Shia.az SonUmidTv media
sitename

On səkkizinci dərs

Vəqf və ibtida

Vəqfin mə`nası

«وقف»“vəqf” lüğətdə «dayanmaq» mə`nasındadır. Ona görə də istilahda Qur`an tilavət edən zaman, nəfəsi təzələmək və qiraəti yenidən davam etdirmək məqsədilə kəlmənin axırında dayanmağa “vəqf” deyilir.

Vəqfdən sonra tilavətin başlanmasına «ibtida» deyirlər.

Qur`an tilavətində «vəqf» və «ibtida»nın əhəmiyyəti

Qur`ani-kərimin oxunuşunda “vəqf” və “ibtida" qaydalarına riayət etmək çox böyük əhəmiyyət kəsb edir. Çünki, ona əməl edilmədikdə ayələr başa düşülmür, hətta bə`zi vaxtlarda onların mə`nası ayrı şəkildə anlaşılır.

Qur`ani-kərimin tilavətində “vəqf” və “ibtida” qaydalarının əhəmiyyətini başa düşmək üçün həzrət Әli ibni Әbi Talib (ə)ın

«وَرَتِّلِ الْقُرْءَانَ تَرْتِيلاً»

ayəsinin mə`nasında, “Vəqfi qorumaq Qur`anı tərtillə oxumağın yarısıdır” deyə buyurmasına diqqət yetirmək kifayət edər:

«التَّرتيلُ معرفةُ الوُقُوفِ وتَجويدُ الحروف»

Qiraət alimləri də bu fikirdədirlər ki:

«مَن لَم يَعرَفِ الوَقفَ، لَم يَعلَمِ القُرآن»

“Vəqf yerlərini düzgün tanımayan şəxslər Qur`anı bilmirlər.”

Vəqfin növləri

Vəqf yerindən əvvəl və sonra gələn ibarələr arasındakı rabitə vəqfin növünü tə`yin edir.

Bu rabitə sintaksis nöqteyi-nəzərdən olduqda«ləfzi rabitə»,mə`na cəhətindən olduqda isə«mə`nəvi rabitə»adlanır.

“Vəqf”, ləfzi və mə`nəvi rabitə olmaq baxımından dörd növdür:

1. Tam       Nə ləfzi və nə də mə`nəvi rabitəsi yoxdur;

2. Kafi       Ləfzi rabitəsi yoxdur, ancaq mə`nəvi rabitəsi vardır;

3. Həsən    Mə`nəvi rabitəsi yoxdur, lakin ləfzi rabitəsi vardır;

4. Qəbih    Həm mə`nəvi və həm də ləfzi rabitəsi vardır.

1-Tam vəqf

Hər iki tərəf müstəqil və bitmiş bir fikri ifadə edən cümlə olduqda, onlar arasında heç birləfzimə`nəvi rabitəolmur və nəticədə tam vəqf əmələ gəlir. Aşağıdakı ayədə olan«الدّين»kəlməsinə diqqət yetirin:

[1]

Burada, onunla özündən sonrakı ayə arasındaləfzimə`nəvi rabitəolmadığından onu «tam vəqf» növünə aid etmək lazımdır.

2-Kafi vəqf

İki ifadədən hər biri ləfzi cəhətdən müstəqil olub, yalnız mə`na və məfhum nəzərindən bir-biri ilə əlaqəli olduqda kafi vəqf əmələ gəlir. Aşağıdakı ayədə olan«السّفهاء»kəlməsinə diqqət yetirin:


[2]

Burada, onunla özündən sonrakı ifadə arasında yalnızmə`nəvi rabitəolduğundan, onu «kafi vəqf» növünə aid etmək lazımdır.

3-Həsən vəqfi

Bu vəqf, bitmiş bir fikri ifadə edən və özündən sonrakı birləşmələrin müstəqil mə`naya malik olmayıb özündən əvvəlkilərlə ləfzi rabitəsi olan yerlərə aid edilir. Aşağıdakı ayədə«قُلُوبِهِمْ»kəlməsinə diqqət yetirin:

[3]

Burada, onunla özündən sonrakı ifadə arasında yalnızləfzi rabitəolduğundan, onu «həsən vəqf» növünə aid etmək lazımdır.

4-Qəbih vəqf

Bu vəqf, iki tərəfdən heç biri bitmiş bir fikri ifadə etməyən və aralarında həm ləfzi və həm də mə`nəvi rabitə olan birləşmələrə aid edilir. Aşağıdakı ayədə «الله» kəlməsinə diqqət yetirin:

[4]

Burada, onunla özündən sonrakı ifadə arasında həmləfzivə həm dəmə`nəvirabitə olduğundan, onu «qəbih vəqf» növünə aid etmək lazımdır.

