Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename

On dördüncü dərs

Oxunmayan hərflər «2»

5.  “Vəsl həmzəsi” iki kəlmənin arasında

Әrəb dilində ilk hərfi sakin olan kəlmələrin tələffüzü çətin və ya qeyri-mümkündür.

Məsələn:«نْصُرْ – هْبِطْ»

Belə kəlmələrin tələffüzünü asanlaşdırmaq üçün «vəsl həmzəsi» adlanan hərəkəli “əlif” hərfindən istifadə olunur. Bu həmzəyə «birləşdirici həmzə» də deyilir.

“Vəsl həmzəsi” cümlənin əvvəlində oxunur, amma iki kəlmənin arasında tələffüz olunmur.

اُدْخُلُوا – يَاقَوْمِ ادْخُلُوا

“Vəsl həmzəsi”ndən əlavə digər bir həmzə də vardır ki, ona “qət həmzəsi” deyilir. “Qət həmzəsi” cümlənin həm əvvəlində və həm dəortasında oxunur.

Məsələn:

اَرْسَلْنَا – لَقَدْ اَرْسَلْنَا

Qeyd:Bə`zi Qur`anlarda “qət həmzəsi”nin üzərinə “həmzə”«أ»və “vəsl həmzəsi”nin üzərinə isə kiçik«صاد»“sad” «» hərfi qoyulur.

Məsələn:


Tapşırıq:1Aşağıdakı kəlmələri hecalamaqla oxuyun.





Kəlmələrin əvvəlində olan “vəsl həmzəsi”nin oxunma qaydası

“Vəsl həmzəsi” hərf, isim və fe`lin başlanğıcında gəlir.

Hərfdə:Müəyyənlik bildirən əlif-lamın «ال» həmzəsi həmişə fəthəli olur.

Məsələn:

  oxunur.اَلْكِتَاب، اَلْقَمَر yazılır,   الْكِتَاب، الْقَمَر

İsmlərdə:Həmişə kəsrəli olur.

Məsələn:

   oxunur.اِبْن اِسْم  yazılır,  ابْن، اسْم

Fe`llərdə:Həmzədən sonrakı ikinci hərfə diqqət yetirməklə müəyyənləşir. Yə`ni, əgər həmin hərf fəthəli və kəsrəli olsa, bu həmzə də kəsrə ilə və əgər zəmməli olsa, bu da zəmmə ilə oxunur.

Məsələn:

افْتَحْ، اضْرِبْ، انْصُرْ yazılır,       اِفْتَحْ، اِضْرِبْ، اُنْصُرْ  oxunur.

Bir neçə mətləb:

1. Bu beş fe`lin«اقْضُوا، ابْنُوا، امْشُوا، امْضُوا، ائْتُوا»ikinci hərfi, dəyişikliyə uğramazdan qabaq

(اقْضِيُوا، ابْنِيُوا، امْشِيُوا، امْضِيُوا، ائْتِيُوا)zəmmə deyil, kəsrə olduğu üçün onların “vəsl həmzəsi” cümlənin əvvəlində gəldikdə kəsrə ilə oxunur.

2. Qeyd olunan bu( اِئْتُوا، اِئْتُونِى، اِئْتِيَا،اِئْتِ، اِئْذَنْ )

kəlmələrdə işlənənsakin həmzə, bu kəlmələr özündən qabaqdakı sözlərə birləşdikdə «həmzə» şəklində, başlanğıcda gəldikdə isə «yә məddi» kimi oxunur:

«اِيتُوا، اِيتُونِى، اِيتِيَا، اِيتِ، اِيذَنْ»

3. Sakin həmzə«اُؤْتُمِنَ»kəlməsində də özündən əvvəlki kəlməyə birləşdikdə «həmzə», özündən əvvəlki kəlməyə birləşmədikdə isə «vəv məddi» kimi«اُوتُمِنَ»oxunur.

6.  Mədd hərfləri “vəsl həmzəsi”nin yanında

Mədd hərfləri vəsl həmzəsinə çatdıqda, onlarla vəsl həmzəsindən sonra olan hərf arasında «iltiqayi sakineyn» yaranır (iki sakin hərf yanaşı gəlir). Çünki mədd hərfləri zatən sakindir və mə`lumdur ki, vəsl həmzəsindən sonra gələn hərf də həmişə sakin və ya təşdidli olur. Belə yerlərdə “iltiqayi sakineyn”i aradan qaldırmaq üçün “mədd hərf”ləri oxunmur.

Məsələn:

– فِىلْمَدِينَةِ ذُولْعَرْشِyazılır,

 – فِلْمَدِينَةِ – ذُلْعَرْشِoxunur.

Tapşırıq:2Aşağıdakı kəlmələri hecalamaqla oxuyun:




7.  Müəyyənlik bildirən«ال»“əlif-lam” şəmsi hərflərlə yanaşı işləndikdə

Müəyyənlik bildirən«ال»“əlif-lam” iki hərfdən — “əlif” və “lam” hərflərindən — ibarətdir. Bu birləşmənin birinci tərəfi olan “əlif” “vəsl həmzəsi” sayılır vəikinci tərəfi olan “lam” isə əlifba hərfləri ilə yanaşı gəldikdə iki halda olur:

1. On dörd qəməri

ع، ج، ب، ا، ك، ه، خ، و، ف، ح، ق، غ، م، ى

- (عجبا كه خوف حقّ غمى)

hərfləri ilə yanaşı gəldikdə izhar və aşkarolur.

2. Qalan on dörd şəmsi hərfləri ilə yanaşı gəldikdə isə, həmin hərfin özünə çevrilərək onunla birlikdə idğam olur. Belə yerlərdə “lam”ı sükun əlaməti olmadan, əvəzində ondan sonrakı hərfi təşdidli yazırlar.

Məsələn:





Sual və tapşırıqlar:

1. Vəsl həmzəsi hansı yerlərdə oxunmur?

2. Mədd hərfləri hansı yerlərdə oxunmur və nə üçün?

3. Müəyyənlik bildirən «ال» hansı hərflərin yanında izhar və hansı hərflərin yanında idğam olunur?

4. «طارق», «ضحى»və«بيّنه»surələrini hecalamaqla oxuyun və onların tələffüz olunmayan hərflərinin hansı qaydaya aid olduğunu aydınlaşdırın.

5. «تكاثر»surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))