisdə (461) xəbərin "səhih"  (hazəl-əsəru səhih) olduğunu yazır).
İzah: 
Əbu Bəkr əl-Xəllal 311-ci hicri-qəməri (923 milad) ilində vəfat edib və əhli-sünnə məzhəbinin böyük alimlərindədir. Onun bu nəqli göstərir ki, elə İslamın ilk yüz illiklərində də "mövla" mənasını müsəlmanlar "dost" mənasında qəbul etmək istəməyiblər və buna görə də davamlı şəkildə bu ifadənin mənasını alimlərdən soruşublar. Alimlər isə gah yanlış cavablar veriblər, gah da müxtəlif səbəblərdən, o cümlədən zamanlarındakı zalım hakimiyyətin zülmündən qorxaraq Peyğəmbərin (s) hədisindəki "mövla" sözünün mənasını açmaqdan boyun qaçırıblar. 
Nəql etdiyimiz bu rəvayət göstərir ki, Əhməd bin Hənbəl "mövla" sözü "dost" mənasınadır deyib Peyğəmbər (s) adına yalan danışmaq istəməyib, digər tərəfdən isə doğru izahı da deyə bilməyib. Buna görə də "mənası ilə işin yoxdur" cümləsi ilə suala cavab verməkdən yayınıb.   
P.S: Qeyd edim ki, Hədis Elmində "hədis" çox vaxt təkcə məsumun (Peyğəmbər və 12 imam) söz və əməlini rəvayət edən mətnə deyilir. Qeyri-məsumun sözü və əməlini rəvayət edən mətn isə "əsər" və ya xəbər adlanır. Bəzən isə müəlliflər "hədis", "əsər" və "xəbər" və "rəvayət" ifadələrini sinonim olaraq istifadə ediblər. 
Mirməhəmməd Bəşir
 
http://t.me/mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))