Shia.az SonUmidTv media
» » » Orucluqda düzgün qidalanmanın qızıl qaydaları – DİETOLOQ MƏSLƏHƏTİ
Русская версия сайта Русская версия сайта
sitename

Orucluqda düzgün qidalanmanın qızıl qaydaları – DİETOLOQ MƏSLƏHƏTİ

"İllərlə formalaşan səhv streotiplərimiz nəticəsində orucluq haqqında adevkat olmayan fikirlər yaranlıb. Bu daha çox bizim orucluq ayına bəslədiyimiz münasibətdən irəli gəlir. Orucluq ayı bir saflaşmaq ayıdır, biz on bir ay yeyir-içir, orqanizmimizə toksinlər toplayırıq. Orqanizmə heç olmasa bir ay istirahət vermək lazımdır. Əgər biz fikir bucağımızın saflaşması, düşüncə, niyyətlərimizin saflaşması deyiriksə, nəyə görə orqanizmin saflaşmasını düşünməyək?”. Bu fikirləri APA TV-də "Sosium” proqramının qonağı olan, dietoloq Leyla Zülfüqarova deyib.

 

Onun sözlərinə görə, orucluğun əsas mahiyyəti bir ay ərzində orqanizmi saflaşdırmaqdır: "Bir ay ərzində tamamilə sağlıqlı  qidalarla bəslənən orqanizm, bundan sonra qeyri-sağlam qidaları onsuz da götürməyəcək. Çünki bir ay ərzində orqanizmi çox gözəl tendensiya ilə planlamış oluruq. Bu baxımdan Ramazan ayından sonra yerində olmayan fikirlərin formalaşması, insanların orucu səhv şəkildə tutması ilə əlaqəlidir. Orucluqda iki yemək vaxtı var - imsak və iftar. Burada orqanizm üçün ciddi təzyiq o ola bilər ki, 16-18 saata yaxın məsafədə orqanizmə heç nə daxil olmur. Demək ki metabolizm aparatımızda bir az ləngimə yarada bilərik. Amma bunun qarşısını almaq üçün çox gözəl qayda qanunlar qoyulub. İmsak və iftarda yeyiləcək çox düzgün qidalar var. Əgər biz düzgün qidaları deyil, orqanizm üçün səhv qidaları seçsək, təbii ki bundan sonra iftar vaxtı səhhətdə ağırlaşma olur. Çünki gün ərzində fasilədə qalan çalışmayan orqanlarımızı çox böyük yüklə üz-üzə qoyuruq. Bu mənada orqanizm o yükün öhdəsindən gəlməyə də bilər. Ona görə də orucluq ayında tərcih olunan qidaları seçmək məsləhətdir. Bir də qidaların ardıcıllığına ciddi şəkildə riayət etmək lazımdır”.

 

