Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename


C
ismlərinin qidalanmasında ciddi və
 diqqətlidirlər, amma...

İmam Həsən (ə) buyurmuşdur: 

عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ

“Öz cisminin qidası haqda fikirləşən, amma ruhi qidası barədə düşünməyən şəxslərə təəccüb etmək lazımdır. Bu cür şəxslər bədənin narahatlığına səbəb olan yeməklərdən pəhriz etsə də, qəlblərini insanı fəlakətə uğradan ifadələrlə doldururlar.”[1]
Qısa izah
Əzəmətli rəhbərin buyurduğuna uyğun olaraq deyə bilərik ki, adətən, camaat öz cismi ehtiyaclarının təmini ilə əlaqədar ciddi və diqqətlidirlər. Onlar qaranlıq zamanı süfrə arxasında əyləşməz, yuxulu halda yemək yeməz və şübhəli qidalardan pərhiz. və eyni zamanda, öz cismi qidalanmasında bütün tibbi qaydalara riayət edərlər. Lakin ruhi və mənəvi qidalara gəldikdə isə, hər cür fikir, əqidə və şübhəli düşüncələri xəbərsiz və qaranlıqda gözübağlı gedərcəsinə qəbul edər və özlərinə dost saydıqları kəslərin yanlış fikirlərini, insanı pisliyə sövq edən mətbuatı, eyni zamanda, bütün şübhəli və azdırıcı təbliğatı asanlıqla izləyərlər. Belə isə, bu məsələ olduqca heyrət doğuran bir məsələdir.
[1] “Səfinətul-bihar”, c. 5, səh, 301.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))