Shia.az SonUmidTv media
» » Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı
Русская версия сайта Русская версия сайта
sitename
Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatıÜmmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı

 

Cəmadius-sani ayının 13-ü (Fevralın 19-u) imam Əlinin (ə) həyat yoldaşı və həzrət Əbülfəzl-Abbasın (ə) anası Ümmül-Bəninin vəfat günüdür. Elə bu məqsədlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Adi Fatimə, künyəsi Ümmül-Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. Bəni-Kilab qəbiləsindəndir. Həmçinin onun nəsli bir neçə vasitə ilə Peyğəmbəri-Əkrəmin (s) ulu babası Əbdü-Mənafa çatır. O, imam Əli (ə) ilə evlənmiş və bu evlilikdən dörd oğul dünyaya gəlmişdir: Şücaət nümunəsi həzrət Əbülfəzl-Abbas (ə), Abdullah, Osman və Cəfər. Hər dörd oğul Kərbəla faciəsində imam Hüseynin (ə) rikabında şəhadətə yetmişdir. Təqribən, 70 yaşında ikən vəfat etmiş və Mədinə şəhərinin "Bəqi” qəbiristanlığında torpağa tapşırılmışdır.

Tarixdə onun doğum tarixi barədə dəqiq məlumat verilməmişdir. Amma onların qeydlərinə görə, Ümmül-Bəninin 26 yaşında ikən, böyük oğlu həzrət Əbülfəzl-Abbası (ə) dünyaya gətirmişdir. (Bəzi tarixçilər də onun təqribən, 5-ci hicri ilində dünyaya gəldiyini ehtimal vermişlər.)

Tarixdə göstərilir ki, həzrət Ümmül-Bəninin ata-babaları, eləcə də dayıları İslamdan öncə ərəblər arasında şücaət, qəhrəmanlıq və igidliklə tanınırmışlar. Tarixçilər onların döyüş zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları xüsusi vurğulamışlar. Ərəblərin ən böyük nəsəbşünası Əqilin öz qardaşı imam Əliyə (ə) dediyi söz bu mətləbə şahiddir: "Mən ərəb tayfaları arasında Ümmül-Bəninin ata-babaları kimi şücaətlisini tanımıram.” ("Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.9.)

Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını yaxşı tanıyan qardaşı Əqilə belə buyurur:

اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً

"Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin.” ("Umdətut-talib”, İbn Ənbə, səh.357.)

Əqil, Fatimə Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır. İmam Əli (ə) qardaşı Əqili Ümmül-Bəninin atasının yanına göndərir. Ata bu mübarək vüsala razı olsa da, qızı və qızın anası ilə məsləhətləşmək istəyir. O, qızı və həyat yoldaşının otağına daxil olmaq istədikdə, qızının öz anasına gördüyü yuxunu danışdığını eşidir: "Ana can! Yuxuda gördüm ki, merli-meyvəli bir bağda əyləşmişəm. Bağın içində çaylar axır, ay və ulduzlar parlayırdı. Mən də gözümü onlara dikmişdim və Allahın yaratdıqları haqda düşünürdüm. Bu zaman ay göydən enib qucağıma düşdü, onun nurundan gözlərim qamaşdı. Heyrətdə ikən, digər dörd nur da qucağıma düşdü.”

Ümmül-Bəninin atası Hizam ibn Xalid yuxunu eşitcək xoşhal oldu və qızını müjdələyərək dedi:

لَقَدْ حَقَّقَ اللَّهُ رُؤْیاكِ یا بُنَیتِى فَاَبْشِرِى بِسَعادَةِ الدُّنِیا وَالْآخِرَةِ

"Qızım! Allah-Taala sənin yuxunu gerçəkləşdirdi. Səni dünya və axirət səadəti ilə müjdələyirəm.”

Sonra həyat yoldaşı Şəmaməyə dedi: "Qızım Fatiməni ("Ümmül-Bənini) həzrət Əliyə (ə) layiq bilirsənmi? Bil ki, onun evi vəhy, nübüvvət, elm, hikmət, ədəb və əxlaq evidir. Əgər qızını bu evə layiq bilirsənsə, bu mübarək vüsalı qəbul edək!”

Həyat yodaşı Şəmamə dedi: "Ey Hizam! Mən onu yaxşı tərbiyə etmişəm və Allahdan istəyirəm ki, onu xoşbəxt eləsin!...”

Beləliklə, onlar iftixarla Əqilə öz razılıqlarını bildirdilər və Ümmül-Bəninlə imam Əli (ə) arasında həmişəlik nikah bağlandı. ("Umdətut-talib fi ənsabi ali-Əbi Talib”, səh.34; "Biharul-ənvar”, 42-ci cild, səh.74.)

Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın, anasızlıq əzabını hiss etməsinlər. ("Əl-Əqilətu vəl-Fəvatim”, Hüseyn Şakiri, səh.118.)

Onun "Aşura” faciəsindən sonra dörd oğlunun şəhadət xəbərini eşitdiyi zaman dilinə cari etdiyi məşhur cümləsi onun böyük məqamını aşılayır, Kərbəla tarixinin səhifələrini zinətləndirir. O, 34 yaşlı həzrət Əbülfəzl-Abbasın, 24 yaşlı Abdullahın, 21 yaşlı Osmanın və 19 yaşlı Cəfərin şəhadət xəbərini eşitdikdə, yalnız zəmanəsinin imamının, şəhidlər sərvəri imam Hüseynin (ə) halını soruşur. ("Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.19.)

Rza Şükürlü (Maide.az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar” – Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq
“Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar” – Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Kamil qadın - xanım Məsumə
Kamil qadın - xanım Məsumə
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i  İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.
Hicrətin 173-cü ili Zilqədə ayının 1-i İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) doğum günüdür.
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Mövludun mübarək, ey Qəməri-Bəni-Haşım!
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Bakı və Abşeron üfüqü ilə Mart ayı üçün gündəlik namazların azan cədvəli
Bakı və Abşeron üfüqü ilə Mart ayı üçün gündəlik namazların azan cədvəli
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Fatimənin (s.ə) necə doğulması
Fatimənin (s.ə) necə doğulması
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 15-ci günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))