Shia.az SonUmidTv media
» » Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Русская версия сайта Русская версия сайта
sitename
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
.
Bu gün Peyğəmbərlərin sonuncusu və ən fəzilətlisi olan həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) ən çox sevdiyi həyat yoldaşı və Peyğəmbərə(s) ilk iman gətirən qadın xanım Xədicə əleyhasalamın vəfat etdiyi gündür.
Xanım Xədicə sevimli peyğəmbərimizə görə hər cür çətinlik və əziyyətlərə dözmüşdü. Xanım Xədicə (ə) həzrət Peyğəmbərə ilə ailə quranda Məkkənin qadınları onu bu işdən çəkindirməyə çalışdılar və ona dedilər: "Ey Xədicə, Məkkənin və Hicazın ən hörmətli və sərvətli şəxsləri sənə elçilik etdilər, lakin sən onların heç birini qəbul etməyərək yetim Məhəmmədi (s) seçdin."
Bəli, xanım Xədicə (s) müşriklərin heç birinin elçiliyini qəbul etməmişdi, elə buna görə də Məkkə qadınları xanım Xədicəni (s) danışdırmırdılar. Onun əleyhinə sözlər danışır, ona böhtanlar atırdılar. Hətta onun ölümündən sonra da bu böhtanlar azalmadı, şayiə yaydılar ki, guya Xədicə (ə) Peyğəmbərdən (s) öncə iki dəfə ərdə olmuşdur və ilaxır. Ancaq zamanın keçməsi ilə bu böhtanlar tədriclə gücünü itirdi, Xədicənin (s) paklıq və saflığı bütün dünyaya aşkar oldu.
Tarixçilərin nəzərinə görə xanım Xədicə və həzrəti Əbutalib müsəlmanlar "şeybi Əbutalib"də (müsəlmanların iqtisadi mühasirədə olduqları dərədə) olduqları vaxt hamıdan çox əziyyət çəkdikləri üçün mühasirə sona yetdikdən sonra hər ikisi aralarında az fasilə olmaqla vəfat etmişdilər. Xanım Xədicə əleyhasalam ilə Əbu Talib əleyhissalam eyni ildə vəfat etdilər, bu səbəbdən Peyğəmbər(s) bu ili "amul hüzn" yəni "qəm-kədər ili" adlandırmışdı.
.
Xanım Xədicənin(ə) ən yaxın rəfiqələrindən biri olan Əsma binti Yəzid (künyəsi Ummu Sələmə) belə nəql edir ki, xanım Xədicənin(ə) axır vaxtları idi. Biz bir neçə xanım onun görüşünə getmişdik. Xanım bizi görüb ağlamağa başladı. 
Mən ona dedim: Ey Xədicə! Sən bizim hamımızdan imanlısan, niyə ağlayırsan? 
Xanım Xədicə(ə) üzünü bizə tutub dedi: "Mən ölümdən qorxub ağlamıram, o günə ağlayıram ki, qizim Fatimənin(ə) gözü toy gecəsi ana axtaracaq. Çünki hər bir qız ər evinə gedəndə bütün sirrin, sözün anası ilə bölüşdürür, anası ona ürək dirək verir. Mən ki ölürəm. Mənim Fatiməm(ə) toy gecəsi tək qalacaq."
Mən ona söz verdim ki, əgər Allah Taala mənə ömür versə, mən toy gecəsi Fatiməyə(ə) ana olaram, qoymaram ki, anası olmadığı üçün qəmgin olsun. Hicrətin ikinci ili xanım Fatimənin(ə) toy axşamında toy mərasimindən sonra Allahın Rəsulu (s) xanımlara göstəriş verdi ki, hamı evinə getsin. Hamı getdikdən sonra Rəsulullah (s) məni orda görüb dedi: Mən demədimmi hamı getsin?! 
Mən dedim: Anam atam sənə fəda olsun, ey Allahın Rəsulu! Elə başa düşmə ki, mən itaətsizlik edib getməmişəm. Mən xanım Xədicəyə söz vermişdim ki, toy gecəsi Fatiməni(ə) tək qoymayacam. 
Allahın Rəsulu(s) Xədicənin adını eşidib ağladı və dedi: Səni and verirəm Allaha de görüm sən həqiqətən öz əhdinə vəfa etmək üçün burada qalmısan? 
Dedim: Ya Rəsulullah and ola Allaha ki, bu səbəbdən burda qalmışam. Ondan sonra Allahın Rəsulu(s) mübarək əllərini göyə tutub mənim üçün dua etdi.
