Shia.az SonUmidTv media
» » ÜMİD VƏ QORXU ARASINDA-1 -- İmanlı şəxsdə ümid olmalıdır yoxsa qorxu?
Русская версия сайта Русская версия сайта
sitename

 

İmam Sadiq (ə) İbn Cündəbə nəsihətində möminin qəlbindəki "ümid” və "qorxu” adlı iki nura işarə edərək buyurur:ÜMİD VƏ QORXU ARASINDA-1 -- İmanlı şəxsdə ümid olmalıdır yoxsa qorxu?

يَا ابْنَ جُنْدَب يَهْلِكُ الْمُتَّكِلُ عَلى عَمَلِهِ وَ لا يَنْجُو الْمُتَجَرِّىءُ علَى الذُّنوبِ اَلْواثِقُ بِرَحْمَةِ اللّهِ قُلْتُ فَمَنْ يَنْجُو قال الَّذينَ هُمْ بَيْنَ الرَّجاءِ وَالْخَوْفِ كَأَنَّ قُلوبَهُمْ فى مِخْلَبِ طائر شَوْقاً اِلَى الثَّوابِ وَ خَوْفاً مِنَ الْعَذابِ

"Öz əməllərindən arxayın olan insan həlak olar. Allahın rəhmətinə ümid edərək açıq-aşkar günaha batan şəxs nicat tapmaz.”

İbn Cündəb soruşur ki, bəs kim nicat tapar? Həzrət cavab verir: "Ümid və qorxuarasında olanlar (yəni nə günahlarının bağışlanmasından ümidsiz olacaq dərəcədəqorxar, nə də günaha batacaq dərəcədə bağışlanma ümidində olarlar). Onlarınqəlbləri sanki bir quş caynağındadır (Hər an sıxılmaq, hər an da qurtuluş ehtimalıvar). Qəlblərində savaba şövq və əzabdan da qorxu vardır.”

Məsumlardan (ə) nəql olunmuş rəvayətlərə görə, möminin qəlbində iki nur vardır: qorxu və ümid nuru. Onlar tərəziyə qoyularsa, biri o birindən ağır gəlməz. ("Biharul-ənvar”, 70-ci cild, 59-cu bölüm, 1-ci rəvayət.)

İnsanın ixtiyari olaraq bir iş görməsi üçün hökmən stimul, səbəb lazımdır. Filosofların təbirincə, insanı fəaliyyətə vadar edəcək ruhi-psixoloji durum olmalıdır. İnsanın bir işi görməsi və ya bir işdən çəkinməsi üçün ləzzət və dərd hissləri mühüm səbəblərdəndir. Əgər insan bir işi görməklə ləzzət duyacağına əmin olarsa, böyük ümidlə bu işə girişəcək. Əksinə, narahatlıqdan qurtulmaq üçün insan bütün işlərdən əl çəkməyə hazırdır. Amma ləzzətə çatmaq və dərddən qaçmaq üçün müqəddimə olmalıdır. Məsələn, insan səhərdən axşamadək işləyərək bir tikə çörək qazanıb bu çörəyi yeməkdən ləzzət almaq ümidindədir. Filosoflar zəhmət çəkməklə əldə olunan ləzzətləri "nəf” (mənfəət) adlandırırlar. Onlar deyirlər ki, yemək xeyirli dərman kimidir. Yəni yemək özü ləzzətli deyil, sadəcə, sağlamlıq üçün müqəddimədir. Amma bəzən işlərin yerinə yetirilməsi üçün stimul nə ləzzətdir, nə də mənfəət. Məsələn, xəstəxana tikməkdə nə ləzzət, nə də mənfəət güdülməlidir. Sadəcə, bu iş məsləhət xarakteri daşımalıdır. Amma bu işi görən şəxs xəstələrin ağrı və ölümdən qurtardığını görəndə, ləzzət duyur. Təhsil və ibadət də bu sayaq işlərdəndir.

Demək, hər bir canlı varlıq istədiyinə çatmaq və ya istəmədiyindən uzaqlaşmaq üçün iş görür. Lakin elə işlər vardır ki, insan ona nail olmaq üçün heç bir təlaş göstərmir. Məsələn, insanın nəfəs almağa ehtiyacı var. Amma o, bundan ötrü heç bir əziyyət çəkmir. Elə istəklər də vardır ki, ona çatmaq üçün hökmən bir iş görməlisən.

Amma elə işlər də var ki, insan onu arzulasa da, heç vaxt ardınca getmir. Necə ola bilər ki, insan arzusunda olduğu işin ardınca getməyə?! Bəli, insanın bir işə girişməsi üçün hökmən ümid lazımdır. Bir işin düzəlməsinə insanın qəlbində ümid yoxdursa çətin ki, durub fəaliyyətə başlasın. Hər hansı bir işin tərk olunması üçünsə qorxu hissi olduqca zəruridir.

