Shia.az SonUmidTv media
sitename

Təkəbbürün mənşəyi

Təkəbbürün mənşəyi

İmam Sadiq (ə) buyurmuşdur:

ما مِن رَجلٍ تَكَبَّرَ أو تحيَّرَ إلّا لِذِلَّةٍ وَجَدَها فِى نَفْسِهِ

“Batinində zillət yaranan kəslərdən başqa, heç kəs təkəbbür edərək qürrələnməz.”

Qısa izah

Bu gün dünya psixoloqlarının elmi araşdırmaları zamanı sübuta yetirilən məsələ təkəbbür və özünü digərlərindən üstün tutma mənşəyinin əqidə zəifliyindən yaranmasıdır.. Bu cür problemlərlə üzləşən kəslər həmin məsələdən əziyyət çəkir və cəmiyyətdə öz çatışmamazlıqlarını təmin etmək üçün belə səhv addımlar atmalı olurlar. Başqa bir ifadə ilə desək, onlar özlərini süni də olsa böyük şəxsiyyət kimi göstərərək ictimai həyatlarına bu yolla zəlalət əlavə edir və həddindən artıq iyrənc vəziyyətə düşürlər. Bu formadakı psixoloji xüsusiyyət imamın maraqlı bəyanında bütün təfərrüatı ilə müşahidə olunmaqdadır.

Amma imanlı insanlar həmişə öz şəxsiyyətlərinin batini təsiri altına düşərək digərləri qarşısında təvazökarlıq edirlər. Başqa ifadə ilə desək, nə digərləri qarşısında fəxr edir, nə də kiçilirlər.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))