Shia.az SonUmidTv media
sitename
Rəcəb ayının 13-cü, 14-cü və 15-ci günlərinə "Əyyamul-biz" deyilir. "Əyyamul-biz"in əməllərini Sizlərə xatırlatmaq istərdik ki, mənəvi saflaşma üçün olan bu fürsətdən faydalana bilək: 

1. Bu günlərdə oruc tutmaq tövsiyə olunur. Qəzası olanlar qəza niyyəti ilə, qəzası olmayanlar "Rəcəb ayının müstəhəb orucu” niyyəti ilə oruc tutsunlar. 

2. Rəcəb ayının 13-cü gecəsi 2 rükət namaz qılınır. Hər rükətdə "Fatihə"dən sonra "Ya Sin" və "Mülk" surələri oxunur. 14-cü gecə 4 rükət namaz qılınır (2 dəfə 2 rükətli namaz). Bu namazda da hər rükətdə "Fatihə"dən sonra "Ya Sin" və "Mülk" surələri oxunur. Nəhayət, 15-ci gecə bu qayda ilə 6 rükət (3 dəfə 2 rükətli namaz) namaz qılınır. Bütün bu namazlar "Əyyamul-bizin namazı” niyyəti ilə qılınmalıdır.

İmam Sadiq (ə) buyurub ki, bu əməli yerinə yetirən şəxs Rəcəb ayını dərk edər və bağışlanar.

3. 15-ci gecə və 15-ci gün qüsl almaq, habelə İmam Hüseyni (ə) ziyarət etmək (uzaqda olanlar uzaqdan da ziyarətnaməni oxuya bilərlər).

Bu əməllərin hamısı müstəhəbdir, onlara əməl etmək vacib deyildir. Ətraflı məlumat üçün "Məfatihul-Cinan” kitabına müraciət edə bilərsiz. 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))