Kəşful ğummə 3-cü cild 138-ci səhifə
.
Həzrəti Muhəmməd səllAllahu əleyhi və alih üçün xanım Xədicənin vəfatı çox çətin idi. Bir tərəfdən Məkkə müşrükləri Əbutalib(ə) və Xədicənin(ə) vəfatından sonra cürətlənib o həzrətiə əziyyət edirdilər. 
.
Bir gün Peyğəmbər(s) Məkkənin küçələrinin biri ilə gedirdi. Birdən müşrüklərdən biri içi zibil ilə dolu olan qabı o həzrətin üstünə tökdü. Bu hadisə olduqca o həzrətə pis təsir etdi. Çünki həmişə belə hallar olanda evə gedər, Xədicə onun paltarını, üz gözünü təmizləyər, ona təsəlli verərdi. Artıq o ləyaqətli və mehriban xanım dünyasın dəyişib, Rəsulullah (s) necə evə getsin? Peyğəmbər(s) evə döndü. Xanım Fatiməyi Zəhra(ə) atasını belə görüb tez onun yanına gəldi, atasını nəvaziş edə-edə onun paltarını təmizləyib, balaca əlləri ilə atasının mübarək simasını sildi. Sanki xanım çalışırdı ki, atası anasının yoxluğunu hiss etməsin.
Sirətun- nubuvvə, ibn Hişam 2-ci cild 58-ci səhifə
.
Amma Peyğəmbər(s) xanım Xədicəni (ə) ömrünün axırına kimi unutmadı və daim onu xatırlayanda mübarək gözləri yaşla dolurdu. Onun ziyarətinə gedir, dərdini yenə də onunla bölüşürdü. 
Xanım Xədicə(ə) və həzrəti Əbutalibin(ə) müqəddəs məzarları Məkkənin şimalında Həcun, indiki Muğəlla qəbirstanındadır. 727 h.q. ildə onların məzarları Məkkə müsəlmanları tərəfindən təmir olunmuşdu. Təəssüflər olsun ki, 1344-cü hicri ildə vəhhabi daşnaqları Məkkəni işğal edəndən sonra bütün qəbirləri viran qoydular. Həmçinin bu iki qəbirə də cəsarət etdilər. İndi də onlıarın qəbirlərini ziyarət etmək qadağandır
Rza Əzizoğlu İrəvani
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
Hacı Rəşad Xanım Zəhra (s.ə) mövludu
Hacı Rəşad Xanım Zəhra (s.ə) mövludu
Xanım Zəhranın (s.ə) mövlud gününə həsr olunmuş Quran gecəsi keçirilib (FOTO)
Xanım Zəhranın (s.ə) mövlud gününə həsr olunmuş Quran gecəsi keçirilib (FOTO)
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Hacı Ilkin Xanım Zəhra (s.ə) Ziyarət naməsi
Hacı Ilkin Xanım Zəhra (s.ə) Ziyarət naməsi
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Quran gecəsi _ (Xanım Fatimeyi Zəhra (s.ə)-nin şəhadəti) 12032016
Hacı Hikmət Xanim Zəhranın  (s.ə)  şəhadəti 2016
Hacı Hikmət Xanim Zəhranın (s.ə) şəhadəti 2016
Hacı Əhliman Xanim Zəhra (s.ə) şəhadəti 2016
Hacı Əhliman Xanim Zəhra (s.ə) şəhadəti 2016
Hacı Samir Xanim Zəhra (s.ə) şəhadəti
Hacı Samir Xanim Zəhra (s.ə) şəhadəti
Hacı Rəşad Xanım Zəhra (s.ə) şəhadəti
Hacı Rəşad Xanım Zəhra (s.ə) şəhadəti
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Kiçik bir dərs ( Yaxşılıq itmir və Allah hər şeyin dəyərini bilir)
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Peygəmbər (s)-in həyat yoldaşı Xanim Xədicə(s.ə)-in vəfatı günüdür.
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
Bakıda növbəti Quran gecəsi keçirilib (FOTOLENT)
Bakıda növbəti Quran gecəsi keçirilib (FOTOLENT)
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 03032015
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadəti moizəsi) 03032015
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadətinə görə başsağlığı verdi)
Hacı Əhliman (Xanım Zəhra (s.ə) şəhadətinə görə başsağlığı verdi)
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))