Shia.az SonUmidTv media
sitename

Əba Abdullah (ə) əzadarlığı Həzrət Adəmlə (ə) Həvvanın (ə) xəlq olunduğu günə və Məhərrəmliyin ideal əzadarlığıhətta ondan da əvvələ təsadüf edir. O zaman ki, Cəbrayil (ə) Allahın tərəfindən ona varlıq aləminin ən gözəl adlarını öyrədirdi. «یا حمید بحق محمد (صلی الله علیه وآله) یا عالی بحق علی (علیه السلام) یا فاطر بحق فاطمه (سلام الله علیها) یا محسن بحق الحسن و الحسین (علیهما السلام) و منک الاحسان.

 

O da bu təyyib sözləri bir-bir dilində səsləndirir və İmam Hüseynin (ə) adına gəlib çatan zaman qəlbinə qəm və qüssə oturur. Gözündən yaş axmağa başlayır. Həzrət Adəm (ə) Cəbrayildən (ə) bu göz yaşlarının səbəbini soruşur. Cəbrayil (ə) də ona İmam Hüseyn (ə) müsibətini danışır və buyurur: "Ey Adəm! Bu Hüseyn (ə) - sənin övladındır ki, böyük bir müsibətə düçar olacaqdır. Elə bir müsibət ki, qalan müsibətlər onun yanında kiçik qalacaqdır”.

Günahın qarşısını alan əzadarlıq.


Quran ayələrində və hədislərdə oxuyuruq ki, namaz insanı çirkinliklərdən və fəhşadan qoruyar. Belə ki, Allah Təala Həzrət Peyğəmbərə (s) namazla bağlı belə əmr edir: "Bu Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. ("Ənkəbut” 45).

Allah Təala bu ayədə buyurur ki, Qurandan sənə vəhy olunanı oxu, yəni Quranda hər nə istəyirsənsə var: elm, hikmət, nəsihət, Haqqı tanımaq mərifəti. Oxu və sonra da əməl et. Oxu ki, qəlbin bu nur ilə aydınlansın. Allahın ikinci əmri budur ki, namaz qıl. Sonra namazı nə üçün qılmağını açıqlayır və buyurur ki, namaz səni hər cür günahdan qoruyar.

Niyə? Çünki namaz Allahı və məadı insanın yadına salır. Namazda Allahı hər şeydən üstün hesab edirik. Onun bəndəsi olduğumuzu etiraf edirik və Cəza gününü xatırlayırıq. Allaha görə rüku edib, səcdəyə gedirik. Ona görə də insanın batinində elə bir tufan baş verir ki, möhkəm divar kimi günahların qarşısını alır.


İmam Sadiq (ə) buyurur: "Hər kim namazının qəbul olub-olmadığını bilmək istəyirsə, baxsın görsün namaz onu günahdan və çirkinliklərdən saxlayır, yoxsa yox? Namaz onu günahdan hər nə qədər saxlayarsa, deməli o qədər də qəbul olmuşdur”.


Həmin bu məsələ əzadarlığa da aiddir. Əgər əzadarlığımızın qəbul olub-olmadığını bilmək istəyiriksə, baxaq görək bu mərasimlərdə iştirak etmək bizi nə qədər günahdan saxlamışdır. Bu mərasimlər şəxsiyyətimizi dəyişdirə bilir, yoxsa yox?


Bəzən namazımızı qəzaya verir və gecə Həzrət (ə) üçün sinə vururuq. Ancaq unuduruq ki, İmam (ə) üçün namaz - hər şeydən üstün və mühüm idi. İmamın (ə) namaza görə şəhid olmasını unuduruq. İmam (ə) üçün süfrə açır və həddən artıq israf edirik. Ancaq vacib xüms və zəkatımızı vermirik.


Əzadarlıqlar gərək əmələ çevrilsin. Yəni, rəftar və əməllərimizi o Həzrətin (ə) rəftarına uyğun edək və onun kimi yaşayaq. Əgər əzadarlıq bizim üçün ancaq şüar və fəryad olarsa, dünya və axirətimizdə heç bir dəyişiklik edə bilməz.


Quran ayələri İlahi rizanı qazanmağın iki yolunu göstərir: "Bəli, özünün bütün vücudunu Allaha təslim edən kəs, yaxşı əməl sahibi olsa, onun üçün Rəbbinin yanında məqamına uyğun bir mükafat vardır. Onlar üçün (axirətdə heç) bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar”. ("Bəqərə” 112).


Birinci yol budur ki, insan bütün varlığı ilə Alaha təslim olmalıdır. Belə deyildir ki, meylinə uyğun olanı qəbul edib, olmayanı qəbul etməsin.


İkinci yol budur ki, iman tək şüarla xülasə olmasın. Bu imanın təsiri rəftar və əməldə gözəl şəkildə özünü büruzə versin.

Beləliklə, deyə bilərik ki, ideal əzadarlıq o əzadarlıqdır ki, insan onu əmələ çevirə bilsin. İmamın (ə) həqiqi hədəflərini: namazı, Quranı, Haqqı tanımağı, təqvanı, İlahi əmləri yerinə yetirməyi unutmasın və ondan qafil olmasın. Budur ideal əzadarlıq. (Tebyan)


/Deyerler.org/
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Məhərrəm ayı daxil oldu: Birinci günün və ayın əməlləri
Məhərrəm ayı daxil oldu: Birinci günün və ayın əməlləri
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Günahdan qorunmayan insan 12 yerdən zərbə alacaq
Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı
Allah Təalanın bəndələri üzərində olan ən böyük haqqı
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Ramazan ayında nəfsimizi necə tərbiyə edək? – Ariflərin tövsiyələri
Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
DÜZGÜN İBADƏT ETMƏK
DÜZGÜN İBADƏT ETMƏK
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
İnsanı Allahdan qafil edən 7 səbəb
İnsanı Allahdan qafil edən 7 səbəb
NAMAZ DİNİN SÜTUNUDUR
NAMAZ DİNİN SÜTUNUDUR
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Orucunuz qəbul olmuşdurmu?
Orucunuz qəbul olmuşdurmu?
Müqəddəratımızı həll edən gecə!!
Müqəddəratımızı həll edən gecə!!
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İlahi ərşi titrədən 5 əməl
İlahi ərşi titrədən 5 əməl
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Zühurdan sonra insanlar niyə günahdan uzaq olacaqlar?
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Məgər Kufəyə getmirsən?
Məgər Kufəyə getmirsən?
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
CAMAATIN HAQQI DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Namazda 10 gözəllik var
Namazda 10 gözəllik var
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
Namazdan əvvəl azan və iqamə deməyin fəlsəfəsi
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Daha çox oxumaq istəyirsən? )))