Shia.az SonUmidTv media
sitename

 

Atası yeddinci İmamımız İmam Museyi Kazim(ə)-dır. Anası Nəcmə xatundur. Qardaşı,səkkizinci İmamımız İmam Rza (ə)-dır. Anadan olma tarixi.Hicrətin 173-cü ili (miladi 795) zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdır.Elə uşaq ikən atası İmam Museyi Kazim Əbbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rza(ə)-ın himayəsi altında böyümüşdür.
Ad və ləqəbləri.Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir.Kərimeyi Əhlibeyt kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib.
Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza.(Ənvarul-muşəşəəyn kit. cild-1, səhifə-211)
Yeddinci əsrdə yaşamış sünnü alimi İbn Covzi İmam Kazim(ə)-ın övladları arasında Fatimə adı ilə dörd qız uşağını qeyd etmişdir.
1)Fatimeyi-Kubra. 2)Fatimeyi-Suğra. 3)Fatimeyi-Vusta. 4)Fatimeyi-Uxra. (Təzkiratul-xəvas kit. səhifə 315 ve Bəharul-ənvar cild-48, səhifə 137.)
Qeyd etmək lazımdir ki, Fatimeyi-Kubra, həmin həzrərti Məsumədir.Qəbri İranın Qum şəhərində yerləşir.
Fatimeyi-Suğra isə,Bibi-Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı, Bakı şəhərindədir.
(Bəharul-ənvar kit.cild-48. səhifə 317)
Fatimeyi-Uxra,tarixdə İmam bacısı ləqəbi ilə tanınmışdır.O,İranın Rəşt şəhərində dəfn olunub. (Bəharul-ənvar kit.cild-48. səhifə 286 və 317)
Sitti-Fatimə ləqəbi ilə tanınmış Fatimeyi-Vustadır. Qəbri İranın İsfəhan şəhərində yerləşir.
Fatimeyi-Məsumə bacıları arasında ən böyüyü olduğu üçün, Fatimeyi-Kubra adlanıb.
İrana səfəri. 
Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Əbbasi xəlifəsi Məmunun
təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər.
Kərbəla qəhrəmanı Xanım Zeynəb(s.ə), qardaşı İmam Hüseyn (ə)-ın haqqını müdafiə etdiyi kimi, bu xanımda qardaşı İmam Rza(ə)-ın Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi.
Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsumə (s.ə)-nı zəhərləyirlər. Hər-halda o, ya çoxlu qəm-qüssədən, yada zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.

Qum şəhərinə gəlişi.
Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savədən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu.
Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir.

Məhəmmədin sən bir dəstə gülüsən
Evin Qum şəhərinə xoş gəlmisən
Ey məhşərdə şəfaətin məzhəri
İmamətin, vilayətin kövsəri
Pişvazına çıxıb bil, əhli iman
Oldun tamam könüllərin dilbəri.

Qumun alimləri və aqsaqqalları bu sevindirici xəbəri eşidib, onu qarşılamağa çıxdılar. Rəvayətə görə, camaat atli və ya piyada onun kəcavısini dövrəyə aldılar. Kəcavəsini daşıyan dəvənin cilovundan tutub, çəkən şəxs Əşəri qəbiləsinin böyüyü Musa ibn Xəzrəc idi.
Xanım Məsumə(s.ə) hicri qəməri tarixi ilə 201-ci ildə (miladi 824) rəbiul-əvvəl ayının 23-ü Qum şəhərinə daxil oldu. O, indiki Mir meydanı adlanan yerdə Musa ibn Xəzrəcin evinin qapısında kəcavədən enib və evində qonaq qalıb. 17 gündən artıq qalmadığı həmin evdə vaxtını demək olar ibadətlə keçirmişdir. Həmin yer hal-hazırda Beytun-nur (Nur evi) adı ilə tanınır və nəzdində qızlar Sitiyyə mədrəsəsi və ziyarətgahı təşkil edir.

Vəfat tarixi.
Rəvayətlərə görə, Xanım Məsumə(s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rza (ə)-ı görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir.

Gəlişinlə nura qərq olub diyar
Əhli zəvvar düzülüb diyar-diyar
O ağrılı,o acılı səfərin
Könülləri paralayar, dağlayar
Bilməm, bu gün şənlik edib, sevinək
Yoxsa tamam dərdə batıb,qəmlənək.

Qumun əhalisi xanımı dəfn etmək üçün Babulan bağına apardılar. Qəbir hazır olandan sonra, xanımın kim tərəfindən dəfn edilməsi barəsində tərəddüd yarandı. Bu anda qiblə səmtindən üzlərinə niqab bağlamış iki atlının sürətlə onlara tərəf yaxınlaşdığı ğöründü. Onlar cənazəyə namaz qılandan sonra, biri qəbrin içərisinə daxil oldu və o birisi isə cənazəni götürüb ona verdi. Hər ikisi dəfn mərasimini başa çatdırıb,kimsə ilə danışmadan atlarına minib oradan uzaqlaşdılar.
Həmin iki nəfərin kimliyi oradakılara məlum olmasada, Allahın iki höccəti İmam Rza (ə) və oğlu İmam Cavad (ə) olması ehtimalı verilir.(Tarixe Qum kit. səhifə -213) (Beharul-ənvar kit.cild-48 səhifə -290)
Rəvayətlərə ğörə məsumun bədəni məsum şəxsin əli ilə dəfn olunmalıdır. Necə ki, Xanim Fatimeyi-Zəhra(s.ə)-nı İmam Əli (ə) və Həzrəti Məryəm(s.ə)-nı oğlu Həzrəti İsa(ə) dəfn etmişdir.(Usuli-kafi cild-1. səhifə 459)
Həmin mərasimdən sonra Musa ibn Xəzrəc Xanım Məsumə(s.ə)-nın qəbri üstündə qamış həsirlə bir kölğəlik düzəldir.
Şiə məzhəbinin böyük alimi şəhid Mürtəza Mütəhhəridən soruşurlar.Niyə ustadlarınız içərisində Əllamə Təbətəbaiyə xüsusi ehtiram göstərirsiniz? Buyurur: "Çünki, Ramazan ayında Əllamə Təbətəbai oranı ziyarət etmədən evinə gedib iftar etməzdi”.
Əslən Azərbaycanlı olan mərhum Əllamə seyyid Məhəmməd Hüseyn Təbətəbai, həmişə xanımın ziyarətgahına daxil olanda, dizlərini yerə qoyub, qapısindan öpərdi.
İmam Rza(ə) buyurur: Qum şəhərində bacımı ziyarət edən, məni ziyarət edib. (Nasixut-təvarix cild-3 səhifə -68.
İmam Cavad (ə) buyurur: Bibim Məsuməni ziyarət edən, cənnətə gedər.(Kamiluz-ziyarət səhifə -338)

Ya Allah! Səni and veririk xanım xatirinə, bizi qiyamətdə Əhli-beytdən ayri salma.
Ya Allah! Bizə xanımın ziyarətini qismət elə. ......AMİN....


Muhəmməd Nicat

www.ehlibeyt.info

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Ayətullah Behcət Ağanı tanıyaq
Ayətullah Behcət Ağanı tanıyaq
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))