Shia.az SonUmidTv media
» » Torpağa səcdənin fəlsəfəsi nədir? Nə üçün şiələr Kərbəla türbətinə və möhürə səcdə edirlər?
Русская версия сайта Русская версия сайта
sitename

 

Müxaliflər tərəfindən cəhalət və ya düşmənçilik üzündən şiələrin əleyhinə aparılan zəhərli təbliğatlar və şiəyə hücum etmək üçün istifadə olunan şantajlardan biri də torpağa səcdə etmək məsələsidir. Halbuki, əgər bu məsələ haqq əsasında, hər növ yersiz təəssüblərdən uzaq bir mühitdə araşdırılaraq tədqiq edilsə, onun nəticəsi şiəliyə yaxılan ittihamların tam əksinə olacaqdır. Çünki şiələr "torpaq üçün” deyil, "torpağın üzərinə” səcdə edirlər. "Torpaq üçün” səcdə etməklə "torpağın üzərinə səcdə etmək” ayrı-ayrı məsələlərdir.

Şübhəsiz, birinci qisim (torpaq üçün səcdə etmək) şirkin bir qismidir və şiələr bu növ səcdəni haram bilirlər. Çünki belə səcdə Allahdan qeyrisi üçün yerinə yetirilmiş olur və onun isbatı çox dəlil-sübut tələb etmir. Bu barədə şiə alimlərinin və müctəhidlərin fətvalarına müraciət edə bilərsiniz.

Mövzunun həqiqəti aydın olsun deyə, aşağıda onları ətraflı şəkildə araşdırırıq:

Səcdənin tərifi

Səcdə lüğətdə (məbudun qarşısında) bəndəlik etmək, əyilmək, zəlil olmaq mənasınadır. Müqəddəs islam şəriətində də alnın bir hissəsini yerə və başqa şeylərə qoymaqdır; alın ilə səcdə etdiyi şey arasında fasilə və pərdə olmamalıdır. Bunun dəlili aşağıdakı rəvayətdir: "Səcdə etdiyin zaman alnını yerə qoy və sürətlə yerə vurma (qarğanın yerə dimdik vurduğu kimi sürətlə etmə)!”[1]

Həmçinin bu barədə belə rəvayət olunur: "Peyğəmbərə Məkkə və Mədinə diyarında səcdə edərkən alnınızın və əllərinizin yanmasından şikayət etdik və Peyğəmbər bizim şikayətimizə etina etmədi.”[2]

Səcdə bütün alimlərin və fəqihlərin fikir birliyinə əsasən, vacibdir. Çünki mütəal Allah  buyurur: "Ey iman gətirənlər! Rüku edin və səcdə yerinə yetirin!”[3]

Bu məsələnin fiqhi məsələ olması

Aydındır ki, bu məsələ (səcdə) kəlam məsələsi deyil, fiqhi bir məsələdir. Çünki səcdə mükəlləf şəxsin əməli ilə əlaqədardır. Sünnü və şiələr arasında fiqhi məsələlərdə ixtilaf olduqca çoxdur. Ən yaxşı dəlili də budur ki, müşahidə etdiyimiz kimi, əhli-sünnət məzhəbinin özü də dörd əsas məzhəbə bölünür və bu dörd məzhəb bir çox fiqhi məsələlərdə ixtilafa malikdirlər.[4]

Səcdə barəsində rəvayətlər

Səcdə barəsində gələn rəvayətləri üç qismə bölmək olar:

1. Bəzi rəvayətlər səcdənin yer üzünə edilməsinin zərurətinə təkid edir;  

2. Bəzi rəvayətlər bitkilərdən olan (toxunan) həsir kimi şeylərə səcdəyə işarə edir;

3. Bəzi rəvayətlər də yundan və ya pambıqdan (parçadan) hazırlanan köynəyə səcdə edilməsinə işarə edir.[5]

Birinci qisim, yəni səcdənin yer üzərinə edilməsinin zərurətinə təkid edən rəvayətlər çoxdur və çoxlu rəvayət kitablarında müxtəlif təbirlərlə nəql olunmuşdur. Burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. جُعِلَتْ لِيَ الْاَرْضُ مَسْجَداً وَ طَهُوراً "Yer mənim üçün səcdəgah və pakedici qərar verilmişdir.” Bu rəvayət Müslimin "Səhih” kitabında belə gəlmişdir: "Bütün yer üzü bizim üçün səcdə yeri və onun torpağı – su tapılmadığı halda (təyəmmüm üçün) pakedici (təhur) qərar verilmişdir.”

