Shia.az SonUmidTv media
sitename

HƏRƏMİN ASTANASINDA

Zeynəb sakitləşmir və Aşura hadisələrini danışmaqla camaatda dəyişiklik edir, həyacanlandırırdı.
HƏRƏMİN ASTANASINDAKarvan anbaan Mədinəyə yaxınlaşırdı. Həzrət Peyğəmbərin pak qəbrinin ətri duyulurdu. Əzizlərin yoxluğunun xatirəsi əvvəlkindən daha çox hiss olunur və dərdlər bir-birinin ardınca təzələnirdi. Hamı bunu düşünürdü ki, imamın şəhadət xəbərini Mədinə xalqına necə çatdırsın, Mədinəyə necə daxil olsunlar və necə qalsınlar?
O Mədinə ki, Hüseyni yoxdur, Əbbası yoxdur, Əliəkbəri, Ounu, Cəfər və s.. yoxdur. Bu yoxluğa dözməyə necə bacarmaq olar? Karvan əhlinin hər biri babaları Peyğəmbərin pak qəbrinə ürək dərdlərini deyir, dözdükləri böyük müsibət, əziyyət və çətinliklərdən gileylənirdilər.
Karvan imam Səccadın (ə) göstərişi ilə Mədinə yaxınlığında dayandı. Yükləri açdılar, xeymələri qurub, qadın və uşaqları aşağı endirdilər. Camaat Mədinəyə daxil olmazdan qabaq böyük bir xəbərdən agah olmalıdır. İmam, Bəşir ibni Cəzləmi çağırır:
Bəşir! Allah sənin atana rəhmət etsin ki, şair idi, sənin də şairlik qabiliyyətin varmı?
Bəli, ey Allah Rəsulunun övladı, mən də şairəm.
Mədinəyə get və Hüseynini (ə) şəhadət xəbərini Mədinəyə çatdır.
Bəşir deyir: Ata minib Mədinəyə doğru tələsdim.
Peyğəmbər məscidinə gəlib gözlərimdən yaş axa-axa şivən ilə fəryad etdim. Bu şeri qoşub uca səslə oxudum:

Ya əhlə yəsribə la muqamə ləkum biha
Qutiləl Huseynu fəədmui midrar
Əlcismu minhu bi kərbəla muzərrəc
Vər-rəsu minhu ələl qənati yudar

Ey Mədinə camaatı! Mədinədə qalmayın, çünki Hüseyn (ə) öldürülüb. Buna görə də gözlərimdən su sel kimi axır. Hüseynin cəsədi Kərbəlada qan və torpaq arasına düşüb və müqəddəs başını nizə üzərində, şəhərlərdə gəzdirirlər.

Bu vaxt fəryad qopardım: Ey Mədinə camaatı! İndi Əli ibni Hüseyn öz bibiləri və bacıları ilə Mədinənin yaxınlığındadır. Mən imam Səccadın sizin tərəfinizə göndərdiyi şəxsəm və onun yerini sizə göstərəcəyəm.
Bəşir deyir: Qadınlar hamısı şivən edən halda evlərdən bayıra töküldülər. Mən camaatı heç bir zaman o günkündən çox ağlar görmədim və müsəlmanlar üçün o gündən acısını müşahidə etmədim. Mədinə camaatı Bəşirlə birgə Əhli-beytə doğru tələsdilər. İmam Səccad camaat üçün xütbə oxudu və Allahın onlara nəsib etdiyi və öhdəsindən gəldikləri böyük bir imtahan üçün Allaha şükr deyib, hamını Peyğəmbərin pak ailəsinə üz verən böyük müsibətlər, çətinliklər və hadisələrdən xəbərdar etdi. Camaat şivən edə-edə Əhli-beytlə birlikdə Mədinəyə daxil olurdu. Əhli-beytin gözü Peyğəmbərin pak qəbrinə düşcək "Va Məhəmməda” fəryadı ucaldı və Peyğəmbərlə dərdləşməyə başladılar. Ey Allahın Rəsulu! Sənin Hüseynini susuz şəhid etdilər və Əhli-beyti əsir tutdular. Mədinə camaatı onların səsinə səs verdilər. Ağlamaq və şivən səsləri qarışdı. Bütün Mədinə ağladı. Sanki darvaza və divar da ağlayırdı. Zeynəb Peyğəmbərin məscidinə yetişən kimi qapının iki tərəfini tutub belə dedi: Ey Allahın Rəsulu! Mən Hüseynin ölüm xəbərini gətirmişəm sənə. Ondan sonra Zeynəbin gözləri həmişə yaşlı olardı. İmam Səccada baxanda dərdi, qəmi təzələnərdi.
Təbidir ki, Zeynəb sakitləşmir və Aşura hadisələrini danışmaqla camaatda dəyişiklik edir, həyacanlandırırdı. Camaat oyanır və imam Hüseynin intiqamını almaq üçün ayağa qalxırdı.
İmam Hüseyn (ə) bir dəfə şəhadətə yetişdi, amma onun carçıları öz haqtələb fəryadlarını islam və bəşəriyyət aləminə yetirdilər.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Həzrət Musanın (ə) ölüm əhvalatı necə baş vermişdir?
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Salavatın fəziləti
Salavatın fəziləti
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))