Shia.az SonUmidTv media
sitename
Kamilə namazı

Yuxarıda qeyd etdiyimiz nafilələrdən biri də "Kamilə” adlı namazdır. Şeyx, Seyid və Əllamə kimi böyük alimlər onu mötəbər sənədlərlə İmam Sadiq (ə)-dan nəql etmişdirlər. Həzrət Rəsul Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurub:” Cümə günü zavaldan (günorta azanından) əvvəl dörd rükət namaz qılıb, onun hər rükətində "Həmd” surəsini on dəfə və "Nas”, "Fələq”, "İxlas”, "Kafirun” və "Ayətəl-kürsü” dən birini on dəfə və başqa rəvayətə əsasən "Qədr” surəsini və "Şəhidəllah...” ayəsini hər birini on dəfə oxuyub namazı qurtardıqdan sonra, yüz dəfə istiğfar edib, yüz dəfə "Subhanəllahi vəl həmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini deyib, yüz dəfə salavat göndərən şəxsi Allah taala yerin-göyün, şeytanın, zalım padşahın zülmündən saxlayar.

kitab:Məfatihul Cinan
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))