Shia.az SonUmidTv media
sitename

Müqəddəratımızı həll edən gecə!!
.
BU GECƏ 13-ü maydan 14-ü maya keçən gecə, yəni 18-i ramazandan 19-u ramazana keçən gecə BİRİNCİ QƏDR GECƏSİDİR!
.
Allah Taala Qurani-kərimin 97-ci Qədr surəsində buyurur:

تَنزَّلُ الْمَلَئكَةُ وَ الرُّوحُ فِيهَا بِإِذْنِ رَبهِّم مِّن كلُّ أَمْرٍ

"O gecə mələklər və Ruh Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər."
Deməli, Allaha Taalanın Quranda buyurduğu kimi Qədr gecəsi təyin edici bir gecədir. 
Elə isə, Qədr gecəsi bizim müqəddəratımızı həll edə bilər. 
Bu gecə sırf ölülərin günahlarının bağışlanması üçün deyildir, ölülərin və dirilərin günahlarının bağışlanması Qədr gecəsinin kiçik təsirlərindən biridir. 
Biz görürük ki, Qədr gecəsi ilə əlaqədar təşkil edilən məclislərdə əsasən Allahdan yalnız bağışlanma istənilir.
Bizim problemimiz günahların bağışlanması yox, bizim canımızdan günah etmək istəyinin yox olması məsələsidir, eləcə də Qədr gecəsinin əsas hədəfi bizim günahlarımızın bağışlanması deyil, əksinə bizləri günah etmək fikrindən uzaqlaşdırmaqdır.
Həzrət İsa əleyhissalam buyurur: "Ey insanlar! Məndən əvvəl Musa (peyğəmbər) gəlib sizlərə günah etməməyi tapşırdı, mən isə sizə tapşırıram ki, günahın təsəvvürünü (fikrini) belə etməyəsiniz.”
Çünki günahlar insanın fikrindən və ruhundan çıxmayınca həmin şəxs istənilən zaman günah edə bilir. Günah etmək istəyi bizim canımızdan çıxmalıdır. Əslində bunlar mərifət və dərkə bağlı məsələdirlər. Təsəvvür edin su ilə dolu bir stəkana öldürücü bir xəstəliyin mikrobunu atıb sonra sizdən həmin stəkandakı suyu içməyi istəsələr o mikroblu suyu içərsinizmi? Cavab bəllidir, heç bir ağıllı insan o suyu içib özünü ən pis xəstəliklərə yoluxdurmaz. Bunu hamı büşa düşür, odur ki, heç kim o mikroblu və bakteriyalı suyu içmir. Ancaq günah mikrobunun daha dəhşətli və pis olduğunu bir çox insanlar dərk edə bilmir.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: "İbadətin şirinliyinin yolunu axtardım onu günah etməməkdə tapdım.”
Bir gün bir gənc Musa peyğəmbərin yanına gəlib dedi: -Ey Musa! Bizim ibadətlərimizdən Allaha nə xeyir çatır ki, bizim ibadət etməyimizə Allah bu qədər israrlıdır?
Musa əleyhissalam dedi: - Yadımdadır, mən gəncliyimda Şüeyb peyğəmbərin qoyunlarını otardığım zaman günlərin birində zəif bir keçi sürüdən uzaqlaşaraq dağa dırmaşıb qayaların birinin üstünə çıxdı. Mən çox çətinliklə özümü o qayaya çatdırıb qayanın üstünə çıxdım və həmin zəif keçini qucağıma alıb dedim: "Ey keçi, mənim səni çağırmağım və dalınca qaçmağım səni satıb pulunu cibimə qoymağım üçün deyil. Bilirsən ki, Müsanın o gümüş sikkələrə ehtiyacı yoxdur. Mənim səni səsləməyim və dalınca qaçmağım görmədiyin və tanımadığın canavara görədir ki, əgər sən məndən uzaq olsan onun ovuna, şikarına çevrilərsən.” Elə isə, ey gənc! Bil ki, Allahın nə mənim nə də sənin ibadətlərinə ehtiyacı yoxdur. Allah istəyir ki, biz ibadətimizlə ona yaxınlaşaq ki, şeytanın tələsinə düşməyək.”
Qurani-kərim Zuxruf surəsinin 36-cı ayəsində buyurur:

