Shia.az SonUmidTv media
sitename

 

Ruhullah sözü əslində Allahın xəlq etdiyi əzəmətli ruha aid edlir ki, bütün insanların, o cümlədən Məsih və başqa peyğəmbərlərin varlığında qərar Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?vermişdir.

Lakin bəziləri insanları yoldan azdırıb demək istəmişdilər ki, Həzrət İsa (ə) – nəuzubillah, Allahın bir hissəsidir. Onlara cavab olaraq Quran buyurur: "Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən, Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir”. ("Nisa” 171).

Tarixdə oxuyuruq: "Harun ər-Rəşid xristian bir təbibə malik idi ki, bir gün İslam alimlərindən olan Əli ibni Hüseynlə mübahisə edir. Xristian dedi: "Sizin səma kitabınızda belə bir ayə vardır ki, Məsihi Allahın bir hissəsi kimi tanıtmışdır”. Sonra yuxarıdakı ayəni oxudu.

Əli isə ona cavab olaraq bu ayəni tilavət etdi. "Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır”. ("Casiyə” 13).

Xristian təbib bu ayəni eşidən kimi müsəlman oldu. Harun da bu hadisədən sevindi və Əliyə mükafat verdi”.

Xristianlar atasız dünyaya gələn Həzrət İsaya (ə) uluhiyyəti nisbət vermişdilər. Ancaq yaddan çıxartmışdılar ki, Həzrət Adəmin (ə) də atası və anası olmamışdır. Heç kəs bu xüsusiyyətə görə heç kimə uluhiyyəti nisbət verə bilməz.

Həzrət İsanın (ə) Ruhullah ləqəbi daşıması, İlahi ruhu daşıması mənasındadır - hansı ki, bütün digər peyğəmbərlər (ə) də o ruha malikdir. Amma hörmət nişanəsi olaraq, Həzrət İsaya (ə) bu söz vurğu ilə deyilmişdir. Necə ki, Həzrət İbrahimə (ə) Xəlilullah - Allahın dostu deyilir, hansı ki, bütün rəsullar (ə) Allahın dostudurlar.

 

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” - Həzrət Peyğəmbər (s) özü barədə
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Atanın haqqı. Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
QURANİ-KƏRİM BARƏSİNDƏ SUALLAR
Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
Həzrət Qaim (ə.f), əynində Həzrət Yusifin (ə) köynəyi olaraq qiyam edəcəkdir
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
ALLAHIN HƏR YERDƏ HAZIR VƏ NAZİR OLMASINA ƏQİDƏLİ OLMAQ
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Gənclərin məclisində Quran qiraəti
Gənclərin məclisində Quran qiraəti
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Həzrət Muhəmmədin (s) Kövsəri
Həzrət Muhəmmədin (s) Kövsəri
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İslam tibb elmini bir cümlədə xülasə etmişdir
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
İman
İman
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Daha çox oxumaq istəyirsən? )))