Shia.az SonUmidTv media
sitename
Suzuzuq İmam Hüseyn (ə) və səhabələrini əldən salan zaman qardaşı Abbası 30 atlı, 20 piyada və 20 tuluq ilə su dalınca göndərdi. SHəzrət Abbasa (ə) niyə səqqa dedilər?uya yaxınlaşan zaman Ömər ibni Həccac dedi: "Kimsiniz?”. Nafə ibni Həlal dedi: "Mən sənin əmin oğlunam və İmam Hüseynin (ə) yaxınlarındanam. Gəlmişəm bu sudan içəm”. Dedi: "İç”. Nafə dedi: "Mən necə su içim ki, Hüseyn (ə) və yoldaşları susuzluqdan ölürlər?”. Dedi: "Düz deyirsən, ancaq biz məmur edilmişik və vəzifəmizi yerinə yetirməkdən başqa çarəmiz yoxdur”. Nafə yanındakıları çağırdı və Fərata daxil oldular. Ömər də əsgərləri çağırdı ki, onlara mane olsunlar. Hər iki dəstə arasında dava oldu və İmam Hüseynin (ə) səhabələrindən bir dəstə vuruşur və bir dəstə isə tuluqları doldururdular. Tuluqların hamısı doldu və düşmən tərəfdən bir neçə nəfər öldürüldü, ancaq İmamın (ə) ordusundan heç kəs öldürülmədi. Bu insanlar tuluqları götürüb ordugaha qayıtdılar. İmam Hüseyn (ə) və yoldaşları su içdilər və Abbası səqqa (su ilə təmin edən) adlandırdılar”.
Ömər Səd (lən) ordusunun İmamın (ə) tərəfdaşlarına və ailəsinə etdiyi zülmün tayı-bərabəri yoxdur. Seyyid ibni Tavus nəql edir: "İmam Hüseyn (ə) döyüşə getməzdən əvvəl buyurdu: "Mənə elə bir libas gətirin ki, heç kəs onu parçalamağa rəğbət göstərməsin”. Ona kiçik bir şalvar gətirirlər və o, deyir yox, bu zəlillərin paltarıdır. Köhnə bir köynəyi götürür və parçalyaıb, paltarının altından geyinir. İmam (ə) şəhid olan kimi həmin köhnə köynəyi də əynindən çıxardırlar. Bu işi Bəhr ibni Kəəb etdiyinə görə yay fəslində əlləri quru çubuq kimi olurdu, qış fəslində isə rütubətli olurdu. Əlindən çirk axardı”.
Seyyid ibni Tavus nəql edir: "Əshaq ibni Hubə İmamın köynəyini əynindən çıxardır və özü geyinir. O, ekzema xəstəliyinə düçar olur və saçları tökülür. Bu köynəyin üzərində yüzdən çox yara izi var idi”. İmam Sadiq (ə) buyurur: "İmam Hüseynin (ə) bədənində 33 nizənin, 34 qılıncın zərbə izi var idi”.
İmamın (ə) əmmaməsini Əxəs ibni Mərsəd aparır və Həzrətin (ə) ayaqqabısını Əsud ibni Xalid çıxardır. Mübarək üzüyünü Bəcdəl ibni Səlim Kələbi çıxardır. Bu üzüyü Həzrətin (ə) barmağı ilə aparır. Muxtar bu insanı tutur və əllərini və ayaqlarını kəsir və bu halda buraxır və o, da qanaxmadan ölür. Həzrətin (ə) zirehi qısa və ətəksiz idi və Ömər Səd (ə) onu götürdü. Ömər (ə) cəhənnəmə vasil edilən zaman Muxtar həmin zirehi Öməri öldürən Əbi Ümrəyə bağışlayır. Həzrətin (ə) qılıncını Cumi ibni Xəlq Əzdi götürür.
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Sadiqdən (ə) İmam Hüseynin (ə) (İmamət) üzüyünün aqibəti barəsində soruşdum və Həzrət (ə) buyurdu: "Hüseyn (ə) İmam Səccadı (ə) öz vəsisi qərar verir və üzüyü onun barmağına taxır. İmaməti ona tapşırır. Necə ki, Peyğəmbər (s) Əli (ə) ilə rəftar etmişdi. Sonra həmin üzük atamdan mənə çatdı və indi mənim yanımdadır. Hər cümə onu barmağıma taxıram və onunla namaz qılıram”.
Yezid (lən) ordusunun düşmənçiliklərini saymaqla bitməz. Allah onlara Qiyamətə qədər lənət etsin və Qiyamət günü də ən ağır cəza ilə cəzalandırsın. Amin!
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Hüseynin gündəlik namazlardan sonra oxuduğu münacat
İmam Hüseynin gündəlik namazlardan sonra oxuduğu münacat
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması
Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
İMAM KAZİMİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
İMAM KAZİMİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi
Bakıda Hacı Cavad məscidində növbəti "Quran Gecəsi" keçirildi
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
İmam Rzanın (ə) ziyarətinin fəzilətləri
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Məvəddət аyəsi
Məvəddət аyəsi
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))