Shia.az SonUmidTv media
sitename
 
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti
 
Bəzi rəvayətlərə əsasən, həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadəti, Peyğəmbərin (s) vəfatından yetmiş 75 gün sonra yəni hicri təqvimi ilə 11-ci il, Cəmadiul-Əvvəl ayının 13-cü gününə təsadüf edir.
Həzrət Fatimeyi-Zəhra (s.ə) sahilsiz fəzilət və yaxşılıqlar dəryası idi. Peyğəmbər (s) onun bu fəzilətlərindən bir hissəsini müxtəlif münasibətlərdə buyurmuşdur. Buna baxmayaraq mövlamız imam Sadiqin (ə) buyurduğuna əsasən ağıl həzrət Fatimeyi-Zəhranı (s.ə) tanımaqda acizdir. (Tətimmətul-muntəha; səh.36).
Başqa bir rəvayətdə, Peyğəmbər (s) belə buyurub: "Əgər bütün fəzilət və yaxşılıqlar bir şəxsiyyətdə toplansa, o, Fatimənin (s.ə) şəxsiyyətidir. (Onun məqamı) daha üstündür.
Həqiqətən qızım Fatimə, (varlıq aləmində) böyüklükdə və kəramətdə yer üzünün ən yaxşı insanıdır”. (Fəraidul-Səmteyn; cild.2, səh.68).
İmam Əskəri (ə) buyurub: "Biz Allahın məxluqata olan höccətiyik və nənəmiz Fatimə (s.ə), Allahın bizə olan höccətidir ”. (Təfsire Ətibul-bəyan; cild.13, səh.225).
Bütün o sözlərə baxmayaraq Peyğəmbərin (s) vəfatından sonra necə də tez o Həzrətin (s) sözləri unuduldu?! Peyğəmbər (s) qızının haqqına necə yanaşdılar və onu hörmətinə riayət etdilər?! Halbuki, Peyğəmbər (s) həzrət Fatimənin (s) haqqında, istər ümumi istər xüsusi,
insanlara buyururdu: "Fatimə (s.ə) bədənimin bir hissəsidir; şübhəsiz ki, onu incidən məni incitmişdir”. Buna baxmayaraq, Peyğəmbərin (s) vəfatından sonra ən böyük müsibət, qəriblik və məzlumiyyətlər baş verdi. Zahirdə özlərini Peyğəmbərin (s) səhabəsi kimi göstərənlər, onun evinə od vuraraq əziz həyat yoldaşı Əmirəlmöminin imam Əlini (ə) zorla beyət etmək üçün məscidə apardılar. Bu arada cigərparası, həzrət Möhsünü (ə) şəhadətə yetirdilər və imamını müdafiə etdiyi üçün o əziz xanımın qabırğasını sındırdılar. O əzab-əziyyətər nəticəsində Həzrət (s.ə) əziz Peyəmbərimizin (s) vəfatından bir az sonra şəhadətə yetdi. (Rənchayi-həzrəti- Zəhra ə.s. Cəfər Murtəz Amili).
Bəli! İki dünya xanımı əziz atasının vəfatından sonra imamının müdafiəsi yolunda bütün dərd və qəmləri sinə gərərək az bir müddətdə şam kimi əriydi. İmam Sadiq (ə) onun qəmli halını belə vəsf edir: "Peyğəmbərdən (s) sonra həzrət Zəhra (s.ə) daim yataqda idi. Cismi zəifləyərək, qəm-qüssənin şiddətindən arığlamışdı”. (Səfinətul-Bəhar; cild.2, səh.375).
Həzrət Zəhranın (s.ə) məzlumcasına şəhadətindən sonra vəsiyyətinə əsasən həzrət Əli (ə) gecə vaxtı ona qüsl verdi və son dərəcə qəribcəsinə onu gecə vaxtı dəfn etdi.Görəsən nə səbəb oldu ki, Peyğəmbərin (s) yeganə qızı ömrünün bahar çağında atasının
vatından sonra qısa bir zamanda bu dünyadan köcüb, hamının gözündən uzaqda və gecənin qaranlığında tam məxfi olaraq qəribcəsinə torpağa tapşırılır və dəfn mərasimində iştirak etməyə dırnaqarası desək hətta zamanəsinin xəlifəsinə belə icazə vermədi?!
(Səhihe-Buxari; cild.5, səh-252, bab:155. Tarixe Təbəri; cild.2, səh.448).
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Həzrəti Fatimənin (s.ə) şəhadəti
Fatimeyi Zəhranın (s.ə) adları
Fatimeyi Zəhranın (s.ə) adları
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Bu gün həzrət Zeynəbin (s) mövludu günüdür
Cəmadiül-əvvəl ayının 10-cu günü
Cəmadiül-əvvəl ayının 10-cu günü
Cəmadiül-əvvəl ayının 6-cı günü
Cəmadiül-əvvəl ayının 6-cı günü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Məsumə (ə.s) haqqında hədislər
Həzrət Məsumə (ə.s) haqqında hədislər
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
Həzrət Fatimeyi-Mə`sumə (ə.s)-ın şəhadəti
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır - ilahiyyatçı
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
Həzrət Fatimənin (s.ə) üzüyünə hansı zikr yazılmışdı
Həzrət Fatimənin (s.ə) üzüyünə hansı zikr yazılmışdı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Həzrət Zəhra (s) nə vaxt şəhid olacağından xəbərdar idi?
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? -
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Cənnət xanımlarının Seyidəsi həzrət Fatimeyi-Zəhranın (s.ə) təvəllüdü
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))