Shia.az SonUmidTv media
» » Şəvval ayı müşahidə olunduğu üçün May ayının 24-ü Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür
Русская версия сайта Русская версия сайта
sitename

Şəvval ayı göründüyü üçün  May ayının 24-ü Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.
 
  Ayətullah Seyid Əli Xameneinin ofisi yanında Ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.

Məlumata görə, 100-dən çox ekspert qrupu Ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb:

"Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elan edirik ki,  ölkənin bir neçə bölgəsindən verilən  dəqiq məlumatlara əsasən,  Şəvval ayının Ayı bu gün görünüb  və   Ayətullah Xamenei cənablarına  ayın görünməsi sabit olub.  Buna görə də, sabah (May ayının 24-ü)  Fitr bayramı günüdür."
 
https://www.leader.ir/fa/content/24480/اطلاعیه-در-خصوص-رؤیت-هلال-ماه-شوال-المکرم

Qeyd:
Ayətullah Seyid Əli Sistaninin Nəcəf şəhərində yerləşən ofisi dəyərli möminlərin nəzərinə çatdırır ki, bu şənbə günü günəş batdıqdan sonra Şəvval ayının hilalı haqqında axtarış edilib. İraq və onun qonşuluğundakı məntəqələrdə ayın adi gözlə görülməsi sabit olmayıb. Baxmayaraq ki, növbəti gecə ayın yüksəkdə və çox aydın şəkildə görülməsi ehtimal olunur. Lakin bu, onun 2 gecəlik olduğunu bildirmir.
Cənab Seyid Əli Sistaninin fətvasına əsasən hər bir məntəqədə ayın əvvəli onun həmin məntəqə və ya ətrafındakı ərazilərdə adi gözlə görülməsinin mümkünlüyünə bağlı olduğundan və yaxınlaşdırıcı cihazlar yaxud dünyanın digər hissələrində görülməsi ilə ayın əvvəlinin sabit olmamasına görə sabah, yəni bazar günü mübarək Ramazan ayının sonu və bazar ertəsi Fitr bayramı günüdür.
 Allah təaladan hamının xeyir əməllərini qəbul etməsini, bayramlarını bərəkətli qərar verməsini və bu sevincli günün bütün müsəlmanlara xeyir, bolluq və bərəkət gətirməsini istəyirik. Həqiqətən də O, eşidən və (dualara) cavab verəndir.
 Seyyid Sistaninin Nəcəful-Əşrəf şəhərindəki ofisi.

1. Ayətullah Cavadi Amuli, 2. Ayətullah Nuri Həmədani,  3. Ayətullah Kazım Hairi, 4. Ayətullah Ələvi  Gürgani 24-may üçün Fitr bayramı elan ediblər. 

1. Ayətullah Sistani, 2.  Ayətullah Məkarim Şirazi, 3.  ‌Ayətullah Vəhid Xorasani, 4. Ayətullah Şübeyri Zəncani, 5 . Ayətullah Safi Gülpəyaqani, 6. Ayətullah Cəfər Sübhani, 7. Ayətullah Mühəqqiq Kabuli, 8.  Ayətullah Sadiq Şirazi,9.  Ayətullah Məhəmməd İshaq Fəyyaz, 10. Ayətullah Məhəmməd əl-Həkim və 11. Ayətullah Bəşir Nəcəfi . Sabah Ramazan ayının 30-cu günü olduğunu elan ediblər.


Əziz izləyicilər bayramınız mübarək
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))