Shia.az SonUmidTv media
» » » Ramazan ayında günahlar məhv edilər, atəşdən nicat verilər, behiştin qapıları açılar, şeytanlar əsir olar, dualar qəbul olunar
Русская версия сайта Русская версия сайта
sitename

 

Ramazan ayı başdan-başa xeyir və bərəkət ayıdır. Bu Allahdır ki, hər bir məkana və zamana mübarəklik və müqəddəslik bəxş edir. Allah üçün Kəbə müqəddəs məkandır. Ona görə ki, bu məkanın özünəməxsus xüsussiyyətləri vardır ki, onu başqa məkanlardan fərqləndirir. (Tebyan)

Allah Təala üçün Ramazan ayı da mübarək aydır, çünki bu ayın da özünəməxsus xüsusiyyətləri vardır ki, onu başqa aylardan üstün edir. Bu fəzilətləri biz dərk edə bilmərik. Onları bizə Məsumlar (ə) başa salırlar. Bu fəzilətlərə işarə edək:

1. Ramazan ayı günahları məhv edər. Ramazan sözünün mənası günəşin qumların üstünə şüiddətlə nur saçması deməkdir. Necə ki, günəş əşyaların üzərinə şiddətli nur saçaraq onları yandırar və cürüdər, Ramazan ayı da günahların məhv olmasına səbəb olar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı ona görə belə adlandırılıb ki, günahları yandırar”.

2. Ramazan ayı - cəhənnəm atəşindən nicat ayıdır. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəm atəşindən nicat tapmaqdır. Hər kim bu ayın bərəkətindən faydalanarsa, bağışlanmış olar. Bağışlanmış bəndə də cəhənnəm atəşindən nicat tapar. Allahın rəhməti bu ayda o qədər çoxdur ki, İmam Sadiqin (ə) buyurduğu kimi, bu ayın hər gecəsində çox sayda günahkar cəhənnəm atəşindən nicat taparlar. İmam Sadiq (ə) buyrur: "Həqiqətən, əziz və böyük Allahın Ramazan ayının hər gecəsində cəhənnəmdən azad olmuşları və xilas olmuşları vardır. O kəsdən başqa ki, məstedici ilə iftar edər. O zaman ki, bu ayın son gecələri gəlib çatar, həmin gecədə əvvəlki gecələrdə azad etdiklərinin ümumi sayı qədər insanları azad edər”.

3. Ramazan ayı - behişt qapılarının açıldığı aydır. Bu ayda İlahi rəhmətin və feyzin dərəcəsi o qədər çoxdur ki, sanki behiştin bütün qapıları bəndələrin üzünə açılmış olar. Cəhənnəm qapıları bağlanar. Allah Təala bu ayda bəndələrinin səhvlərinə rəhmət gözü ilə baxar və elə təsəvvür olunar ki, cəhənnəmin qapıları bağlanmışdır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayının hilalı görünən kimi səmanın, behiştin, rəhmətin qapıları açılar və cəhənnəmin qapıları bağlanar”.

4. Ramazan ayı şeytanların əsir olduğu aydır. Günah insanı İlahi rəhmətdən uzaqlaşdırar. Ramazan ayı başdan-başa rəhmət nurudur və Allahın rəhmət qapıları bu ayda bəndələrinin üzünə açılar. Ona görə də Allah bu ayda şeytanları əsir edər və onları zəncirə vurar. Həzrət Peyğəmbərin (s) buyuruğu kimi, hər bir şeytan yeddi mələk tərəfindən zəncirin bəndinə vurular. Bu ayın sonuna qədər buraxılmazlar. Həzrət Peyğəmbər (s) buyurur: "Allah hər bir qovulmuş şeytana yeddi mələk hakim edər və həmin şeytanlar boş buraxılmaz o zamana qədər ki, sizin ayınız sona çatar”.

5. Ramazan ayında dualar qəbul olar. Allaha tərəf uzanan əllər bu ayda boş qayıtmaz. Allah bu ayda hər bir bəndənin hacətini yerinə yetirər. Həzrət Peyğəmbər (s) buyurur: "Səmanın qapıları bu ayın ilk gecəsində açılar və agah olun ki, bu ayda edilən dualar qəbul olunar”.

6. Ramazan ayında Qədr gecəsi vardır. Qədr gecəsinin bu ayda olması onun əzəmətindən bəhs edir. Bu gecələrdə edilən ibadətlər min ayda edilən ibadətlərdən daha üstün hesab edilir. Bu ayda Quran nazil olmuşdur.

 

/Deyerler.org/

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”
Ustad Ənsarian: “Ramazan ayı insanın özündən azad olmaq ayıdır”
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?
RAMAZAN TƏDARÜK AYIDIR
RAMAZAN TƏDARÜK AYIDIR
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi söylədiyi “Şəbaniyyə” xütbəsi
Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi söylədiyi “Şəbaniyyə” xütbəsi
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Şəban ayının son günlərinin əməl və fəzilətləri
Özümüzü Allah qonaqlığı üçün necə hazırlayaq?
Özümüzü Allah qonaqlığı üçün necə hazırlayaq?
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Oruc kamil olarsa insana hansı xislətlər və nemətlər verilər?
Oruc kamil olarsa insana hansı xislətlər və nemətlər verilər?
Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər
Qədr gecəsinin gündüzü də gecəsi kimi müqəddəsdir – bu gecə barədə hədislər
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayı Əxlaq ayıdır
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir."
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
İmam Zaman ağanın (ə.f) Saleh adlı oğlu vardırmı?
Bu axşam  26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Bu axşam 26 aprel məğrib azanı zamanı(gün batdıqdan sonra) hicri-qəməri tarixi ilə mübarək Rəcəb ayının 29-u - Rəcəbin son günü daxil olur daxil olur.
Rəcəb ayı kimin ayıdır?
Rəcəb ayı kimin ayıdır?
Behişt qapısının zəngi hansı səsi çıxardır?
Behişt qapısının zəngi hansı səsi çıxardır?
Allaha görə oruc tutmağın yeddi imtiyazı
Allaha görə oruc tutmağın yeddi imtiyazı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
Ramazan ayının 1-ci gününün duası:
Ramazan ayının 1-ci gününün duası:
Mübarək ayın astanasında
Mübarək ayın astanasında
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Yeddi tərkibli nəsihətlər - Peyğəmbərdən (s)
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Ramazan ayının 1-ci gününün duası
Ramazan ayının 1-ci gününün duası
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
Ayətullah Xameneinin ofisi: "Çox ehtimal ki, 4-cü gün Ramazan ayı başlayır" Mənbə : İslamazeri
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))