Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına
Qısa bir baxış
«Qəməri bəni-haşim» ləqəbi ilə tanınmış Əbül-fəzl ibn Əli (ə) hicrətin 26 -cı ili, şəban ayının 4-də dünyaya göz açmışdır. İslam aləmində bu həzrət qəməri bəni-haşim (yəni haşim nəslinin ayi) ləqəbi ilə tanınmışdır. Atası , Əli ibn Əbu-talib . Anası isə öz şücaətləri ilə ad qazanmış '' kilab'' qəbiləsindən olan Fatimə (ümmulbeni) dir. Bu xanım Əli (ə) la izdivacından 4 oğlu dünyaya gəlmişdir: Əbbas , Osman, Cəfər və Əbdullah . Bu qardaşların hamısı Huseynə vəfadar olub aşura günü canlarından keçmişdilər.
Bu həzrət dünyaya göz açandan sonra islam şəriətinə uyğun olaraq qulağına azan və iqamə oxumuşdur. Viladətin 7-ci günü atası qurban kəsib fəqirlərə ehsanda etmiş.uşağlıq çağlarından elm, mərifət və kamil iman əhli olmuşdur, bu məqamlara yüksəlməkdə atasının Əli(ə) ın boyük rolu olmuşdur . Həzrətin elmi barəsində atası buyurur:''Həqiqətən övladım Əbbas az yaşlı olarkən elmə meylin salmışdı, bənzəyirdi bir balaca göyərçinə ki anasından yemək istəyir, mənim oğlum Əbbas isə, məndən təhsil alardı.''
Bir gün Əli ( ə) ağlayırdı onun ağlamasını görən xanımı sual etdi : '' nədir ağlamağının səbəbi?''
Əli ( ə ) buyurdu: onun (Əbbasın) ömgrü Huseynə kömək etməklə sona yetəcək.
Əbbas həmişə atası ilə birgə gəzər ,ona hər işdə həmdəm olurdu, hətta xilafətin çətin və acınacaqlı vaxtlarında belə atasnı yalnız buraxmazdı , o öz şücaətini yalnız aşurada deyil , hicrətin 37-ci ilində 12 yaşı olarkən ''Sufeyn''döyüşündə sübüt eləmişdir.
Həzrət Əbbas məsumların nəzərində:
Muhəmməd (s.ə və a.) Buyurur: Allah gözlərini işıqlandırsın, sən babul-həvaicsən , istədiyin bəndəni shəfaət edə bilərsən.
Baqir (ə) buyurur: Qiyamət qopanda peyğəmbər (s) və Əli (ə) buyuracaq: Fatimə de, ümmətin şəfaəti üçün Allahın dərgahına nəyi ərz (təqdim) edirsən? Əli (ə) onun sözünü çatdıracaq və cavablnda o böyük xanım buyuracaq:''oğlum Əbbasln iki qolu,bu məqam ücün kifayətdir.
Əli(ə) buyurur:'' Əbbas! Tezliklə mənim gözlərimi sənin vücudun nurlandıracaq.'' Həmçinin buyurur:'' Əbbas! Aşura zamanı su kənarına getsən , Huseyn (ə) su içmədiyi sürəcə su içəsən''
Hamımızda yaxşı bilirik həzrət bu vəsiyyətə necə gözəl əməl etdi. And içdi Allah ki su içmərəm o vaxta qədər ki, ağam Huseyn susuzdur
Bir gün xanım Zeynəb atasından soruşdu: atacan! Qardaşımın adı və küniyəsi nədir ? Cavabda həzrət buyurdu: onun adı, Əbbas . Küniyəsi, Əbul-fəzl və bir çox ləqəbləri olmuşdur: haşim nəslinin ayi, səqqa və s. Əbbasın mənası yəni şücaət nişanısidir, Əbul-fəzlin mənası yəni fəzilətinin çoxluğundan xəbərdar edir.Haşim nəslinin ayi , yəni çox gözəl və nurlu surətin olması səbəbi ilədir.
Onun mübarək və pak məzarı qardaşı imam Huseynin yanındadır.
əziz mömin və möminələr! Mövlud mübasibəti ilə sizləri təbrik edirəm!
Müəllif: Firəngiz Zeynalova
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!