Shia.az SonUmidTv media
sitename

 

Bu gecə Məbəs gecəsi, başda İmam Zaman (ə.f) olmaqla bütün müsəlmənları Məbəs bayramı münasibəti ilə təbrik edirik! Allah təala ibadət və itaətlərinizi qəbul etsin! Bayramınız mübarək! Bu gecə bir neçə əməli yerinə yetirmək lazımdır.


Peyğəmbərin (s) Besəti, yəni onun Allah təala tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah təala tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.
Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələri ilə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.ə.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi.


1. Şeyx özünün "Misbah" kitabında belə yazır: Həzrət İmam Cavad (ə) buyurmuşdur:
"Rəcəb ayında elə bir gecə vardır ki, o, gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27-sidir ki, onun sübhü Peyğəmbər risalətə seçilmişdir. Həqiqətən, bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 il əməlin əcrinə bərabərdir".
Həzrətdən soruşdular: Bu gecənin əməli nədir?
- İşa namazını qılıb yatandan sonra, gecə yarısından qabaq istədiyin vaxt yuxudan qalxıb 12 rükət namaz qılırsan. (Sübh namazı kimi, 2-2 rükət) Namazın rükətlərində həmddən sonra Qurani Kərimin kiçik və müfəssəl surələrindən istədiyini oxuyursan. Quranın müfəssəl surələri "Muhəmməd" surəsindən sonra gələn surələrdir. Hər namazdan sonra 7 dəfə Həmd, 7 dəfə müəvvəzəteyn (fələq və nas surələri), 7 dəfə "İxlas", 7 dəfə "Kafirun", 7 dəfə "Qədr", 7 dəfə Ayətəl Kürsünü oxuyub sonra aşağıdakı duanı oxu:


"Əlhəmdulilləhil-ləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şəriikun fil mulk və ləm yəkun ləhu vəliyyun minəz-zulli və kəbbirhu təkbira, Allahummə inni əsəlukə biməaqidi izzik əla ərkani ərşikə və muntəhər-rahməti min kitabikə və bismikəl ə`zamil ə`zamil ə`zami və zikrikəl əlal ə`lal ə`la və bikəliməətikət-təmməəti ən tusalliyə əla Muhəmmədin və alihi və ən təfələ bi mə əntə əhluh"


Məbəs gününün əməlləri


Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:

1. Qüsl almaq.
2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.


İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.


3. Çoxlu salavat göndərmək.


İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.


4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.


5. On iki rükət namaz (6 iki rikətlik namaz- hər iki rükətin sonunda salam verilir). Hər iki rükətdən bir verilən salamlardan sonra "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə, لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.


6. Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu duanı oxunulur:
اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm
یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى
yəkun ləhu vəliyyun minəz zull, və kəbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi
شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،
şiddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti
یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،
ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti,
اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،
əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu
وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ
və əntəl mun'işu sər'əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur
عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ
əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ
ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.


Namaz və duanı qurtardıqdan sonra


"Həmd" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
"Ər-rəhmanir-rəhim"
"Maliki yovmiddin"
"İyyakə nə''budu və iyyakə nəstəin"
"İhdinəs-siratəl müstəqim"
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
"Ğəyril-məğzubi ələyhim vələzzallin"

"Tovhid" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Qul huvəllahu əhəd"
"Allahus-səməd"
"Ləm yəlid və ləm yuləd"
"Və ləm yəkun ləhu kufuvən əhəd"

"Fələq",

 

Bismillahir-rahmənir-rahim

Qul əuzu birabbil-fələq (1)

Min şərri ma xaləq (2)

Və min şərri ğasiqin iza vəqəb (3)

Və min şərrin-nəffasati fil-uqəd (4)

Və min şərri hasidin iza həsəd. (5)


 

"Nas",

 

Bismillahir-rahmənir-rahim

Qul əuzu birabbin-nas (1)

Məlikin-nas (2)

İlahin-nas (3)

Min şərril-vəsvasil-xənnas (4)

Əlləzi yuvəsvisu fi sudurin-nas (5)

Minəl-cinnəti vən-nas (6)

 


"Kafirun",

Bismillahir-rahmənir-rahim

Qul yâ əyyuhəl-kâfirun (1)

Lâ ə'budu mâ tə'budun (2)

Və lâ əntum âbidunə mâ ə'bud (3)

Və lâ ənə âbidun mâ əbədtum (4)

Və lâ əntum âbidunə mâ ə'bud (5)

Ləkum dînukum vəliyə dîn (6)


"Qədr",

Bismillahir-rahmənir-rahim

1. İnna ənzəlnahu fi ləylətil qədr.

2. Vəma ədrakə ma ləylətul qədr.

3. Ləylətul-qədri xəyrun min əlfi şəhr.

4. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min-kulli əmr.

5. Səlamun hiyə hətta mətləil fəcr.

 


 

AYƏNİN ƏRƏBCƏ OXUNUŞU
(Bismillahir-Rəhmanir-Rəhim) Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun vəla nəvmun, ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərzi və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə - 255)
La ikrahə fid-dini, qəd tabəyyənər-ruşdu minəl-ğəyyi, fəmən yəkfur bit-tağuti və yu`min billahi, fəqədistəmsəkə bil-urvətil-vusqa lənfisamə ləha, vəllahu səmiun əlim. (Bəqərə - 256)
Əllahu vəliyyulləzinə amənu yuxricuhum-minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağut, yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun. (Bəqərə - 257)

 


"Ayətəl-kürsi"ni yeddi dəfə,


"La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən

 


Mənbə: Məfatihul-Cinan Səh. 410 -418


 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))