"Sünəni Tirmizi” kitabında isə belə deyilir: "Bütün yer üzü mənim üçün məscid (səcdəgah) və pakedici qərar verilmişdir.”

Beyhəqinin ibarəsi belədir: "Yer üzü mənim üçün pakedici və məscid (səcdəgah) qərar vermişdir.”

Beyhəqinin kəlamında bu ifadə də mövcuddur: "Yer mənim üçün pak və səcdəgah qərar verilmişdir. Hər yerdə namaz vaxtı çatanda necə olursa olsun, namaz qılıram.”[6]

2. Əbuzər nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurdu: "Yer sənin üçün səcdə məhəllidir, belə isə, hər yerdə namaz vaxtı çatsa namaz qıl!”[7]

3. İbni Abbas deyir ki, Peyğəmbər daşın üzərinə səcdə etdi.[8]

4. Əbu Səid Xudri belə rəvayət edir: "Öz gözlərimlə gördüm ki, Peyğəmbərin alnı və burnu (torpağa səcdə etdiyinə görə) toz-torpaqlı idi.”[9]

5. Cabir ibni Əbdüllah deyir: "Mən zöhr namazını Peyğəmbərlə birlikdə qıldım. Hava şiddətli şəkildə qızmar olduğuna görə bir daş parçasını əlimdə soyudurdum ki, onun üstünə səcdə edəm.”

6. Ənəs ibni Malik deyir: "Biz Peyğəmbərlə birlikdə çox qızmar havada namaz qılırdıq. Hər birimiz bir daş parçasını əlimizdə soyudur, sonra onu qoyub üstünə səcdə edirdik.”[10]

7. Ömər ibni Xəttab deyir: "Yağışlı bir gecənin səhəri sübh namazını qılmaq üçün evdən çıxdıq. Yer palçıq olduğuna görə hər birimiz bir qədər daş topladıq, onları məscidin həyətinə döşədik və onun üstündə namaz qıldıq. Peyğəmbər bu hadisəni görən zaman buyurdu: "Necə də yaxşı işdir!” Bundan sonra səcdədə alın yerimizə daş qoymaqla namaz qılmağa başladıq.[11]

8. Əyaz ibni Əbdüllah Qürəyşi belə nəql edir: "Peyğəmbər başında əmmamə olan (və alnını tutan) halda səcdə edən bir kişini gördü. Ona işarə etdi ki, əmmaməni dala çək və yenə işarə etdi ki, alnınla səcdə et.”[12]

Bunlar səcdənin yerə və torpağa edilməsinin vacibliyini göstərən çoxlu rəvayətlərdən qısa nümunələr idi.[13]

Beyhəqi deyir: "Əgər parçaya və paltara səcdə etmək caiz olsaydı, rəvayətlərdə ona mütləq işarə edilməli idi. Çünki onlara səcdə etmək isti daşları götürüb səcdə etmək üçün əldə soyutmaqdan çox rahat idi.”[14]

b) Üzrlü səbəb olmadan torpaqdan qeyrisinə səcdə etməyin caizliyini göstərən rəvayətlər

1. Malik ibni Ənəs belə nəql edir: "Nənəm (Məlikə) Peyğəmbəri, onun üçün hazırladığı yeməyə dəvət etdi. Peyğəmbər o yeməkdən yedi, sonra  buyurdu: "Qalxın və mənimlə namaz qılın!” Ənəs ibni Malik deyir: Mən ayağa qalxdım və çox köhnəldiyinə görə qaralmış bir həsirə su çiləyib islatdım. Peyğəmbər onun üstündə dayandı, mən o həzrətin arxasında, nənəm də mənim dalımda dayanıb namaz qıldıq.”[15]