Qeyd:Tam” və “kafi” vəqflərdə vəqf olunan yerdən sonrakı cümlədən “ibtida” etmək olar, amma “həsən” və “qəbih” vəqflərdə isə, ondan sonrakı cümlədən “ibtida” etməyə icazə verilmir və vəqf yerindən qabaq münasib bir yerdən “ibtida” olunmalıdır.

“Vəqf”in və “ibtida”nın yerlərini tanımaq üçün ərəb ədəbiyyatını və Qur`an ayələrinin mə`nasını bilmək lazımdır. Adətən, ümumi oxucu kütləsi onları lazımınca bilmir və qiraətdə bir çox anlaşılmamazlıq qarşıya çıxır. Bu səbəbdən də qiraət alimləri “vəqf” və “ibtida”nın münasib yerlərini göstərən əlamətlər müəyyənləşdiriblər ki, onların ən mühümləri aşağıdakılardan ibarətdir:

Vəqf əlamətləri

«م» əlaməti:«لازم»vəqfinin nişanəsidir.

Bu əlamət olan yerdə “vəqf” edilməlidir, əks təqdirdə kəlamın mə`nası dəyişiləcək.

Məsələn:


[5]


«ج»əlaməti:«جايز مُسْتَوِى الطَّرفَيْن»(eyni səviyyəli) vəqfinin nişanəsidir.

Bu əlamət olan yerlərdə həm “vəqf” və həm də “vəsl” etməyə icazə verilir və ona «caiz vəqf» deyilir.

Məsələn:


[6]

«لا»əlaməti:«ممنوع»(qadağan) vəqfinin nişanəsidir.

Bu əlamət olan yerlərdə “vəqf” etməyə icazə verilmir. Nəfəsin tükənməsi və ya başqa səbəblər üzündən vəqf etmək məcburiyyətində qalsaq, fasilə vermədən vəqf etdiyimiz yerdən qabaq münasib bir yer tapıb ibtida etmək lazımdır. Çünki, ondan sonra gələn cümlənin əvvəlki cümlə ilə tam rabitəsi vardır.

Məsələn:


[7]

«قلى»əlaməti:«اولويت وقف»vəqfinin (vəqfin üstünlüyü) nişanəsidir. Yə`ni, bu əlamət olan yerlərdə vəqf etmək məsləhətdir.

Məsələn:

[8]

«صلى»əlaməti:«اولويت وصل»vəqfinin (vəslin üstün olması) nişanəsidir. Yə`ni, bu əlamət olan yerlərdə vəsl etmək məsləhətdir.

Məsələn:



[9]

«\\» əlaməti:«مُعانَقَه»vəqfinin nişanəsidir.

Bir ayənin iki müxtəlif yerində qoyulan bu əlamətlərin hər ikisində vəqf etmək caiz deyildir. Yə`ni, bu əlamətlərin hər hansı birində vəqf etdikdə, digərində vəsl etmək vacib olacaq. Burada əlamətlərin hansının vəqf və hansının vəsl olunmasının heç bir fərqi yoxdur.

Məsələn:

[10]

Yuxarıda göstərilən ayənin«لاريب»kəlməsində vəqf etməyə icazə verən alimlər«فيه»kəlməsində vəqf etməyə icazə vermirlər. Və eləcə də«فيه»kəlməsində vəqf etməyə icazə verən alimlər«لاريب»kəlməsində vəqf etməyə icazə vermirlər. Buna görə də Qur`an oxuyanlar bu əlamətlərlə rastlaşdıqda vəqf etmək üçün bu iki yerdən birini seçməkdə azaddırlar.

Sual və tapşırıqlar.

1. Vəqfin mə`nası nədir?

2. Caiz vəqfin mə`nası nədir?

3. «معانَقَه»vəqfi hansı növ vəqflərdəndir?

4. Ayənin axırında«لا»əlaməti olarsa, vəqf etməyə icazə verilirmi?

5. «قلى»və«صلى»əlamətlərinin mə`nasını izah edin?

6. «احقاف»surəsini oxuyun və onun vəqf əlamətlərini aydınlaşdırın.

7. «بينة»surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.

[1]«Həmd» surəsi 4 – 5 - ci ayələr

[2]«Bəqərə» surəsi ayə 13

[3]«Bəqərə» surəsi ayə 7

[4]«Bəqərə» surəsi ayə 286

[5]«Ən`am» surəsi ayə 36

[6]«Kəhf» surəsi ayə 13

[7]«Bəqərə» surəsi ayə 120

[8]«Ali İmran» surəsi 74

[9]«Bəqərə» surəsi ayə 186

[10]«Bəqərə» surəsi ayə 2

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))