Uşaq portalı Rus Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » On birinci dərs “Nun sakin” və “tənvin”in müxtəlif formaları
Русская версия сайта Русская версия сайта
sitename

On birinci dərs

“Nun sakin” və “tənvin”in müxtəlif formaları «1»

Әrəb xətti ilə tərtib edilmiş Qur`anlarda “nun sakin” və “tənvin”in yazılışına diqqət yetirsəniz, onların müxtəlif şəkillərdə olmasını görəcəksiniz:

               

İndi isə onların qısa izahı ilə tanış olaq.
“Nun sakin” və “tənvin” özündən sonra hansı hərfin gəlməsindən asılı olaraq dörd müxtəlif tələffüz formasının yaranmasına səbəb olur:
1-İzhar
“Nun sakin” və “tənvin”in öz məxrəcindən adi və aşkar surətdə tələffüz edilməsinə «اظهار» “izhar” deyilir.
“Nun sakin” və “tənvin” boğaz hərflərinə (ء، هـ، ع، ح، غ، خ) çatdıqda izhar oxunur. Bu surətdə qariyə göstəriş olaraq “nun sakin”i sükun əlaməti ilə  və “tənvin”i isə öz adi şəklində yazırlar. (Tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə əlamətlərini bir səviyyədə, tənvin zəmməni isə adi qaydada göstərirlər.) .
Məsələn:

-İdğam

İdğam — burada “nun sakin” və “tənvin”in özündən sonrakı hərfə çevrilməsi və həmin hərfin təşdidli oxunması mə`nasındadır.
“Nun sakin” və “tənvin”«ي، ر، م، ل، و، ن) —«يرملون) “yərməlun” — hərflərinə çatdıqda idğam olunur. İdğam olunan yerlərdə “nun sakin” sükun əlaməti olmadan «ن», tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə əlamətləri bir-birinə bərabər olmayan surətdə, tənvin zəmmədə isə zəmmə əlamətini bir-birinin yanında yazırlar . “Nun sakin” və tənvinin bu cür yazılışı tələffüzün “izhar” qaydası əsasında olmamasına dəlalət edir.
“Nun sakin” və “tənvin” «يرملون » “yərməlun” hərflərinin göstərilən bu «م، ن، ل، ر» dörd hərfdən hər birinə çatdıqda idğam kamil surətdə olur. (Yə`ni “nun sakin” və “tənvin” oxunmur və tələffüzdə ondan heç bir əsər-əlamət qalmır.) Burada idğamın kamil olmasını göstərmək üçün həmin hərflərin üzərində təşdid əlaməti qoyulur:
«مّ[1]، نّ، لّ، رّ».
Məsələn:

İdğam «يرملون » “yərməlun” hərflərinin qalan bu iki hərfində «و، ى » naqis surətdə olur. (Yə`ni “nun sakin” və “tənvin”in tələffüzü idğam nəticəsində bütünlüklə aradan getmir və onun ğunnə haləti saxlanılır.) İdğamın naqis olmasını göstərmək üçün bu iki hərfi təşdidsiz yazırlar «و، ى».
Məsələn:

Tapşırıq: Aşığıdakı kəlmələri hecalamaqla oxuyun.

Sual və tapşırıqlar:
1. İzharın tə`rifini deyin və onun əmələ gəldiyi yerləri bəyan edin.
2. İdğamın tə`rifini deyin. Kamil və naqis idğamın əmələ gəldiyi yerləri yazın.
3. «نبأ » surəsində “izhar”ın, “kamil idğam”ın və “naqis idğam”ın əmələ gəldiyi yerləri müəyyən edin və onları hecalamaqla oxuyun.
4. «فيل » surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.

[1] Keçən dərslərdə öyrəndik ki, təşdidli “mim” və “nun” hərfləri ğunnəli olurlar. Burada da “mim” və “nun” hərfləri idğamın tə`sirindən təşdidli olduqları üçün ğunnəli tələffüz olunub burun boşluğunda iki hərəkə miqdarında saxlanılmalıdır.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))