Ənəs bu məzmunda başqa bir rəvayəti belə nəql edir: Bibilərimdən biri Peyğəmbər üçün yemək hazırladı, sonra o həzrətə xitab edərək dedi: "İstəyirəm ki, bizim evimizdə yemək yeyəsən və namaz qılasan!” Peyğəmbər gəldi və göstəriş verdi ki, evdəki böyük həsiri otağın bir tərəfinə qoyam, onun üstünə su səpib süpürəm. Sonra Peyğəmbər onun üstündə dayandı və biz də onun arxasında dayanaraq namaz qıldıq.”[16]

Digər bir rəvayətdə Ənəs ibni Malik deyir: "Ümmü Səlim Peyğəmbərdən xahiş etdi ki, onun evinə gəlib namaz qılsın, həmin yeri həmişəlik olaraq özünə namaz yeri seçsin. Peyğəmbər  bu xahişi qəbul edərək onun evinə gəldi. Mən onun evində olan həsirə bir az su çiləyib islatdım. Peyğəmbər onun üstündə namaz qılmağa başladı. Ümmü Səlim də Peyğəmbərlə birlikdə namaz qıldı və o yeri həmişəlik namaz yeri seçdi.”[17]

2. İbni Abbas deyir: "Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) kiçik həsirin üstündə namaz qılırdı.”[18]

3. Əbu Səid Xudri deyir: "Peyğəmbərin yanına gələndə o həzrətin bir həsir üzərində namaz qıldığını gördüm: elə o həsirin üzərinə də səcdə edirdi.”[19]

4. Peyğəmbərin həyat yoldaşı Məymunə deyir: "Allahın Rəsulu namaz halında idi. Mən də onun yanında dayanmışdım, elə yaxın idim ki, köynəyi mənə dəyirdi. Səcdəyə gedəndə alnını həsirin üstünə qoyurdu.”[20]

Bu barədə mövcud olan rəvayətlər olduqca çoxdur və qeyd olunanlarla kifayətlənirik.

v) Üzrlü səbəblər olduğu zaman yerdən qeyrisinə səcdənin caiz olduğunu göstərən rəvayətlər

Bu barədə Ənəs ibni Malikin rəvayətini qeyd etməklə kifayətlənirik: "Biz Peyğəmbərlə birlikdə namaz qılırdıq. Hər hansı birimiz kəskin hərarətə görə alnımızı səcdə halında yerə qoya bilməsəydik, köynəyimizi açır və onun üzərinə səcdə edirdik.”

Bu rəvayət əhli-sünnətin çoxlu mənbələrində müxtəlif təbirlərlə nəql olunmuşdur, o cümlədən: "Səhihi Buxari”, "Səhihi Müslim” və s. [21]

Hər bir insaflı və tədqiqatçı alim bu hədislərdə dərindən təfəkkür etsə, aydın olar ki, bu rəvayətlərin hamısı təkid edir ki, əvvəla: səcdə gərək ilk növbədə torpağa edilsin. Ondan sonrakı növbədə  yerdən cücərən və yeyilib-geyilən olmayan şeylərə edilsin. Sonrakı mərhələdə isə (çarəsizlik və imkansızlıq halında) köynəyə (parçaya) səcdə etmək olar.

Deməli, Əhli-beyt məktəbinin şagirdləri olan alimlər və fəqihlər bu rəvayətlərə istinad etməklə, habelə məsumların rəvayətlərinə tabe olaraq demişlər: Namazda səcdə edilən yerin torpaq və ya torpaqdan cücərən və əksər hallarda yeyilən və geyilən olmayan şeylər olması vacibdir.[22]

Amma bizim (şiələrin) bir qədər torpağı palçıq etdikdən sonra qurudaraq möhür şəkilinə salıb namazda onun üzərinə səcdə etməyinizin səbəbinə gəldikdə isə, onun bəzi dəlillərini aşağıda qeyd edirik:

1. Onun paklığına əmin olduğunuza görə; çünki səcdənin şərtlərindən biri üzərinə səcdə edilən şeyin pak olmasıdır. Həmçinin, onun mübah olmasına (qəsbi olmamasına) xatircəm olduğumuz üçündür. Çünki səcdə yerinin şərtlərindən biri onun mübah olmasıdır (qəsbi olmamasıdır).

