Shia.az SonUmidTv media
» » » On altıncı dərs “İltiqayi sakineyn”in aradan qaldırılması
Русская версия сайта Русская версия сайта
sitename

On altıncı dərs

“İltiqayi sakineyn”in aradan qaldırılması

Keçən dərslərdə öyrəndik ki, tənvin yazıda göstərilməyən lakin, tələffüzdə gətirilən sakin “nun” hərfidir.

Tənvinli kəlmədən sonra əvvəli sakin və ya təşdidli hərflə başlayan digər bir kəlmə gələrsə, iki sakin hərf tələffüzdə bir-birinin yanında qərar tutacaq ki, buna “iltiqayi sakineyn” deyilir. “İltiqayi sakineyn”i aradan qaldırmaq üçün tənvinin “nun” hərfini tələffüzdə kəsrə ilə oxuyurlar.[1]

Məsələn:

 oxunar.لَهْوَنِنْفَضُّوا  yazılır,            لَهْوًانْفَضُّوا

oxunur.بِرَحْمَةِنِدْخُلُوا  yazılır,     بِرِحْمَةٍدْخُلُوا

oxunur.فِسْقُنِلْيَوْمَyazılır,               فِسْقٌلْيَوْمَ

Qeyd:Bə`zi Qur`anlarda belə kəlmənin altında kiçik birkəsrəli“nun” hərfi yazırlar:

Məsələn:

لَهْوَانِنْفَضُّوا – بِرَحْمَةِنِ–دْخُلُو – فِسْقُنِلْيَوْمَ

Tapşırıq:Aşağıdakı kəlmələri “iltiqayi sakineynin aradan qaldırılması” qaydasına diqqət yetirməklə oxuyun.








Mətləb

«بِئْسَ اسْمُ» ifadəsində olan «سْم» kəlməsinin “vəsl həmzəsi”ni atdıqdan sonra iki sakin hərf«لْ،سْ»bir-birinin kənarında qərar tutur.Tələffüzüasanlaşdırmaq üçün «لام»hərfinəkəsrəverilirvənəticədə həmin ifadə «بِئْسَ لِسْمُ» şəklində oxunur.

Allah-taalanın köməkliyi ilə bura qədər«Qur`ani-kərimin rəvan oxunuş qaydaları» ilə tanış olduq. Әlamət və qaydalarınyaddaşımızdadüzgün həkk olunması, Qur`ani-kərimin hər bir surəsinin rəvan vəsəhvsizoxunuşunu bacarmağımız üçün hər gün bu müqəddəs kitabımızın neçə səhifəsini diqqətləhecalayıboxumalıyıq.

Sual və tapşırıqlar:

1. “İltiqayi sakineyn” nə vaxt yaranır və onu aradan qaldırmaq üçün nə etmək lazımdır?

2. «تكوير»və«نازعات» surələrini öyrəndiyimiz qayda və izahlar əsasında oxuyun, üçüncü şəxsin təkinə aid olan əvəzliyin «هاء» hərfinin işba olunan və olunmayan yerlərini və “oxunmayan hərflər”i aydınlaşdırın.

3. «عاديات» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.


[1]Bu qayda o vaxt qarşıya çıxır ki, tənvindən sonra “vəsl həmzəsi” ola.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))