Shia.az SonUmidTv media
» » ​Xatirəsi Peyğəmbərin (s) qəlbindən silinməyən xanım
Русская версия сайта Русская версия сайта
sitename
​Xatirəsi Peyğəmbərin (s) qəlbindən silinməyən xanım ... 




Ayişə nəql edir ki, günlərin birində Həzrət Xədicənin bacısı Həzrət Peyğəmbərin (s) hüzuruna gəlmək istəyirdi. Dedilər ki, Xanım Xədicənin bacısı sizi görmək istəyir. Peyğəmbər (s) Xədicə adını eşidəndə üzü güldü, gözlərində sevinc göründü. 
Ayişə deyir: Peyğəmbərə (s) dedim ki, sən axı nə qədər onun barəsində fikirləşirsən, onu düşünürsən? O bir qoca qadın idi ki, öldü getdi və Allah-Taala ondan yaxşısını sənə veribdir.
Peyğəmbər (s) bu sözlərdən əsəbləşərək buyurdu: "And olsun Allaha ki, Xədicədən yaxşısı mənə nəsib olmayıb. İnsanlar məni təkzib, inkar etdikləri və yalanladıqları zaman, O mənə iman gətirdi. İnsanlar öz sərvətini məndən əsirgədiyi zaman O öz malını İslam yolunda infaq etdi və xərclədi". 
İbn Həcər Əsqəlani, "Əl-İsabə fi təmyiz əs-səhabə", 2/217. 
P.S: Bir nöqtəni də mən qeyd edim ki, Həzrət Xədicədən başqa bütün xanımlar İslami dövlətin rəhbəri Həzrət Məhəmmədə (s) ərə gəlmiş (!!!) və ya ataları tərəfindən siyasi və iqtisadi məqsədlər üçün hədiyyə olunmuşdular. Amma Həzrət Xədicə (r.ə) yeganə qadın idi ki, Həzrət Məhəmməd Peyğəmbərə (s) deyil, Məhəmməd ibn Abdullah ilə onda olan ali insani dəyərlərə görə evlənmişdi. Həmçinin başqa qadınlar ona ərə gələndə məqsədləri Peyğəmbər kimi bir insanı qazanmaq olmuşdusa, Həzrət Xədicənin (s) məqsədi Məhəmməd (s) qazanmaq və sərvətini onun gətirdiyi din üçün xərcləmək olmuşdu.


t.me/mirmehemmed_beshir
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))