2. Bizim dövrümüzdə evlərin, məscidlərin və s. döşəmələri xalça-palaz ilə örtülmüşdür və orada torpaq yoxdur. Buna görə də möhürə səcdə edirik.

İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdənin fəlsəfəsi

Şiələrin imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmələrinin səbəbinə gəldikdə isə, demək lazımdır:

1. Şiə fəqihləri arasında elə bir kəs tapmaq olmaz ki, imam Hüseyn (əleyhis-salam)-ın qəbrinin torpağından hazırlanmış möhürə səcdə etməyi vacib hesab etsin; əksinə onlar deyirlər ki, pak və mübah olan hər bir torpağın üzərinə səcdə etmək səhihdir. Onlar sadəcə buyurmuşlar ki, imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmək müstəhəbdir.[23]

2. İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmək "torpağa səcdə”nin nümunələrindən biridir. Müsəlmanlar yerə və torpağa səcdənin düzgün olmasında müttəfiq fikirdədirlər. Deməli, imam Hüseyn türbətinin "mütləq şəkildə olan yer və torpaq”dan istisna edilməsinə heç bir əsas qalmır ki, "nə üçün şiələr imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə edirlər?” - deyə irad tutulmuş olsun.

3. Əhli-beyt (əleyhimus-salam) imam Hüseyn (əleyhis-salam) türbətinə səcdə etməyə dair çoxlu təkidlər etmişlər. İmam Səccad (əleyhis-salam) bu türbətə səcdə edən ilk şəxs olmuşdur. Ondan sonrakı bütün imamlar imam Hüseyn (əleyhis-salam) türbətinə səcdə edir və bu işin müstəhəb olmasını təkidlə vurğulayırdılar. Belə ki, imam Sadiq (əleyhis-salam)  buyurur: "İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə yeddilik təşkil edən hicabları aradan qaldırır.”[24]

İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etməyin fəziləti barədə deyilən çoxlu səbəblər elm və təfəkkür əhlinə gizlin deyildir. O cümlədən:

a) Etiqadi təlimlər nəzərindən: Ömər ibni Səd (lənətullahi əlehy) Aşura günü sübh çağı öz ordusuna pişnamazlıq edərək camaat namazı qıldı, amma elə həmin günün axşam çağı imam Hüseyn (əleyhis-salam)-ı şəhadətə çatdırdı. Şiələr imam Hüseyn türbətinə səcdə edərkən elan edirlər ki, Ömər Səd və onun hakimi Yezidin qıldıqları ölü və ruhsuz namaz kimi namaz qılmırlar; şiələrin namazı imam Hüseynin, atasının və babasının namazı kimi həmişə diridir. Bu da Əhli-beytin vilayət məfhumunu şiələrin qəlbində möhkəmlədib sabit edən həmin məsələdir. Buna görə də imamlar bu türbətə səcdəyə təkid edirdilər. İmam Hüseyn türbətinə səcdə etmək elə Allah dərgahında təslim,  xüzu və bəndəlikdən ibarətdir və şiələr Allah övliyalarına tabe olmaqla bu işi görürlər.

b) Tarixi təlimlər: Bəziləri Əli (əleyhis-salam)-la imam və xəlifə ünvanı ilə beyət edilən Qədir-xum təlimlərini və Bəni-üməyyənin xilafəti dövründə baş verən Aşura təlimlərini söndürməyə səy edirdilər. Hüseyn türbəti Aşura günündə Bəni-üməyyə hakimlərinin törətdikləri bəşəriyyətə zidd olan cinayətlərin canlı tarixi sənədidir. Tarix boyu zalımlar Qədir və Aşura təlimlərini məhv edib tarixdən silmək üçün var-gücləri ilə çalışmış və bütün imkanlarından istifadə etmişlər. Amma Əhli-beyt imamları Aşura hadisəsini mərsiyə, ağlamaq, ziyarət və s. vasitələrlə bütün insanların qəlbinə hopdurmuş və onlarla Aşura qiyamı arasında əlaqə yaratmışlar. Buradan da imam Hüseyn türbətinə səcdənin əhəmiyyətinə təkidin səbəbi aydın olur.