و من يعش عن ذكر الرحمن نقيض له شيطانا فهو له قرين

"Kim rəhman Allahın zikrindən üz döndərərsə, ona bir şeytan qoşarıq ki, daima onun yanında olar.”
İnsanın Allahın zikrindən üz döndərərək Onu yada salmağa göz yumması, dünyanın maddi ləzzətlərinə qərq olaraq dünya malının vurğunu olması şeytanın onu ələ keçirməsi və istila etməsi ilə nəticələnir.
Bu həlakedici və arzuolunmaz vəziyyətin başlanğıcı insanın günahı təsəvvür etməsi və günah barədə fikirləşməsi ilə başlayır. Günahın təsəvvürü isə həmin insanın canında günah etmək ruhiyyəsindən qaynaqlanır.
Hədislərə nəzər saldıqda görürük ki, möminin xüsusiyyətlərini sayarkən "günah etməyir” kəlməsi yox, "günahdan qurtulmuşdur” kəlməsi işlədilir. Yəni mömin günahlara nifrət edir, günahların nəcis və murdar olduğunu bilir. 
Halbuki canında günah ruhiyyəsi olan insanlar zahirdə günah etmirlər, ancaq o günahı nəcis və murdar bilmirlər. Onların günah etməməsinə səbəb yalnız Allahın onu haram etməsidir. Günahlardan çəkinməkdə şəritəin qadağasından başqa səbəb görmürlər.
Əsas məsələ budur ki, bu Qədr gecəsi 
-bizim müqəddəratımızı təyin etsin,
-bizim təfəkkür və düşüncəmiz tərəqqi etsin, hara yetişmək və nə istəmək lazım olduğunu bilək.
-Mərifətimiz yüksəlsin, bizim nəyə daha çox ehtiyaclı olduğumuzu dərk edək.
Qəlbimizin yəqin və inamını artıraq, təki günahlardan çəkinə bilməyimiz üçün təkan olsun.
Yəni Allah Taaladan istəyək ki, biz günah əhlindən olmayaq, günah etməyək. 
Nəinki hər gün dəfələrlə günah edək, dəfələrlə də Allahdan günahlarımızın bağışlanmasını istəyək...
Bax, əsas budur, günah etmək fikrindən uzaq olaraq günah etməyək. Günah etmək ruhiyyəmiz olmasın, günah etməklə arzumuza çatacağımızı ağlımıza belə gətirməyək, günah etməkdə ləzzətin olmadığını başa düşək, günah etməyin bizim ruhumuza nə qədər pis təsir etdiyini görək, Təqva ruhiyyəsi bizim bütün vücudumuza hakim olsun.
Belə olduqda Qədr gecəsi həqiqətən də bizim müqəddəratımzı həll etmiş olacaq.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
NƏFSLƏ MÜBARİZƏNİN YOLLARI
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. .
Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. .
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Müqəddəs Ərdəbilidən (r.ə) belə nəql edirlər:
Müqəddəs Ərdəbilidən (r.ə) belə nəql edirlər:
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Günahların gizlədilməsi
Günahların gizlədilməsi
ALLAHA ŞƏRİK QOŞMAQ
ALLAHA ŞƏRİK QOŞMAQ
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Günahı yüngül saymaq
Günahı yüngül saymaq
Bəla niyə gəlir ?!
Bəla niyə gəlir ?!
Cəhənnəmdə əbədi qalmağa səbəb olan günah
Cəhənnəmdə əbədi qalmağa səbəb olan günah
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ayətullah Məkarim Şirazinin görüşündə “Qədr gecəsi”nin həqiqətinə dərin baxış
Ramazan ayının 27-ci gününün duası
Ramazan ayının 27-ci gününün duası
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Ramazan ayı Allah tərəfindən insanlara göndərilən bir proqramdır - ilahiyyatçı
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Orucluğun başlanması münasibətilə İmam Səccadın (ə) duası
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Məsumlar nə üçün tövbə edib ağlayırdılar?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Bunu hər MÖMİN bacarmaz...!
Bunu hər MÖMİN bacarmaz...!
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
“Qasımbəy” məscidində Qədr gecəsi keçirilib – Foto
“Qasımbəy” məscidində Qədr gecəsi keçirilib – Foto
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Duada Allahdan nə istəyək?
Duada Allahdan nə istəyək?
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
Ayətullah Behcətdən qısa əxlaqi tövsiyələr
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Şeyx Səduqun Hz. Peyğəmbərin (s) məsumluğuna etiqadının olması:
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Ramazan ayında şeytan nə edir?
Ramazan ayında şeytan nə edir?
Daha çox oxumaq istəyirsən? )))