Shia.az SonUmidTv media
sitename
Zilqədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.
 
Mərhum Mirzəcavad Ağa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o Həzrət (s) öz səhabələrinə xitabən buyurdu:
“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o Həzrət (s) buyurdu:
“Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rükət - iki dəfə 2 rükət (hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq) olmaqla namaz qılın. Namazdan sonra 70 dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvlə və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.
 

Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
 
Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu`¬mi¬ninə vəl mu`minat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt – Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
 
(“Əl-muraqibat” kitabından iqtibas, Mirzəcavad Aqa Məliki Təbrizi.)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))