Shia.az SonUmidTv media
sitename

Bu ay da şərafətli aydır. Bu ay daxil olan kimi, səhabə və tabeinin saleh bəndələri daha çox ibadətə səy göstərirdilər. İlk onluq da Quranda gəldiyi kimi, "Əyyamun məlumat” adlanır. Nəhayət dərəcədə bərəkət və fəzilətlə malikdir. Peyğəmbər (s)-dən rəvayət olunur ki, Allah dərgahında heç xeyir əməl və ibadət bu onluqda olanlardan sevimli deyil. Bu onluğun özünəməxsus bir neçə əməli var.


1. Bu onluğun ilk doqquz gününü oruc tutmaq, bir ömür orucun savabına bərabərdir.
2. İki rükət namaz, bütün gecələri məğrib və işa namazlarının arasında qılmaq. Hər rükətdə "Həmd”dən sonra bir dəfə "İxlas” surəsini və aşağıdakı ayəni hacıların savabına şərik olsun deyə, oxusun:
Musa ilə otuz günlük vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
3. Birinci gündən Ərəfə gününün əsr çağına kimi sübh namazından sonra və məğrib namazından qabaq Şeyx və Seyidin İmam Sadiqdən(ə) nəql etdiyi bu duanı oxuyun:
İlahi, bu, digər günlərə fəzilətli və şərafətli etdiyin günlərdəndir. Həqiqətən, lütf və mərhəmətinlə onları dərk etməyi mənə nəsib etmisən! Belə isə, bizə bərəkətini nazil et və həmin günlərdə bizə nemətlərini artır! İlahi, Səndən Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməyini, bizi hidayət, afiyət və məxluqatdan ehtiyacsızlıq yoluna, razı olduğun və sevdiyin işləri yerinə yetirməyə yönəltməyini istəyirəm! İlahi, ey bütün şikayət edənlərin dönüş yeri, ey bütün sirləri və pıçıltıları eşidən, ey yaratdıqlarına şahid, ey bütün sirlərdən agah olan, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, bu günlərdə bizdən bəlanı uzaqlaşdırasan, dualarımızı qəbul edəsən və bizi qüvvətləndirəsən! Ey Rəbbim, sevdiyin və razı olduğun işləri, bizə vacib etdiyin itaətini, peyğəmbər və vilayət əhlinə itaəti yerinə yetirməkdə bizə yardımçı olmağın və bizi müvəffəq etməyini istəyirəm! İlahi, ey mehribanların ən mehribanı, Səndən Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməyini və bizə bu günlərdə razılığını bəxş etməyini istəyirəm! Həqiqətən, Sən duaları eşidənsən! Bizi səmadan nazil etdiyin xeyir və bərəkətdən məhrum etmə, bizi günahlardan pakla, ey qeyb və sirlərdən agah olan! Bizə bu günlərdə əbədi evi (cənnəti) vacib et! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bizim üçün bu günlərdə bağışlanmamış bir günah, aradan qaldırmadığın qəm-kədər, ödəmədiyin borc, bizə qovuşdurmadığın qaib (yanımızda olmayan), asanlaşdırmadığın hansısa bir dünya və axirət hacəti saxlama! Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, ey gizli sirlərdən xəbərdar, ey göz yaşlarına rəhm edən, ey duaları qəbul edən, ey yerlər və göylərin Rəbbi, ey səsləri eşitməkdə (bir-birindən ayırmaqda) xətaya yol verməyən, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bizi bu günlərdə cəhənnəm odundan xilas olanlardan, cənnətinə qovuşaraq feyzə çatanlardan və rəhmətinlə nicat tapanlardan təyin et, ey mehribanların ən mehribanı! Sərvərimiz Məhəmməd və Məhəmmədin Əhli-beytinə – onların hamısına salam yetir!
4. Hər gün ayın ilk onluğunda Cəbrailin İsa peyğəmbər üçün hədiyyə gətirdiyi duanı oxumaq. Dua belədir:


1. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk, həmd-səna yalnız Ona məxsusdur, xeyir yalnız Onun ixtiyarındadır və o hər şeyə qadirdir!
2. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır, Özünə zövcə və övlad götürməmişdir.
3. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir. Yeganə və ehtiyacsızdır, doğmamış və doğulmayan, tayı-bərabəri olmayandır!
4. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir. Mülk, həmd-səna yalnız ona məxsusdur. Dirildən və öldürəndir. O, ölməyəcək diridir. Xeyir yalnız Onun ixtiyarındadır və O, hər şeyə qadirdir!
5. Allah mənə yetərli və kifayətdir, Ona dua edənləri eşidəndir və Allahın heç bir həddi-hüdudu yoxdur! Şəhadət verirəm ki, Allahın dəvət etdikləri doğrudur və O, paklıq axtaranlardan daha pakdır, axirət və dünya Allaha məxsusdur!
Həzrət İsa (ə) bu beş duadan hər birini yüz dəfə oxumaq üçün çoxlu savab nəql etmişdir. Necə ki, Əllamə Məclisi belə buyurur: "Hər kim bu dualardan hər birini on dəfə oxusa, hədisə əməl etmişdir. Amma əgər hər birini hər gün yüz dəfə oxusa, daha yaxşı olar.
5. Bu onluğun hər günü Əmirəl-möminindən çoxlu savabla nəql olunan təhlilatı ("La ilahə illəllah”lar) oxumaq. Əgər hər gün on dəfə oxusa daha yaxşı olar:
Gecə və zamanların hesabını (sayını) bilən Allahdan başqa heç bir tanrı yoxdur! Dəryadakı dalğaların sayını bilən Allahdan başqa heç bir tanrı yoxdur! Rəhməti toplanılan şeylərdən (mal, sərvət...) daha xeyirli olan Allahdan başqa heç bir tanrı yoxdur! Tikan və ağacların, tük və kürklərin, daş və çınqılların, göz qırpımlarının sayını bilən Allahdan başqa heç bir tanrı yoxdur! Zülmətə dönən gecədə, dan yeri söküldükdə (sübh açıldıqda) Allahdan başqa heç bir tanrı yoxdur! Səhra və aranlardakı küləklərin sayını bilən Allahdan başqa heç bir tanrı yoxdur! Bu gündən sur çalınacağı zamana (qiyamətə) qədər Allahdan başqa heç bir tanrı yoxdur!


Hazırladı: Vusal Əli

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Xoş gəldin Ramazan! Bu Gecənin əməlləri
Xoş gəldin Ramazan! Bu Gecənin əməlləri
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
99 dərdin dərmanı!
99 dərdin dərmanı!
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Novruz və İslam.
Novruz və İslam.
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Zəhranın (ə) xütbəsinin əzəməti
Zəhranın (ə) xütbəsinin əzəməti
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Gecə namazı
Gecə namazı
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Salavatın fəziləti
Salavatın fəziləti
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
“Fatihətul-kitab” surəsi
“Fatihətul-kitab” surəsi
Daha çox oxumaq istəyirsən? )))