Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur:

لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ

“İnsanların namazları, orucları, həcc və yaxşılıqlarının çoxlu olması və gecələr oyaq qalmalarına (bunların öz növbəsində mühüm ibadətlər sayılmasına baxmayaraq) fikir verməyin, əksinə onların doğru danışıqları və əmanətdar olmalarına nəzər salın.”[1]

Qısa izah:

İslam dinində namaz, oruc və həcc kimi yüksək və ali tərbiyəvi ibadətlərin də xüsusi yer tutmasına baxmayaraq, islami hədisləri mütaliə etdikdə, həqiqi müsəlmanın iki əlamətlə – doğru danışmaq və əmanətdar olmaqla tanınması həqiqəti aşkara çıxır. Şübhəsiz, təkcə bunlar İslamın əsas simvolu sayılmır. Sadaladıqlarımız xüsusiyyətləri (doğru danışmaq) və (əmanətdarlıq) təkmilləşdirmək lazımdır.

Bəli, böyük şəxsiyyətləri sınaqdan keçirmək üçün ən yaxşı imtahan onların düzgün danışması 

və əmanətdar olmalarını təsdiq etmələridir.

 Belə kəslər hər zaman bu iki imtahanın öhdəsindən gələrlərsə, həqiqətdə düzgün insanlar sayılırlar.

[1] “Səfinətul-bihar”, c. 1, səh. 160.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))