Shia.az SonUmidTv media
sitename
Ramazan ayının sonuncu CÜMƏ günü oxunan dua
Əhli-Beyt (ə) məktəbinin görkəmli hədis alimi və fəqihi Şeyx Səduq ibn Babuveyh (306-381 hq) dəyərli "Fəzailu Əşhuris-Səlasə" kitabının mübarək Ramazan ayının fəzilətləri fəslində (s.139, hədis:149) İlahi ziyafət ayının son Cüməsində vida duasının oxunması barədə öz sənədi ilə nəql edir: 
حَدَّثَنَا أَحْمَدُ بْنُ الْحَسَنِ الْقَطَّانُ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ السَّعِيدِ الْهَمْدَانِيُّ مَوْلَى بَنِي هَاشِمٍ عَنْ جَابِرِ بْنِ يَزِيدَ عَنْ أَبِي الزُّبَيْرِ الْمَكِّيِّ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ الْأَنْصَارِيِّ
Hədis etdi mənə Əhməd bin Həsən əl-Qəttan, o da Bəni Haşim mövlası* Əhməd bin Məhəmməd bin Səid Həmdanidən, o da Cabir ibn Yəziddən, o da Əbi Zübeyr Məkkidən, o da Cabir ibn Abdullah Ənsaridən.  قَالَ: دَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ ص فِي آخِرِ جُمُعَةٍ مِنْ شَهْرِ رَمَضَانَ فَلَمَّا بَصُرَ بِي قَالَ لِي يَا جَابِرُ هَذَا آخِرُ جُمُعَةٍ مِنْ شَهْرِ رَمَضَانَ فَوَدِّعْهُ وَ قُلِ:
Cabir ibn Abdullah Ənsari deyir: Bir dəfə mübarək Ramazan ayının son Cümə günü Peyğəmbərin (s) hüzuruna getdim. Məni gördüyü zaman buyurdu: Ey Cabir, bu, Ramazan ayının sonuncu Cüməsidir. Onunla vidalaş. Və de: 
 «اللَّهُمَ‏ لَا تَجْعَلْهُ‏ آخِرَ الْعَهْدِ مِنْ‏ صِيَامِنَا إِيَّاهُ‏ فَإِنْ جَعَلْتَهُ فَاجْعَلْنِي مَرْحُوماً وَ لَا تَجْعَلْنِي مَحْرُوماً»
"Əllahummə la təc`əlhu axirəl əhdi min siyamina iyyahu. Fəin cəəltəhu fəc`əlni mərhumən və la təc`əlni məhrumən". 
(Allahım, bu Ramazanı oruc tutduğum sonuncu Ramazan qərar vermə. Əgər bu Ramazan oruc tutduğum sonuncu Ramazandırsa, məni rəhm edilmişlərdən qərar ver, rəhmətindən məhrum edilmişlərdən deyil). 
فَإِنَّهُ مَنْ قَالَ ذَلِكَ ظَفِرَ بِإِحْدَى الْحُسْنَيَيْنِ إِمَّا بِبُلُوغِ شَهْرِ رَمَضَانَ وَ إِمَّا بِغُفْرَانِ اللَّهِ وَ رَحْمَتِهِ.
Sonra o həzrət (s) buyurdu: "Hər kəs bu duanı oxuyarsa, iki xeyirdən birinə yetişər: Ya gələn ilin Ramazan ayını oruc tutmaq nəsibi olar, ya da Allahın rəhmət və ğüfranını əldə edər". 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))