Shia.az SonUmidTv media
sitename

1. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının birinci gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, otuz dəfə İxlas surəsini oxusa, namazdan sonra bu duanı oxusa, İblis və onun ordusundan amanda qalar və Allah ona siddiqlərin savabını əta edər”.
"Allahummə haza ‘əhdi ‘indəkə ilə yəvmil-qiyaməh”. (İlahi bu mənim Qiyamət gününə qədər olan Sənin yanındakı əhdimdir) 

2. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının ilk üç günü oruc tutub (həmin üç günün) gecələri iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on bir dəfə İxlas surəsini oxusa, Allah səma və yer əhlinin şərrini, İblis və onun qoşununun şərrini, hər bir zülmkar padşahın şərrini ondan uzaq edər. And olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah onun yetmiş min böyük günahını bağışlayar, qəbrin əzabını və şiddətini ondan uzaq edər”.

3. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının ilk gecəsi on iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on beş dəvə İxlas surəsini oxusa, Allah ona on iki min şəhidin savabını verər, ona on iki ilin ibadətini yazar, günahlardan təmizlənər, Allah Qur’anda olan hər bir ayə müqabilində ona cənnətdə bir saray əta edər”. 

4. Peyğəmbər (s.ə.a) buyurub: "Kim Şəban ayının üçüncü gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, iyirmi beş dəfə İxlas surəsini oxusa, Allah Qiyamət günü cənnətin səkkiz qapısını onun üzünə açar, cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Allah ona min zinət, min tac geyindirər”.  
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))