Dietoloqun sözlərinə görə, orqanizm iftardan sonra çox yükləndiyinə görə, oruc tutanlara dərhal yatmaq tövsiyə olunmur: "Oruc tutanlar tez yatmamalı, iftardan sonra mütləq 3-4 sat oyaq qalmalıdır. Bəzən insanlar düşünür ki kalorini yalnız ağır fiziki hərəkətlərlə yandırmaq olar. Amma biz oyaq qalanda, təkcə fiziki yox, zehni əməklə məşğul olanda kalori xərclənir. Bu ayın hikmətində gecə namazlarının tövsiyə olunması bununla əlaqəlidir. İftardan sonra iki saat oyaq qalmaq vacibdir. Hətta imsak etməyib yatanlar da var. Elə insanlar var ki ya imsak etmirlər, ya bütün gününü yatmaqla keçirirlər, yaxud gündə bir dəfə bayram süfrəsi kimi naz nemətlərlə bəzədilmiş süfrə arxasına əyləşməklə işlərini bitmiş sayırlar. Bu, bayram deyil, orqanizmə ən böyük cəza verməkdir. Birdən-birə fərqli qida qruplarını orqanizmə ötürmək fermentləri də çaşdıra bilər. Orqanlar sistematik olaraq ayrı-ayrı çalışırlar, hər bir orqan öz hormonunu ifraz edir. Bu zaman turş qidalarla şirin qidaları bir yerdə qəbul etməyimiz ən böyük cəza olardı. Çünki belə olan təqdirdə qidalar tam həzm olunmaya bilər, qida çürüməsi yaranar və köp əmələ gələr. İftar süfrəsi qarınqululuq süfrəsi olmamalıdır, iftar üçün sadəcə şorbamızı, salatımızı və orqanizm üçün lazım olan protein ağırlıqlı qidaları seçməliyik. Gün ərzində şirinə olan ehtiyacımızı xurma ilə almalıyıq. Xurma ən müdrik nemətdir, çünki tərkibi karbohidrat və zülaldan ibarət olan bəlkə də yeganə meyvədir. Az ölçüsü olmasına baxmayaraq orqanizmin zülala olan ehtiyacının 85 faizini ödəmiş olur. İnsanlar nədənsə düşünür ki yalnız iftar süfrəsində nələrisə yeyə bilərəm, amma xurmanı imsaqda da yemək olar. Çünki biz qlükozaya olan ehtiyacımızı daha çox günün birinci yarısında təmin etməliyik. Enerjinin daha çox hissəsini biz qlükozadan aldığımız üçün, ona görə də imsak vaxtı qlükozaya olan ehtiyacımızı xurma, ərik qurusundan götürə bilərik. Eyni zamanda bununla suya olan ehtiyacımızı da ödəmiş oluruq. Çünki iki dəfə yeməklə orqanizmə lazım olan bütün maddələri ötürməliyik. Az müddətdə, az porsiyada, amma lazımı maddələri. Ona görə də ən böyük öhdəliyimiz ondan ibarətdir ki biz imsakımızı düzgün edək . Normal tərtib edilmiş imsak günün sonunu normal iftarla da bitirməyimizə imkan verir”.

 

Dietoloq bildirib ki, orucluq vaxtı yarımfabrikat məhsullardan istifadə zərərlidir: "Ən böyük zərəri insanın əl altında asanlıqla tapa bilcəəyi qidalar verir. Yarımfabrikat məhsullar, kolbasa məhsulları və s. Tez olsun deyə bəzi insanlar bu məhsullara üz tutur. İşlənmiş məhsullar birinci növbədə orqanizmin qəbul etməməsi lazım olan məhsullardır. Kolbasa və sosiskanı qəti qəbul etməməliyik. Bəlkə də orucluq ayı bizə göndərilmiş nemətdir ki biz sağlam qidalanma prosesinə keçə bilək. Əgər bir ay o qidalardan istifadə olunmasa, sonrada orqanizm o qidaları tələb etməyəcək”.

 

Leyla Zülfüqarova gün ərzində fiziki işlə məşğul olan oruc tutmuş insanlara imsaqda və iftarda ətli yeməklər yeməyi məsləhət görüb: "Amma qətiyyən qızardılmış yeməklər olmaz. Buxarda bişirilmiş ət məhsulu ilə hər hansı tərəvəzin bişmiş forması, ətli səbzəli yemək ola bilər, bunun yanında taxıllı qida növü də olar bilər, məsələn bulğur, qarabaşaq və sair. Taxıl məhsulları bizim gün ərzində tox qalmamızı təmin edir, eyni zamanda orqanizm üçün sağlıqlıdır. Biz ən çox maye qəbul etməyə diqqət yetirməliyik. Maye dedikdə söhbət təmiz, qazsız və şəkərsiz sudan gedir. Dietoloji cəhətdən ən düzgün içki ağ mayedir. Mən açıq rəngli bitki çaylarını tövsiyə edərdim. Bitki çaylarına çobanyastığı, ihlamur, itburnu daxil edə bilərik. Səhər menyusuna süddə bişirilmiş bir çox yeməkləri, yaxud südlü şirniyyatları qəbul etməliyik. Firnidən istifadə edə bilərik. Orucluğun mahiyyəti bizi sağlam həyata kökləməkdirsə, biz işlənmiş qidaları qəbul etməklə orqanizmimizdə problemlər yaratmamalıyıq”.