v) Cihad və şəhadət təlimləri. İmam Hüseyn türbəti əksəriyyət təşkil edən müsəlman xalqlarda cihad və inqilab ruhiyyəsini gücləndirən vasitələrdən biridir. Bu da bütün  dövrlərdə islam ümmətinin ehtiyac duyduğu şeylərdəndir. Xüsusilə, yaşadığımız hazırkı dövrdə islam cəmiyyəti müxtəlif müharibələrlə qarşılaşmışdır. İmam Hüseyn türbəti ilə mənəvi əlaqədə olmaq bir ovuc cansız və ruhsuz torpaqla əlaqə deyil, əksinə cihad, inqilab məfhumları ilə agahlıq və hərəkətverici bir qüvvə ilə əlaqə yaratmaqdır.

Bunda əlavə, imam Hüseyn türbətinin çoxlu mühüm əxlaqi, siyasi, əqidəvi, dini təsir və təlimləri vardır ki, bu məsələ ilə əlaqədar imam Hüseyn (əleyhis-salam)-ın hərəkatı barədə yazılan müfəssəl kitabları mütaliə etmək lazımdır.[25]

Sonda deyilik: Axı şiənin günahı nədir?! Bütün vücudları ilə Peyğəmbərin təlimlərinə sarıldıqları və o həzrətin tutduğu yola və sünnətə əsasən əməl etdikləri bir halda nə üçün bu qədər töhmətlərlə qarşılaşmalıdırlar?! Şiələr o həzrətin danılmaz sünnətinə: əməl və rəftarlarına iltizamlı olmuşlar. Şiələr şəkkli olan şeylərə, o cümlədən üzrlü səbəb və ya çıxılmaz hal olmadıqda xalça-palaza və köynəyə səcdə etməkdən uzaq olmuşlar.

Bu barədə çoxlu rəvayətlər vardır ki, yeyilən və geyilən şeylərə səcdənin qadağan edilməsinin fəlsəfəsini bəyan edir. Məsələn, Hüşam ibni Həkəm deyir ki, imam Sadiq (əleyhis-salam)-a dedim: "Üzərinə səcdə etməyin caiz olduğu və caiz olmadığı şeyləri bizə bəyan et.” Həzrət  buyurdu: "Səcdə yalnız torpağa və torpaqdan cücərən, amma yeməli və geyməli olmayan şeylərə caizdir.”

Soruşdum ki, sənə fəda olum, bu işin səbəbi nədir? Həzrət  buyurdu: "Çünki səcdə Allah qarşısında xüzu və bəndəlikdir və yeməli-geyməli şeylərə səcdə etmək rəva deyildir. Çünki camaat yeməlilərin və içməlilərin quludur, halbuki səcdə edən şəxs səcdə halında Allaha ibadət və bəndəlik halındadır. Rəva deyildir ki, bu halda öz alnını dünya qullarının – dünyaya aldanaraq məğrur olanların məbudunun üzərinə qoyaraq səcdə etsin. Torpağa səcdə etməyin daha artıq fəziləti vardır. Çünki  belə bir səcdə Allaha bəndəlik və xüzunu daha artıq çatdırmağa layiqdir.”[26]

 


[1] İbni Hibban, "Səhih”, 1-ci cild, səh. 264

[2] Müslim, "Səhih”, 3-cü cild, səh. 312; İbni Macə, "Sünən”, 2-ci cild, səh. 360

[3] "Həcc”  surəsi, ayə:  77

[4] Əlavə məlumat almaq üçün bax: "Əl-fiqhu ələl-məzahibil-ərbəə”, Cəziri, Əbdür-Rəhman

[5] Əllamə Əmini, "Əssucudu ələt-türbətil-Hüseyniyyə”, səh. 13

[6] "Səhihi Buxari”, 1-ci cild, səh. 113; "Səhihi Müslim”, 2-ci cild, səh. 64; "Səhihi Nisai”, 2-ci cild, səh. 32; "Səhihi Əbu Davud”, 2-ci cild, səh. 114; "Sunəni Kubra”, 2-ci cild, səh. 433, 435

