Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

 

 

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənim üçün beş şeyi öhdəsinə götürərsə, behişti onun üçün zəmanət edərəm.Peyğəmbərimiz (s) bu halda behişti zəmanət vermişdir

1. Allah Təala ilə riyasız olmaq.

2. Onun Rəsulu (s) ilə riyasız olmaq.

3. Allah Kitabı ilə riyasız olmaq.

4. Allah dini ilə riyasız olmaq.

5. Müsəlmanlar ilə riyasız olmaq”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "6 şeyi mənim üçün öhdənizə götürsəniz, mən də behişti sizin üçün öhdəmə götürərəm:

1. Nə zaman danışsanız, yalan deməyin.

2. Nə zaman söz versəniz, vəfasızlıq etməyin.

3. Nə zaman sizi əmin bilsələr, xəyanət etməyin.

4. Gözlərinizi (harama) yumun.

5. Şəhvətinizi qoruyun.

6. Əl və dilinizi saxlayın”. (Hədənə\deyerler.org)

 

Allah Təala bizləri bu buyuruşlara əməl edənlərdən qərar versin!

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))