Shia.az SonUmidTv media
sitename

HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?

Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır.
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqında buyurulur: «Namaz dinin sütunudur». («Biharul-ənvar», cild 82.) Görən bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı? 
İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». («Biharul-ənvar», cild 84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.
Əlbəttə ki, çoxlarının səviyyəsi deyiləndən aşağıdır. İnsanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Bir dəfə iki rəkət gecə namazı qılmaqla insan necə qüdrətlənə bilər?! Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək. Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. Həzrət Əli (ə) buyurur: «Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın». («Nəhcül-bəlağə», 45-ci məktub.)
Onlara oxşamağa çalışaq! Əhli-beytin varlığından xəbərdar olan insan Əhli-beyt ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir.
Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Günahkarlar üçünsə namazda Allahdan qeyrisini düşünmək də bir günahdır.
Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni bir dərəcədə deyildir. «Bəqərə» surəsinin 253-cü ayəsində buyurulur: «Bəzi peyğəmbərləri o birilərindən üstün etdik». Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər. Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Namazdan başqa vaxtlarda düşünmək fikrimiz də olmur. Mərhum İmam isə «aləm Allahın hüzurudur» buyurardı. Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: «Heç bir müamilə və ticarət onları Allahın zikrindən ayırmaz». Bu çox ali bir məqamdır. Hətta dərs gedişində Allahın zikrindən ayrılmayan ruhanilər vardır.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İnsanı Allahdan qafil edən 7 səbəb
İnsanı Allahdan qafil edən 7 səbəb
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Namaz "Nəhcül-Bəlağə"də (2)
Namaz "Nəhcül-Bəlağə"də (2)
NAMAZ DİNİN SÜTUNUDUR
NAMAZ DİNİN SÜTUNUDUR
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Nə günahdır ki, hətta Peyğəmbər (s) də günahkar üçün istiğfar etsə, təsir edə bilmir? (Ustad Qiraətinin dərslərindən)
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
Haram baxışlardan və şorgözlükdən xilas olmağın əlacı
NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR
NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR
NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
NƏDƏN TÖVBƏ EDİLMƏLİDİR?
Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. .

Namaz "Nəhcül-bəlağədə" (1)
Namaz "Nəhcül-bəlağədə" (1)
Şənbə gününün namazı
Şənbə gününün namazı
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
NAMAZ İLAHİ DƏSTƏKDİR
NAMAZ İLAHİ DƏSTƏKDİR
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
“SANKİ ONU GÖRÜRSƏN”
“SANKİ ONU GÖRÜRSƏN”
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Biz Əhli-beytə (ə) niyə təvəssül edirik?
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Namazda 10 gözəllik var
Namazda 10 gözəllik var
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Daha çox oxumaq istəyirsən? )))