Demək, insanın ixtiyari olaraq bir işi yerinə yetirib, o birindən çəkinməsi üçün ümid və qorxuya ehtiyacı vardır. Ümid və qorxu amilinin iki forması vardır. İnsan yaxşı işə çatmağa və pis işdən qurtulmağa ümidli ola bilər. Məsələn, sağlamlığın əldə olunması və xəstəlikdən qurtulmaq üçün də ümid lazımdır. Anoloji olaraq insan sağlamlığını itirməkdən, eləcə də xəstəliyə yoluxmaqdan qorxa bilər.

ÜMİD VƏ QORXUNUN AGAHLIQDAN ASILILIĞI

İnsan qəlbindəki ümid və qorxu onun düşüncəsi, agahlığı ilə əlaqəlidir. Məsələn, üçyaşlı körpə ilə qırx yaşlı yetkin insanın uyğun hissləri tamamilə fərqlənir. Üçyaşlı körpəni nə beynəlxalq münasibətlərdəki gərginliklər, nə də qiyamət sorğusu narahat edir. Adətən, yaşlı insanlar xəstəlikdən, kasıblıqdan qorxduqları halda, gənclər gələcəkdə güclü və varlı olmağa ümid edirlər. Mərifətli və düşüncəli insanlar isə mənəviyyat məsələsinə xüsusi fikir verir, ağıl və inamı itirməkdən qorxurlar. Axirətə inanan insanlar behişt nemətlərinə ümidli olmaqla yanaşı, cəhənnəm əzabından xoflanırlar.

İslam dini ümid və qorxu dairəsinin daha geniş olduğunu bildirir. Dünya nemətləri dalınca qaçıb təkcə xəstəlik, kasıblıq, zəlzələ, ildırımdan qorxan insanı daha qorxulu şeylərdən xəbərdar edir. İnsan üçün mənəviyyatını əldən verib Allahın qəzəbinə düçar olmaq daha qorxuludur. İmanın müxtəlif mərtəbələrində insanın ümid və qorxu hissi də müxtəlif olur. İmanın birinci pilləsində olanlar cəhənnəm əzabından qorxduğu halda, üstün iman dərəcəsində olanlar Allahın razılığını itirməkdən xoflanırlar. Uşaqlar da buna oxşar hiss keçirir. Bəzi uşaqlar ata-ananın verəcəyi cəzadan, bəziləri isə onları narazı salmaqdan çəkinirlər. Saftəbiətli körpələr üçün valideynin soyuq münasibətindən ağır cəza yoxdur. Allahın etinasızlığından qorxu insanın fitri hissidir. Allahın Öz bəndəsindən üz döndərməsi Qurani-Kərimdə ən böyük əzablardan biri kimi təqdim olunur:

... وَ لا يُكَلِّمُهُمُ اللّهُ وَ لا يَنْظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيامَةِ وَ لا يُزَكِّيهِمْ وَ لَهُمْ عَذابٌ أَلِيمٌ؛

"Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz.” ("Ali-İmran” surəsi, ayə 77.)

Çoxları bu əzabın necə ağrılı olduğunu dərk etmir.

Demək, qorxu və ümid təkcə dünya işlərinə adi deyildir. Həqiqi səadət arzusunda olan insan əbədi axirət həyatını unutmamalıdır. ("Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 10-cu dərs, səh.115-119.)

(Maide.Az)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ŞADLIQ VƏ HÜZN – MEYARLAR
ŞADLIQ VƏ HÜZN – MEYARLAR
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ
NƏFSİN İSTƏKLƏRİ İLƏ MÜBARİZƏ
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
NƏFSİN ÖTƏRİ LƏZZƏTLƏRİ ARXASINDA CƏHƏNNƏM ÖZ QAPILARINI AÇMIŞDIR
Ramazan ayı niyə belə adlandırılıb?
Ramazan ayı niyə belə adlandırılıb?
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
İmam Zamanın (ə.f) ömrü
İmam Zamanın (ə.f) ömrü
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?
Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
DUA
DUA
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
Əmirəlmöminin Əli əleyhissalamın əxlaqından dərslər
RƏSULULLAH VƏ UŞAQLAR
RƏSULULLAH VƏ UŞAQLAR
NƏFSƏ NƏZARƏT
NƏFSƏ NƏZARƏT
"Ümid" Qur'ani-Kərimin nəzərində:
"Ümid" Qur'ani-Kərimin nəzərində:
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
MÖMİN VƏ İLAHİ NEMƏTLƏR
İnsanın ən böyük düşməni nəfsidir
İnsanın ən böyük düşməni nəfsidir
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə əl atar
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Allah qorxusunun insan qəlbinə təsiri
Allah qorxusunun insan qəlbinə təsiri
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
UZUN-UZADI ARZULAR
UZUN-UZADI ARZULAR
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Allah və Əhli-Beyt (ə) sevgisi
Allah və Əhli-Beyt (ə) sevgisi
Hacı Rza Cümə xütbəsi digah məscidi(Qorxu və ümid)1302 2015
Hacı Rza Cümə xütbəsi digah məscidi(Qorxu və ümid)1302 2015
Daha çox oxumaq istəyirsən? )))