HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
Hicrətin 6-cı ilinin ortalannda Əmirəl-möminin Əli (ə) və Həzrət Fatimeyi-Zəhranm (s.ə) pak ailəsi böyük bir sevinc və şadlıq içərisində ailənin üçüncü övladının - yəni ilk qız uşağı olan Zeynəbin dünyaya gəlişinin intizannda idilər. Xamm Zeynəb (ə) Cəmadiyul-əwəl ayının 5-i dünyaya gəldi. Xammın tərbiyəsi ilə Allahın üç ən pak bəndəsi - Allahın elçisi olan Həzrət Muhəmməd (s), Möminlər əmiri Əli (ə) və dünya qadınlannın xanımı olan Həzrət Fatimə (ə) (Onlara Allahın salamı olsun) məşğul oldular. Xanımm doğum ili və günü barəsində yuxarda göstərdiyimiz tarix şiələrin arasında ən məşhur tarixdir. Amma bəzi Əməvi yazarlan burada bir sıra yalanlar uydurmuşlar ki, bu, bəzi azğınlarin əqidələri ilə üst-üstə düşdüyü üçün geniş təbliğ edilmişdir. Misirli yazar Bintuş-Şadi özünün «Kərbəlanın şir ürəkli qadım» məqaləsində yazır: «Tezliklə Rəsulallahın (s) qızı Fatimə (s.ə) peyğəmbərlik nazil olan evdə bir uşaq dünyaya gətirib, iki sevimli nəvəsi Həsən (ə) və Hüseynlə (ə) mübarək gözlərinə nur gəlmiş Peyğəmbərin (s) gözlərini bir daha aydınladacaqdı. Amma Allah belə bir müqəddirat yazdı ki, həmin uşaq diri qalmasın. Onun adı Möhsin ibn Əli (ə) idi».
Qətiyyətlə deyirik ki, Möhsin ibn Əli (ə) Xamm Zəhranın (s.ə) üçüncü yox, beşinci övladıdır. Anası Həzrət Zəhranın (s.ə) qapı ilə divarın arasında sıxılması və Xanımın pak bədəninə zərbələr dəyməsi nəticəsində ana bətnində olan Möhsin şəhid oldu. Amma bu misirli xanım yazar həqiqətləri təhrif etmək, batili haqq, haqqı isə batil kimi qələmə vermək yolunu tutaraq guya Möhsinin öz əcəli ilə öldüyü-
nü (yəni zərbələr nəticəsində deyil, sadəcə Allahın
göndərmiş olduğu əcəllə vəfat etdiyini) iddia edir və Zeynəbi-kubra (ə)
xammın -Möhsüridən sonra dünyaya gəldiyini yazır.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!