Shia.az SonUmidTv media
» » Tolstoyun islam və islam mədəniyyəti barədə mülahizələri
Русская версия сайта Русская версия сайта
sitename

Tolstoyun islam və islam mədəniyyəti barədə bilavasitə mülahizələrinə gəldikdə, burada hər şeydən əvvəl onun 1909-cu ildə çap olunmuş, özünün tərtib etdiyi "Məhəmmədin Qurana daxil olmayan kəlamları”na istinad edirik. A.İ.Şifmanın qeyd etdiyi kimi "Tolstoy Qurandan humanist ideyaları ifadə edən kəlamları seçir və onları özünün oxu kitablarına daxil edirdi. (bax " Kruq çteniya ”, «Mısli mudrıx lyudey», «Put jizni» topluları)” 1990-cı ildə Moskvada "Zabıtaya kniqa” ("Unudulmuş kitab”) seriyasında Tolstoyun 1903-cü ildə işıq üzü görmüş «Mısli mudrıx lyudey» («Müdriklərin fikirləri») kitabı təkrar nəşr edildi. Bu nəşrdə Məhəmməd peyğəmbər və Qurana istinad edilmir. Onun oxu kitablarına gəldikdə isə onlarda Quranla bağlı olan ibrətamiz hekayələr yer alıb. Tolstoyun Məhəmməd peyğəmbərə birbaşa müraciəti isə «Məhəmmədin Qurana daxil olmayan kəlamları»dır. Bu kitab 1990-cı ildə Bakıda yenidən nəşr olunub. Müqəddimədə qeyd olunur ki, L.N.Tolstoy 1908-ci ildə Abdullah Əl Suhəvərdinin Hindistanda çap olunmuş «Məhəmmədin kəlamları»nı oxuyub. Bu kəlamlardan kiçik bir kitabça tərtib olunub və «Posrednik» nəşriyyatında çap olunub. Kitab 1909-cu ilin oktyabrında «Məhəmmədin Qurana daxil olmayan kəlamları. L.N.Tolstoy tərəfindən seçilib.» adı altında çap olundu.

Tolstoyun islam və islam mədəniyyəti barədə mülahizələri

Burada fukrimizcə, iki çox mühüm məqama nəzər salmaq mümkündür. Birincisi Tolstoyun Məhəmmədin kəlamlarına və Qurana müraciətinin özü çox mühümdür. İkincisi Tolstoyun Qurana daxil olmayan kəlamlarının çıxarışında böyük iş görməyi zəruri sayamsı əhəmiyyətlidir. Tolstoyun şəxsiyyətini, onun bir çox şeyə olan münasibətini, onun düşüncələrinin qeyriadiliyini, bəzən də kəskinliyini bilərək əgər yazıçı bu işi boynuna götürübsə ona necə böyük əhəmiyyət verdiyini anlamaq olar. Cəsarətlə təsdiq etmək olar ki, verilən faktın özü də bu işə böyük əhəmiyət verdiyini sübut edir. Bu kitabın tərtibini isə o, qorxudan, bunun rus oxucusu üçün itiriləcəyi qorxusundan boynuna götürüb.

Diqqət çəkmək istədiyimiz ikinci məqam yazıçı əməyinin xarakteridir. Yazıçının böyük tekstoloji iş gördüyü təbii ki, aydındır. Onun Quranla tanışlığı da şübhə doğurmur. Bu barədə onun həyat və yaradıcılığının bütün tədqiqatçıları yazır. Hətta o da məlumdur ki, onunla bir müddət görkəmli azərbaycanlı alim Mirzə Kazımbəy məşğul olub.

Tolstoyun islam və islam mədəniyyəti barədə mülahizələri

Məhəmməd peyğəmbərin Tolstoy tərəfindən seçilmiş kəlamları arasında xüsusi yeri Allah haqqında düşüncələr tutur. Onalr hər şeydən əvvəl fəlsəfi cəhətdən maraqlıdırlar. Məsələn, «Allah deyir: «Mən heç kimə məlum olmayan xəzinə idim. Və məlim olmaq istədim. Və mən insanı yaratdım.»» (səh.13) Vasili Şukşindən olan ifadəni necə xatırlamayasan: «İnsan təbiətin özünü dərk etmək üçün elədiyi təsadüfi bir cəhddir.» Meylllər təbii ki, başqadır. Lakin mahiyyət ondadır ki, Allah yalnız insan üçündür. Bu fikir insanı olduqca ucaldır. Allahın gözəlliyi, əzəməti yalnız insan üçündür. Yalnız o, bu gözəlliyi qiymətləndirmək qabiliyyətinə malikdir.