 

Dietoloq xəstə insanların, hamilə və uşaq əmizdirən qadınların oruc tutmaqdan sığortalandığını deyib: "Əgər orqanizm sağlam deyilsə, gündəlik hər hansı həblərdən istifadə olunursa, o insan oruc tutmamalıdır. Məsələn, şəkərli diabet xəstələr var ki onların müalicəsi müəyyən preparatlardan asılıdır. Şəkərli xəstələrin birinci və ikinci tipli bölümü var, ikinci tiplər əgər hər hansı dərmanlardan asılı deyillərsə, onlar oruc tuta bilər. Lakin belə xəstələr ağır karbohidratlı qidalardan uzaq durub, daha çox protein ağırlıqlı qidalara üstünlük verməlidirlər. Birinci tipə aid olanlar isə oruc tuta bilməz. Hətta səfərdə olan adam belə orucluqdan sığortalanıb, çünki o ağır fiziki yükü var, müəyyən saatlarda orqanizmə qida maddələri ötürməlidir. Qidalara qarşı münasibətimiz tək orucluq ayında deyil , bütün aylarda yerində olarsa, bəşəriyyət belə çox xəstəliklərdən müdafiə oluna bilər”.

 

Leyla Zülfüqarova deyib ki, iftarı su ilə açmaq məsləhətdir: "Su ən ciddi sakitləşdiricidir, müəyyən müddət boş qalmış orqanizmi birinci su ilə sakitləşdiririk. Artıq siqnal ötürürük ki qida gələcək, onlar işləməyə və öz fermentlərini ötürməyə hazır olsunlar. Ən ciddi fikir verəcəyimiz məqam qidaları xırda porsiyalarla, müəyyən zaman kəsiyində orqanizmə ötürməkdir. Sudan sonda sulu yemək, meyvə şirəsi və qatıq məhsulları qəbul etmək olar. Sonra salat və əsas yemək olaraq ətli tərəvəzli yemək qəbul etmək lazımdır. İftarda sulu yeməyi 20-30 dəqiqə müddətində yemək lazımdır. Bunun üzərindən bir saat keçdikdən sonra əsas yeməyi yemək olar. Amma yanında mütləq salat olmalıdır. İftarda kabab da yemək olar, bu zaman süfrədə ayran olması vacibdir. Ən qızıl qayda isə axırıncı yeməyi yatmazdan üç saat əvvəl yeməkdir. O vaxt ərzində bitki çayı içə bilərsiniz, qatıq məhsullarından qəbul edə bilərsiniz. Axşam yeməyində də südlü şirniyyatlardan istifadə edə bilərik. Oruc tutanlara iftarda təbii qidalar, çərəz qəbul etməyi tövsiyə edərdim. Ramazan ayı bitəndən sonra insanlar orqanizmdə müsbət dəyişikliyi görürlər. Təzyiq, baş ağrısı problemi keçir, artıq kilolardan az da olsa qurtulur. Sonda insanın çox gözəl yuxu rejimi olur, gün ərzində özünü yaxşı hiss edir, sağlam olan insanın ruhu da sağlam olur. Orucluq ayı saflaşma və pəhriz ayıdır”. 

Apa
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?  Stressə düşməmək üçün nə edək?
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq? Stressə düşməmək üçün nə edək?
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Uşağı yeni dünyaya gəlmiş ana ramazan ayında oruc tutmaya bilərmi?
Hansı hallarda təyəmmüm edilir:
Hansı hallarda təyəmmüm edilir:
Ailədə "üzr istəmək" mədəniyyəti
Ailədə "üzr istəmək" mədəniyyəti
Fitr bayramı namazının qaydası
Fitr bayramı namazının qaydası
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
Ramazan ayında şeytanların hamısı zəncirlənirmi?!
“Şəkk günü”ndə niyyət etmək
“Şəkk günü”ndə niyyət etmək
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?
Nə üçün biz sterssə, nigarançılığa və iztiraba düçar oluruq?
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
İmanlı şəxsin 4 aşkar xüsusiyyəti
Əməl ilə cəza arasında olan uyğunluq
Əməl ilə cəza arasında olan uyğunluq
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Insan öləndən sonra baş verənlər.
Insan öləndən sonra baş verənlər.
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
İsti havada ürəyi necə qorumalı?
İsti havada ürəyi necə qorumalı?
Ramazanı sağlam keçirməyin 9 yolu
Ramazanı sağlam keçirməyin 9 yolu
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Düzgün qidalanmanın 12 şərti
Düzgün qidalanmanın 12 şərti
Qadının iddəsi :
Qadının iddəsi :
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Süd verən ananın vəzifələri
Süd verən ananın vəzifələri
Daha çox oxumaq istəyirsən? )))