[7] "Səhihi Nisai”, 2-ci cild, səh. 37

[8] Hakim "Müstədrək” kitabında onu rəvayət etmiş və Zəhəbi də onu "səhih” bilmişdir: 3-cü cild, səh. 473

[9] "Səhihi Buxari”, 1-ci cild, səh. 2, 163, 198, 253, 256, 258, 259; "Sünəni Əbu Davud”, 1-ci cild, səh. 143-144; "Sünəni Kubra”, 2-ci cild, səh. 106

[10] "Sünəni Kubra”, 2-ci cild, səh. 106 

[11] "Sünəni Əbu Davud”, 1-ci cild, səh. 75, "Sünəni Kubra”, 2-ci cild, səh. 440

[12] "Sünəni Kubra”, 2-ci cild, səh. 105

[13] Bu bölmədə nəql olunan rəvayətlər barədə əlavə məlumat almaq üçün bax: "Torpağa səcdə etməyin fəlsəfəsi nədir?”  sual 508 (sayt: 554)

[14] "Müsnəd”, Əhməd ibni Hənbəl, 1-ci cild, səh. 321; "Sünəni Kubra”, 2-ci cild, səh. 105

[15] "Səhihi Buxari”, 1-ci cild, səh. 101; "Səhihi Nisai”, 2-ci cild, səh. 57

[16] İbni Macə, "Sünən”, 1-ci cild, səh. 255

[17] "Səhihi Nisai”, 2-ci cild, səh. 57

[18] "Səhihi Tirmizi”, 2-ci cild, səh. 126

[19] "Səhihi Müslim”, 2-ci cild, səh. 62-126

[20] "Səhihi Buxari”, 1-ci cild, səh. 101; "Səhihi Müslim”, 2-ci cild, səh. 128

[21] "Səhihi Buxari”, 1-ci cild, səh. 101; "Səhihi Müslim” 2-ci cild, səh. 109; "Sünəni İbni Macə”, 1-ci cild, səh. 321; "Sünəni Əbu Davud”, 1-ci cild, səh. 106

[22] "Ürvətul-vusqa”, 1-ci cild, səcdə bölməsi,  "üzərinə səcdə səhih olan şeylər”

[23] "Təhrirul-vəsilə”, İmam Xomeyni, 1-ci cild, "üzərinə səcdə səhih olan şeylər” bölməsi

[24] "Vəsailuş-şiə”, 6-cı cild, səh. 23

[25] Əbdül-Mün’im Həsən, "Binuri Fatimətəhtədəytu”, səh. 203-204, Seyid Əbdüllah Fərininin "Təşəyyö” kitabından nəqlən, səh. 206

[26] "Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 273

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Torpağa səcdə Mehdi Aksu
Torpağa səcdə Mehdi Aksu
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Namazda torpağa səcdə etmək nə deməkdir?
Namazda torpağa səcdə etmək nə deməkdir?
Cəfər – Təyyar” namazının qlınış qaydası
Cəfər – Təyyar” namazının qlınış qaydası
Qaralmış və çirklənmiş möhürün üstündəki çirk qatı alınla möhür arasında maneə yaradarsa, o möhürün üzərinə səcdə etməyin işkalı varmı?
Qaralmış və çirklənmiş möhürün üstündəki çirk qatı alınla möhür arasında maneə yaradarsa, o möhürün üzərinə səcdə etməyin işkalı varmı?
Çarəsiz şəxsin səcdəsini necə etməlidir?
Çarəsiz şəxsin səcdəsini necə etməlidir?
Xanım Fatimənin (ə) uca məqamının sirri
Xanım Fatimənin (ə) uca məqamının sirri
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Cəmadiül-əvvəl ayının 13-cü günü
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. .
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Aclığın dəyəri nədir?!
Aclığın dəyəri nədir?!
Mirzayi Quminin hüzurunda səcdə qılan şah..
Mirzayi Quminin hüzurunda səcdə qılan şah..
Namaz "Nəhcül-bəlağədə" (1)
Namaz "Nəhcül-bəlağədə" (1)
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
“Qəlblər paslanar, necə ki, dəmir paslanar”.
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və yabisdən məqsəd nədir? Onlar necə varlıqdır?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İblisin əhvalatı həqiqidir, yoxsa təmsil üçündür?
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))