İslamın Allah və həqiqəti xüsusi izahını aşağıdakı hekayə ifadə edir. «Allah iki tərəfi də hasarlanmış, pərdələrlə örtülmüş qapıların çıxdığı bir yol yaratdı. Bu yolun əvvəlində «Bu yolla düz gedin və ondan sapmayın»- deyən rəhbər dayanıb. Bu rəhbərdən yuxarıda qapılara istiqamətlənən hər bir insana «Bu qapıdan girməyin, girsəniz çox güman ki, yıxılacaqsınız.» deyən başqa bir rəhbər dayanıb. Və bu yol həyatdır. Ona açılan qapılar Allahın qadağan etdiyi əməllər, qapıları örtən pərdələr Allahın qoyduğu hədlərdir. Birinci rəhbər Allahın sözləri, ikincisi hər bir iman gətirən insanın qəlbində olması fikri Tolstoya çox yaxın idi. Hətta onun bir çox demək olr ki, bütün əsərlərində bədii ifadəsini verir. Allah və insan arasında belə münasibətin dərki müsəlmana bir tərəfdən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq imkanı verir; digər tərəfdən əminlik yaradır ki, Allaha müraciət etmək heç kim üçün heç vaxt gec deyil, hətta ömür boyu öz bütlərinə sitayiş etmiş bütpərəst üçün də. «Allah insanın qəlbindədir»- bu islamdan başqa heç bir dində yoxdur: «Məhəmməd barmağı ilə yerə toxundu, və onun sinəsinə toxunaraq ürəyini göstərib dedi: «Qəlbinin səsini dinlə!» o bunu üç dəfə təkrar etdi və dedi «Xeyirxahlıq sənin qəlbinə mətanət və sakitlik verəndir, şər isə başqaları sənə haqq qazandıranda belə şübhəyə salandır.» (səh. 15) Bu Tolstoy kredosuna çevrildi. O, bütün ömrü boyu yalnız öz qəlbini dinlədi və onun haraylarına, özünün Allah anlayışına tabe oldu. Hətta onu lənətləyəndə də danmadı.Onun bütün qəhrəmanları belədir. Onlar qəlblərinin harayına qulaq asmaq zərurətinə gəlib çıxırlar, çünki o heç vaxt aldatmır. Bu fikir islam baxışları kontekstində çox mühümdür. Tolstoy da ona çox ciddi yanaşırdı.

Tolstoyun islam və islam mədəniyyəti barədə mülahizələri

«Allah deyir: «Sevdiyim bəndəm üçün mən onun eşitdiyi qulaq, gördüyü göz, əl, ayağım.» (səh. 26) «Xeyr» Məhəmməd dedi: «Bəs axı Allah öz yaratdıqlarına qadının öz balasına olduğundan daha rəhmlidir.» (səh. 27) İslami daha doğrusu Allahın insanlara olan münasibətinin dərkidir. Bu Əhd-i Ətiqdəki qəzəblənəndə qorxulu və əfv etməyə tələsməyən Allah deyil. Heç Əhd-i Cədiddəki öz oğlunu çarmıxa, qanı ilə insanlarır günahlarını yumağa göndərən Allah da deyil. Bu həmişə xeyirxah olan Allahdır. Bu onun atributlarından biridir.O, cəzalandırmır, əgər insan lazımi tələblərə riayət etmirsə, özü-özünü cəzalandırır. Allah isə həmişə rəhmdil və onu bağışlamağa hazırdır.

İslam mentaliteti bilavasitə əbədiyyət haqqında kəlamları əks etdirir. Məsələn, «Qəbir əbədiyyətə doğru ilk addımdır.» (səh.18) Əgər onları diqqətlə oxusan anlayırsan ki, o yəhudi-xristian-müsəlman dünya görüşləri kontekstində qəbirə münasibətdə yeni bir qavram əks etdirir. Məhz qəbirə, ölümə yox. Bəlkə də o, bir qədər buddist baxışlarına bənzəyir, lakin fərq ondadır ki, buddizmdə ümumiyyətlə qəbir yoxdur. İslamda isə qəbir, basdırılma var. Bu Adəmin torpaqdan yaradılmasına inamla bağlıdır. (qədim yəhudi dilində adama-torpaq sözündən) Torpaqdan yaranan torpağa qayıtmalıdır. Anacq bu yalnız bədən üçün təbiidir. Axı yalnız o torpaqdan yaranıbdır. İnsan ruhdur, ruh Allahın yanına qayıdır. Ona görə qəbir ruh və dünyəvi bədəndən ibarət olan üçün əbədiyyətə doğru addım olduğundan o, dünya həyatı kimi ötəridir. O, itməlidir, birinci pillədə heykəl qoymaq və onlara sitayiş etmək və s. Olmaz. Bu pillə zəruridir və itməlidir.

Və ya «Ölüm iki dostu birləşdirən körpüdür. » (səh. 18) Dünyəvi həyata münasibət isə belədir: «Bir dəfə Məhəmməd həsirin üstündə yatırdı və qalxanda əyninin çirkləndiyi göründü. Kimsə ona dedi: «Ey Allahın Elçisi, axı sən istəsə idin o sənə yumşaq yataq göndərərdi.» Məhəmməd dedi: «Bu dünya mənim nəyimə lazımdır? Axı mən buarda ağacın kölgəsi altına girmiş və tezliklə oardan çıxacaq bir səyyaham.»» (səh.25)

İslam biliyə çox böyük əhəmiyyət verir. «Elm» işıqla eyniləşdirilir. Bütün islamşünaslar nəzərə çatdırır ki, islamda bilik kultu ayradılıb. Onun zəfəri öz unikal antik mədəniyyətini xilas etməyə, bəşərin Renesans dövründəki sonrakı inkişafının bazasını yaratmağa imkan verdi.


Rafiq Manaf oğlu Novruzov

filologiya elmləri doktoru, professor,

Bakı Slavyan Universitetinin tərcümə kafedrasının müdiri

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
Bu alimlər nə üçün Allaha pərəstişə qarşıdır?
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
İSLAMDA DÜŞÜNMƏYİN ÖNƏMİ
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
İSLAMIN MƏNASI
İSLAMIN MƏNASI
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Möminlərə Quran oxumaqla əlaqədar beş mühüm tövsiyə
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
İman
İman
Qurani Kərimin cazibədarlığı
Qurani Kərimin cazibədarlığı
İlahi sevgi
İlahi sevgi
Əhlibeytin (ə) elmi məqamı (1)
Əhlibeytin (ə) elmi məqamı (1)
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
"Vəli” kəlməsi
"Vəli” kəlməsi
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Zəhranın (ə) xütbəsinin əzəməti
Zəhranın (ə) xütbəsinin əzəməti
Allahın adları və sifətləri ilə təvəssül
Allahın adları və sifətləri ilə təvəssül
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Daha çox oxumaq istəyirsən? )))